Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Turizm / Azərbaycana turist axını artıb

Azərbaycana turist axını artıb

20.02.2024 [14:03]

Bu ilin yanvar ayında Azərbaycana dünyanın 152 ölkəsindən 165,8 min və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 39,3 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, gələnlərin 27,5 %-i Rusiya Federasiyası, 19,8 %-i Türkiyə, 9,7 %-i İran, 6,1 %-i Hindistan, 4,9 %-i Gürcüstan, 3,5 %-i Səudiyyə Ərəbistanı, 2,9 %-i Qazaxıstan, 2,7 %-i Birləşmiş Ərəb Əmirlikləri, 2,5 %-i Pakistan, 2,4 %-i Küveyt, 2 %-i Özbəkistan, 1,8 %-i Oman, 1,5 %-i Türkmənistan, 1,3 %-i Ukrayna, 1 %-i Belarus, 10,4 %-i digər ölkələrin vətəndaşları olub. Gələnlərin 74,2 %-ini kişilər, 25,8 %-ini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 3,9 dəfə, Qırğızıstandan 3,4 dəfə, Bəhreyndən - 2,7 dəfə, Səudiyyə Ərəbistanından - 2,7 dəfə, Hindistandan - 2,5 dəfə, Omandan - 2,4 dəfə, Özbəkistandan - 2,4 dəfə, Tacikistandan - 2,3 dəfə, Qazaxıstandan - 2,3 dəfə, Filippindən - 1,8 dəfə, İtaliyadan - 1,7 dəfə, İspaniyadan - 1,7 dəfə, Türkmənistandan - 1,7 dəfə, Küveytdən - 1,6 dəfə, Cənubi Koreyadan - 1,6 dəfə, İordaniyadan - 1,6 dəfə, İrandan - 45,8 %, Polşadan - 33,7 %, Yəməndən - 32,2 %, Moldovadan - 31,5 %, Türkiyədən - 31 %, Pakistandan - 28,3 %, Qətərdən - 26,8 %, Gürcüstandan - 24,1 %, Fransadan - 22,4 %, Ukraynadan - 21,4 %, BƏƏ-dən - 20,4 %, Belarusdan - 18,9 %, ABŞ-dan - 18,7 %, Misirdən - 15,2 %, Rusiya Federasiyasından - 13,4 %, Almaniyadan - 13,3 % artıb.

2023-cü ilin yanvar ayı ilə müqayisədə MDB ölkələrindən gələnlərin sayı 25,1 % artaraq 61,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 1,5 dəfə artaraq 4,7 min nəfər, Körfəz ölkələrindən gələnlərin sayı 1,6 dəfə artaraq 35,1 min nəfər olub.

Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 67,5 %-i hava, 31,1 %-i dəmir yolu və avtomobil, 1,4 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Paylaş:
Baxılıb: 1304 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xalqın seçimidir

15 Sentyabr 15:02  

Sosial

Bakı azadlığına qovuşdu

15 Sentyabr 10:43  

Gündəm

Qarabağa qürur səfəri

15 Sentyabr 09:48  

Analitik

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30