/ / Azərbaycan ilə Çin arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib
Azərbaycan ilə Çin arasında informasiya sahəsində əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilib
24.04.2014 [09:08]
Çin Xalq Respublikasının “Global times” qəzetinin baş redaktoru, tanınmış jurnalist Hu Xijinin rəhbərlik etdiyi nümayəndə heyəti aprelin 23-də Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olub.
Agentliyin baş direktoru Aslan Aslanov AzərTAc-ın yaranma tarixi, keçdiyi inkişaf yolu və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.
Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanın inkişaf yoluna çıxdığından, Ulu öndərin AzərTAc-a diqqət və qayğısından, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurlardan danışan baş direktor vurğulayıb ki, son illər Azərbaycanın nüfuzu dünyada xeyli yüksəlib, respublikamız regionun lider dövlətinə çevrilib. Bu uğurlar artıq dünya informasiya məkanına çıxmış AzərTAc-ın beynəlxalq əlaqələrinin daha da genişlənməsi baxımından yeni imkanlar açıb.
AzərTAc ilə Çinin Sinxua agentliyi arasında sıx əlaqələrin olduğunu söyləyən A.Aslanov hər iki qurumun nüfuzlu beynəlxalq informasiya təşkilatlarında uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Beynəlxalq aləmdə çox nüfuzlu iki media qurumunun - Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının və Xəbər Agentliklərinin V Dünya Konqresinin 2016-cı ildə Bakıda keçirilməsi barədə qərarların qəbulunda Sinxua agentliyinin AzərTAc-a dəstəyi xüsusi vurğulanıb.
Azərbaycanın siyasi sabitliyi, demokratiyanı və tolerantlığı özündə birləşdirən nadir ölkələrdən biri olduğunu vurğulayan “Global times” qəzetinin baş redaktoru Hu Xijin respublikamızın bu sahədə bir çox dövlətə nümunə ola biləcəyini qeyd edib. O, rəhbərlik etdiyi qəzetlə AzərTAc arasındakı əməkdaşlıq və xəbər mübadiləsi imkanlarından danışıb.
Qonağın diqqətinə çatdırılıb ki, bu yaxınlarda AzərTAc-da Çin dilində xəbərlər buraxılacaq. Bu baxımdan AzərTAc ilə Çin KİV-ləri, o cümlədən “Global times” qəzeti ilə əməkdaşlıq əlaqələrinin önəmi vurğulanıb.
Xəbər lenti
Hamısına baxHadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43

