Ermənistanın Avrasiya İqtisadi İttifaqına qəbul edilməsi qurum üzvləri üçün səhv addım idi
15.10.2014 [09:54]
Ekspert: İndi Rusiya nəinki hələ Sovet dövründən dotasiya ilə yaşayan Belarus və Qazaxıstanı, üstəlik Ermənistanı da yedizdirməlidir
Ötən həftə baş verən geosiyasi hadisələr sırasında ekspertlər diqqəti daha çox Minskdə keçirilən MDB dövlət başçılarının sammiti çərçivəsində Rusiya, Qazaxıstan və Belarus prezidentlərinin imzaladıqları və 1 yanvar 2015-ci il tarixdən hüquqi qüvvəyə minəcək Avrasiya İqtisadi İttifaqının (Aİİ) yaradılmasına dair müqaviləyə yönəldirlər. Belə ki, gözlənilənlərin əksinə olaraq, Qazaxıstan və Belarusun liderləri iqtisadiyyatı tamam çökmüş, vətəndaşlarının əksəriyyəti ölkəni tərk etmiş, qalan hissəsinin isə bir qarın çörək ümidi ilə yaşayan Ermənistanın da bu quruma daxil edilməsinə razılıq veriblər.
Ekspertlər isə Ermənistanın Aİİ-yə üzv qəbul edilməsini qurum üzvləri tərəfindən atılmış səhv addım kimi qiymətləndirirlər. Və məhz bu səbəbdən də Aİİ-nin gələcək taleyinə şübhə ilə yanaşırlar. Belə ki, heç kəsə sirr deyil ki, hələ Sovet dövründə mərkəzdən ayrılan dotasiya hesabına öz büdcəsini formalaşdıran Belarus və Qazaxıstan respublikalarının hazırkı iqtisadi potensialı və göstəriciləri 30 il bundan əvvəlki dövrdən çox da yüksək deyil. Üstəlik, dövlət büdcəsi əsasən diaspor ianələri hesabına formalaşan Ermənistanın da bu quruma daxil olması Aİİ daxilində iqtisadi münasibətlərə mənfi təsirsiz ötüşməyəcək. Başqa sözlə, sözügedən ölkələr yenə də Rusiyanın dotasiyasına göz dikmiş olacaqlar. Rusiya isə hazırkı durumu ilə həmin ölkələri “yedirtmək” iqtidarında deyil. Ukrayna ətrafında baş verən hadisələrdən sonra Qərbin Rusiyaya qarşı tətbiq etdiyi embarqo artıq çox yaxın aylarda bu ölkənin iqtisadiyyatında öz acı nəticəsini göstərmiş olacaq. Digər tərəfdən isə, ekspertlər belə hesab edirlər ki, quruma daxil olan 4 ölkə arasında ticarət-iqtisadi əlaqələrin çox da yüksək olmaması Aİİ-nin səmərəliliyinə əsas maneə yaradacaq. Bundan əlavə, Rusiyanın gömrük rüsumlarını aşağı endirmək istiqamətindəki səyləri bu ölkənin iqtisadiyyatına da öz mənfi təsiri göstərəcək.
Ekspertlərin qənaətinə görə, Ermənistanın hazırkı sərhədləri daxilində Aİİ-yə daxil edilməsi Rusiya, Qazaxıstan və Belarus prezidentlərinin Dağlıq Qarabağın de-yure və de-fakto olaraq Azərbaycan torpaqları kimi tanımalarını bir daha təsdiqləmələri anlamına gəlir. Digər tərəfdən isə, Ermənistan prezidenti Minskdə imzaladığı məlum sazişlə, 1 yanvar 2015-ci il tarixindən işğal altındakı Dağlıq Qarabağla sərhədinə gömrük postu yerləşdirmək öhdəliyini öz üzərinə götürüb. Yəni, 2015-ci ilin yanvarından ittifaqın fəaliyyətə başlaması ilə Azərbaycanın işğal altında olan Qarabağ bölgəsinin İrəvandan kartof-soğan daşıyan ac-yalavac erməni sakinləri indən belə Ermənistanla sərhəddə buna görə üstəlik hələ gömrük rüsumları da ödəməli olacaqlar. Bunun isə işsizlik və kasıblıqdan batıb gedən ermənilərə necə “xoş gələcək” vəd etməsi gün kimi aydındır. Ekspertlər Serj Sarkisyanın rəsmi İrəvan üçün sadəcə, rüsvayçılıqdan başqa bir şey ifadə etməyən həmin sazişi tərəddüd içində imzalayar-imzalamaz Ermənistan paytaxtını etiraz aksiyaları bürüməsini heç də təsadüfi hesab etmirlər. Mitinqlərdə səslənən fikirlərdən belə aydın olur ki, ermənilər Sarkisyanı müstəqil erməni dövlətini məhv etməkdə günahlandırırlar. Və verilən proqnozlar onu göstərir ki, Ermənistanın hazırkı rəhbərliyinin yürütdüyü daxili və xarici siyasətdən narazı olan xalq yaxın günlərdə yenidən küçələrə axışacaq. Belə olduğu təqdirdə isə, Sarkisyanın ermənilərin milli maraqlarını satmaqda ittiham olunacağı günün çox da uzaq olmadığı aydın olur.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxSiyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14

