“Mirror” qəzeti: Azərbaycan dünyanın tanıdığı sürətlə inkişaf edən ölkədir
07.11.2014 [09:46]
Böyük Britaniyanın “Mirror” qəzetində Azərbaycanın son illərdəki sürətli inkişafından bəhs edən geniş məqalə dərc olunub. Məqalədə Azərbaycanın dünyanın tanıdığı sürətlə inkişaf edən ölkə olduğu vurğulanır.
Səyyah yazıçı Kris Qranetin müəllifi olduğu yazıda Azərbaycanın hərtərəfli inkişafı, beynəlxalq aləmdə nüfuzu, zəngin tarixi və mədəni irsi təhlil edilib.
Ölkəmizi ziyarət edən müəllif məqaləsində Azərbaycanda gözlədiyindən daha artıq gözəlliklərlə qarşılaşdığını bildirib.
Məqalənin əvvəlində Azərbaycanın strateji əhəmiyyəti və yerləşdiyi coğrafi mövqe haqqında məlumat verilir. Ölkəmizin “Eurovision”, “Formula 1” kimi beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdiyi diqqətə çatdırılır. Həmçinin 2015-ci ildə birinci Avropa Oyunlarının, 2016-cı ildə isə Formula-1 üzrə Avropa Qran-pri yarışının Azərbaycanda keçiriləcəyi vurğulanır.
Müəllif paytaxt Bakının möhtəşəm memarlıq abidələrindən də bəhs edir, tarixi muzeyləri və qoruqları haqqında məlumat verir.
Bakıda dəyişməyən tək yerin “İçərişəhər” olduğu və bu tarixi memarlıq qoruğunun paytaxtın rəmzi olduğu diqqətə çatdırılır.
Azərbaycanın hələ qədim dövrlərdən Odlar Yurdu adlandırıldığı qeyd edilən yazıda ölkədə hökm sürən tolerantlıq mühiti də yüksək qiymətləndirilir. Bundan başqa, dünya şöhrətli memar Zaha Hadidin müəllifi olduğu Heydər Əliyev Mərkəzinin dünyanın nadir memarlıq incilərindən biri olduğu vurğulanıb. Müəllif vurğulayır ki, Bakı tezliklə bütün dünyanın yaxından tanıyacağı və heyran qalacağı şəhər olacaq.
Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunulur və Azərbaycan ərazilərinin bir hissəsinin ermənilər tərəfindən işğal edildiyi diqqətə çatdırılır.
Yazının sonunda isə Britaniyadan Azərbaycana səfər etmək istəyənlər üçün səyahət məlumatları əksini tapıb.
Məqalədə Azərbaycanın tarixini, incəsənətini və gözəl mənzərələrini əks etdirən fotolar da yer alıb.
Xəbər lenti
Hamısına baxElm
07 Oktyabr 23:29
Dünya
07 Oktyabr 22:46
İqtisadiyyat
07 Oktyabr 22:03
Dünya
07 Oktyabr 21:30
Dünya
07 Oktyabr 20:57
Dünya
07 Oktyabr 20:33
Dünya
07 Oktyabr 19:57
Dünya
07 Oktyabr 19:14
Dünya
07 Oktyabr 18:43
Hadisə
07 Oktyabr 18:22
Dünya
07 Oktyabr 17:45
Dünya
07 Oktyabr 17:19
Elm
07 Oktyabr 16:32
İqtisadiyyat
07 Oktyabr 16:30
YAP xəbərləri
07 Oktyabr 16:26
Hadisə
07 Oktyabr 16:13
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:12
Siyasət
07 Oktyabr 16:11
Siyasət
07 Oktyabr 16:11
Gündəm
07 Oktyabr 15:38
Sosial
07 Oktyabr 15:18
Siyasət
07 Oktyabr 15:05
Siyasət
07 Oktyabr 15:04
İqtisadiyyat
07 Oktyabr 14:21
Sosial
07 Oktyabr 14:07
Siyasət
07 Oktyabr 13:30
Siyasət
07 Oktyabr 13:07
Siyasət
07 Oktyabr 12:50
Siyasət
07 Oktyabr 12:49
Sosial
07 Oktyabr 12:29
YAP xəbərləri
07 Oktyabr 12:25
Siyasət
07 Oktyabr 12:24
Siyasət
07 Oktyabr 12:12
Siyasət
07 Oktyabr 12:10
Siyasət
07 Oktyabr 12:09
YAP xəbərləri
07 Oktyabr 11:46
YAP xəbərləri
07 Oktyabr 11:45
Gündəm
07 Oktyabr 11:45
Siyasət
07 Oktyabr 11:23
Siyasət
07 Oktyabr 11:22
Gündəm
07 Oktyabr 11:19
Siyasət
07 Oktyabr 11:11
Analitik
07 Oktyabr 10:58
MEDİA
07 Oktyabr 10:56
Gündəm
07 Oktyabr 10:54
Siyasət
07 Oktyabr 10:25
Siyasət
07 Oktyabr 10:09
Analitik
07 Oktyabr 09:42
Gündəm
07 Oktyabr 09:35
Analitik
07 Oktyabr 09:17
Sosial
07 Oktyabr 08:53
Sosial
07 Oktyabr 08:30
Gündəm
07 Oktyabr 08:11
İqtisadiyyat
06 Oktyabr 23:53
Dünya
06 Oktyabr 23:23
YAP xəbərləri
06 Oktyabr 23:04
YAP xəbərləri
06 Oktyabr 22:59
Dünya
06 Oktyabr 22:24
Dünya
06 Oktyabr 21:42
Dünya
06 Oktyabr 21:09
Dünya
06 Oktyabr 20:22
İqtisadiyyat
06 Oktyabr 20:07
Dünya
06 Oktyabr 19:59
Dünya
06 Oktyabr 19:41
Dünya
06 Oktyabr 18:14
Dünya
06 Oktyabr 17:30
Gündəm
06 Oktyabr 16:20
Dünya
06 Oktyabr 16:20
Siyasət
06 Oktyabr 16:15

