Müxalifət yenidən Serj Sarkisyan rejimini “silkələməyə” hazırlaşır
18.02.2015 [11:19]
Ermənistanda cümə gününə təyin edilən icazəsiz mitinqdə qan töküləcəyi istisna olunmur
Serj Sarkisyan hakimiyyətinin yürütdüyü yarıtmaz daxili və xarici siyasət Ermənistanı uçuruma sürükləməkdədir. Belə ki, iqtisadi tənəzzül, işsizlik səviyyəsinin durmadan artması işğalçı ölkə vətəndaşlarının güzəranının hər keçən gün daha da pisləşməsinə səbəb olur. Hələ bu azmış kimi, ailəsini dolandırmaq üçün Rusiyaya üz tutan 50 min erməni miqrantın adının “qara siyahı”ya daxil edilərək bu ölkəyə girişinin qadağan edilməsi, Ermənistandakı daxili gərginliyi daha da artırıb. Odur ki, müxalifətin fevralın 20-nə təyin etdiyi mitinq Sarkisyan rejimi üçün yaxşı heç nə vəd etmir.
Əslində, hakimiyyətdə təmsil olunmayan “üçlük” (“Çiçəklənən Ermənistan”, “Erməni Milli Konqresi” və “İrs”) rəhbərlərinin - Qaqik Çarukyan, Levon Ter-Pertosyan və Raffi Ovanesyanın cümə günü yenidən İrəvanın mərkəzindəki “Azadlıq” meydanında bir araya gəlmək qərarının verilməsinin səbəbkarı da elə Serj Sarkisyandır. Belə ki, www.news.am saytının yazdığına görə, fevralın 12-də hakim Respublika Partiyasının Şura iclasında çıxış edən Serj Sarkisyan müxalifətin ünvanına kəskin fikirlər söyləyib, onları xarici himayədarların köməyi ilə ölkədə qeyri-sabitlik yaratmaqda günahlandırıb. Sarkisyan həmin çıxışında müxalifət lideri, Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Çarukyanı “ölkə üçün bədbəxtlik” adlandırıb. Hələ bu azmış kimi, o, sələfi Robert Köçaryanın ən yaxın biznes ortaqlarından olan, parlamentin üzvü, Milli Olimpiya Komitəsinin prezidenti Q.Çarukyanı ölkənin Milli Təhlükəsizlik Şurasından da xaric edib. Bu isə müxalifətin qəzəbi ilə qarşılanıb və iki gün əvvəl bir araya gələn müxalifət liderləri S.Sarkisyana güc nümayiş etdirmək üçün növbəti mitinqin vaxtını açıqlayıblar.
Həmişə olduğu kimi, meriya müxalifət liderlərinə “yox” cavabını verib. Saytın yazdığına görə, meriyanın cavabında bildirilib ki, müxalifətin mitinq keçirmək barədə xəbərdarlığı “Toplaşmaq haqqında” qanunla ziddiyyət təşkil edir. Çünki mövcud qanunvericiliyə görə, mitinq keçirmək üçün ən azı 8 gün əvvəl meriyaya xəbərdarlıq edilməlidir. “Yalnız çox mühüm mitinqlər üçün qanunvericiliyin tələbində güzəştlər nəzərdə tutulur. Amma müxalifətin bu aksiyasiyası sıradan bir tədbirdir”, - deyə meriyanın cavabında bildirilib. Müxalifət təmsilçiləri isə İrəvanın mərkəzində izdihamlı mitinq keçirməkdə israrlıdırlar. Odur ki, siyasi təhlilçilər indidən 20 fevral tarixini “qanlı cümə” kimi şərh etməkdədirlər. Belə ki, Sarkisyanın həmin gün öz opponentlərinə qarşı odlu silahdan və gücdən istifadə edəcəyi istisna olunmur.
Saytın yazdığına görə, cümə gününə təyin olunmuş mitinqi izdihamlı edəcək amillərdən biri də müxalifət liderlərinin miqrant “kartı”ndan hakimiyyətə qarşı uğurla istifadə edə bilməsidir. Belə ki, Ermənistan dövlət miqrasiya xidmətinin rəisi Qaqik Yeqanyan www.news.am saytına müsahibəsində hər gün təqribən 100 nəfərədək insanın Rusiyada işləmək məqsədilə onlara müraciət etdiyini bildirib. Onun sözlərinə görə, bu müraciətlərin yalnız 5-10 faizinə qarşı tərəfdən müsbət cavab verilir. Buna səbəb isə təqribən 50 min erməninin Rusiyaya girişinin qadağan edilməsidir. Belə ki, ermənilər Rusiya qanunvericiliyinin tələblərini mütəmadi olaraq pozduqlarına görə, bu ölkənin “qara siyahısı”na daxil ediliblər. “Doğrudur, Avrasiya İqtisadi İttifaqı üzv ölkələrdən olan əmək miqrantları üçün geniş imkanlar yaradır. Amma bu, digər ölkənin qanunlarını pozan şəxslərə şamil olunmur”, - deyə Qaqik Yeqanyan bildirib.
Beləliklə, yürütdüyü işğalçılıq siyasəti nəticəsində Azərbaycan və Türkiyə kimi mühüm qonşuları ilə əməkdaşlıqdan məhrum olan Serj Sarkisyan rejimi Ermənistanı nəinki regionda həyata keçirilən nəhəng beynəlxalq layihələrdən kənarda qoyub, dövlət büdcəsini əlavə dividendlərdən məhrum edib, həmçinin, ölkə vətəndaşlarını səfalət içində yaşamağa məhkum edib. Elə cümə gününə təyin olunan mitinqin də əsl məqsədi Serj Sarkisyandan bunun hesabını sormaqdır.
Nəzərə alsaq ki, sözügedən mitinq ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandın fevralın 18-nə İrəvana planlaşdırılan səfərindən sonra təşkil olunacaq, o zaman ölkədaxili vəziyyətin Serj Sarkisyan üçün heç də ürəkaçan olmadığını başa düşmək çətin deyil. Saytın yazdığına görə, Ermənistanda olduğu müddətdə Ağ Ev rəsmisi hakimiyyət nümayəndələri ilə yanaşı, müxalifət təmsilçiləri, vətəndaş cəmiyyəti və gənclər birliklərinin nümayəndələri ilə də görüşlər keçirəcək. Başqa sözlə, müxalifətin mitinqinin möhtəşəmliyində, dolayısı ilə, okeanın o tayından gəlmiş “qonaq”ın da rolu az olmayacaq. Bu proqnozların özünü nə dərəcədə doğruldacağını isə zaman göstərəcək.
Səlim LOĞMANOĞLU
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

