/ / Fransalı deputat ilk Avropa Oyunları ərəfəsində Azərbaycanın üzləşdiyi qarayaxma kampaniyasını kəskin tənqid edib
Fransalı deputat ilk Avropa Oyunları ərəfəsində Azərbaycanın üzləşdiyi qarayaxma kampaniyasını kəskin tənqid edib
31.07.2015 [09:57]
Fransa Milli Assambleyasının deputatı, Fransa-Azərbaycan Dostluq Qrupunun vitse-prezidenti, xarici əlaqələr komitəsinin üzvü və Altkirş şəhərinin meri Jan-Lük Raytzerin “Le Trombinoscope” jurnalında “Avropa Oyunları Bakıda: Fransa tərəfi niyə bu qədər dözümsüzdür?” adlı məqaləsi dərc olunub. Bu barədə Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) AZƏRTAC-a bildirilib.
Müəllif yazır: “Mən ötən illər ərzində dəfələrlə Azərbaycanda, Bakıda olmuşam. Sonuncu dəfə isə orada iyunun 12-də qitəmizdə ilk dəfə keçirilən Avropa Oyunlarının açılış mərasimi zamanı olmuşam. Nümayəndə heyətimizin qarşılanması zamanı göstərilən qonaqpərvərlik və nümunəvi xidmət, Bakının və onun arxitekturasının transformasiyası, onu “İşıqlar şəhəri”nə çevirən işıqların orijinallığı və gözəlliyi məni heyrətləndirdi. Lakin bunlardan da çox mənə Azərbaycan xalqının entuziazmı və şövqü böyük təəssürat bağışladı.
Açılış mərasimi möhtəşəm və təsirli idi, burada ölkənin tarixi və müasirliyi ustalıqla birləşdirilmişdi.
Lakin paralel olaraq böyük fransız mediasının birinci Avropa Oyunlarının işıqlandırılmasında göstərdiyi dözümsüzlük məni çox məyus etdi, hətta hiddətləndirdi. Azərbaycanla bağlı bir çox çirkin məqalələr oxudum...”
Müəllif qeyd edir ki, biz Azərbaycanın Avropa Şurasının, o cümlədən Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramının və ATƏT-in üzvü olması faktına etinasızlıq göstərməməliyik. Azərbaycana qarşı təzyiq kampaniyası, heç şübhəsiz, bütün regionun sabitlik qalası, hər kəs üçün dünyəvilik və dini tolerantlıq nümunəsi olan, əhalisinin əksəriyyətini müsəlmanların təşkil etdiyi bu Cənubi Qafqaz ölkəsini cəsarətləndirmək üçün heç də yaxşı vasitə deyil. Bu ölkədə kişi və qadınlar təhsil almaqda bərabər hüquqlara malikdirlər. Minlərlə gənc azərbaycanlı təhsil almaq üçün xaricə, xüsusilə də Böyük Britaniyaya və Fransaya göndərilir.
Azərbaycan həyata keçirdiyi islahatları və öz nəhəng investisiyaları ilə yoxsulluq səviyyəsini ciddi şəkildə azaltmağa nail olub. Bu rəqəm hazırda 4,9 faizdə qərarlaşıb. Fransanın bəzi regionları bu nailiyyətə həsəd aparır.
Vurğulanır ki, Avropa Oyunları Ermənistandan İsrailə qədər onlarla ölkədən olan və 20 müxtəlif idman növü üzrə yarışan 6 min atleti bir araya gətirdi. Azərbaycan xalqının qürur və birlik daşıyıcısı olan Avropa Oyunları özündən sonra hədsiz dərəcədə böyük pozitiv irs qoyacaq. Bu möhtəşəm tədbir Azərbaycanı minlərlə əcnəbiyə təqdim etdi, onlara Azərbaycanın əsl reallıqlarını görmək, buradakı qonaqpərvərlik və insanların istiqanlılığı ilə tanış olmaq imkanı yaratdı.
Azərbaycan Avropa Oyunları ilə bir çox maneələri dəf etdi. Ölkədə yalnız iki il yarım ərzində yüksək keyfiyyətli infrastruktur inşa edildi. Azərbaycan bir daha göstərdi ki, Rusiya, İran və Türkiyə kimi ölkələrlə əhatə olunmasına baxmayaraq o, əsas regional oyunçudur. Nəhayət, Azərbaycan ən yüksək səviyyədə beynəlxalq idman yarışlarını təşkil etmək bacarığını göstərdi.
Fransalı deputat məqaləni bu fikirlərlə bitirir: “Mənim arzum nədir? Arzum odur ki, fransız xalqı və mediası bu gözəl ölkəyə səyahət etmək üçün açılış mərasimi ruhundan yola çıxsın. Öz müstəqilliyini qorumaq, Avropa və xüsusən də Fransa ilə əlaqələrini möhkəmləndirmək istəyən şəxslər bu ölkə ilə bağlı təcrübə yaşayarkən və yaxud ən azı danışarkən öz obyektivliklərini və intellektual vicdanlarını ortaya qoysunlar”.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50

