/ / Yaponiyanın hakim Liberal Demokratik Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub
Yaponiyanın hakim Liberal Demokratik Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub
29.08.2015 [11:10]
Avqustun 27-də Yaponiyaya rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu ölkənin hakim Liberal Demokratik Partiyasının (LDP) icraçı katibinin müavini, xarici əlaqələr bürosunun sədri, parlamentin deputatı Yasukazu Hamada ilə görüşüb.
Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və LDP-dən olan deputatlar Toşinao Nakaqava və Keytaro Ono görüşdə iştirak ediblər.
Görüşə görə təşəkkür edən Əli Həsənov ölkələrimiz arasında dostluq münasibətlərinin sürətlə inkişaf etdiyini bildirib, bu sahədə qarşılıqlı rəsmi səfərlərin əhəmiyyətini vurğulayıb. XX əsrin əvvəllərində müstəqillik qazanan Azərbaycan Xalq Cümhuriyyətinin tarixi haqda məlumat verən Baş nazirin müavini həmin vaxt əldə edilmiş demokratik nailiyyətlərin əsrin sonlarında müstəqilliyin bərpasından sonra uğurla davam etdirildiyini deyib. Müstəqilliyin bərpasından sonra ölkəmizin qarşılaşdığı problemlərin aradan qaldırılmasında Ümummilli lider, Yeni Azərbaycan Partiyasının banisi Heydər Əliyevin rolu xüsusi qeyd edilib. Ulu öndərin müəyyənləşdirdiyi strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycanın son illər sürətli iqtisadi inkişafa nail olduğu və regionun lider dövlətinə çevrildiyi diqqətə çatdırılıb. Əli Həsənov Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası barədə ətraflı məlumat verərək deyib ki, qarşıdakı illərdə Azərbaycanda işsizlik minimum həddə enəcək, ölkəmiz inkişaf etmiş dövlətlər sırasına daxil olacaq, milli iqtisadiyyatın neftdən asılılığı tam aradan qaldırılacaq.
Əli Həsənov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verərək bildirib ki, Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib və bunun nəticəsində 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyəti hələ ki, bir nəticə vermir.
Azərbaycan ilə Yaponiya arasında siyasi və iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran Əli Həsənov, eyni zamanda, ölkəmizdə hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini olduğunu bildirib. Qeyd edib ki, iki ölkənin hakim partiyaları arasında əməkdaşlıq dost xalqlarımız arasında münasibətlərin inkişafına mühüm töhfələr verə bilər. Bu istiqamətdə aparılan danışıqların tezliklə müsbət nəticə verəcəyinə əmin olduğunu vurğulayan YAP sədrinin müavini qarşı tərəfi Azərbaycana səfərə dəvət edib.
Sürətli inkişafı ilə bu gün dünyanın diqqət mərkəzində olan Azərbaycanın Baş nazirinin müavini ilə görüşdən məmnunluğunu söyləyən Y.Hamada Yaponiyanın ölkəmizlə yüksək səviyyəli əlaqələr qurmaqda maraqlı olduğunu bildirib. Qeyd edib ki, Yaponiya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır, ona hörmətlə yanaşır. Yaponiyanın da belə bir problemlə qarşılaşdığını xatırladan büro sədri tarixi ədalətin bərpa olunacağına və işğal altındakı torpaqların azad ediləcəyinə əminliyini ifadə edib. Ölkələrimizin hakim partiyaları arasında əməkdaşlıq əlaqələrinin hər iki tərəf üçün faydalı olacağını təsdiq edən Y.Hamada bu sahədə gənclər arasında münasibətlərin yaradılmasının, qarşılıqlı səfərlərin təşkilinin önəmini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

