Liviyada nə baş verir?
06.07.2022 [10:42]
İğtişaşlar yeni siyasi böhrana, hərbi qarşıdurmaya yol aça bilər
P. İSMAYILOV
Vətəndaş müharibəsindən sonra stabilliyə qovuşa bilməyən Liviyada yenidən iğtişaşlar başlayıb. BMT-nin baş katibi Antoniu Quterreş Liviyanın bir sıra şəhərlərində keçirilən etirazlarla bağlı narahatlığını dilə gətirib. Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib. O qeyd edib ki, Baş katib dinc şəkildə etiraz etmək hüququnu tanıyaraq, bütün tərəfləri zorakılıqdan çəkinməyə, təhlükəsizlik qüvvələrini isə təmkinli olmağa çağırıb. “Həmçinin sabitliyə xələl gətirə biləcək hər hansı hərəkətdən çəkinməyə dəvət edir”, - Düjarriki əlavə edib.
Qeyd edək ki, Liviyada iyulun 1-də bütün dövlət orqanlarının buraxılması və seçkilərin keçirilməsi tələbi ilə kütləvi etiraz aksiyaları keçirilib. İkili hakimiyyətin qurulduğu ölkənin həm qərbində, həm də şərqində insanlar küçələrə axışıb. Tobrukda nümayişçilər Nümayəndələr Palatasının binasına basqın ediblər. Görünən budur ki, ərəb baharının ardından dövlət idarəçiliyi ilə bağlı razılaşmaların əldə olunmadığı Liviyanı yenidən ağır günlər gözləyir. Ölkə bərpa ola bilmir. Bəzi siyasi mütəxəssislər isə bunu həm də xarici təsirlərlə də əlaqədar olduğunu vurğulayırlar. Belə ki, Liviyada mövcud olmuş Qəddafi rejiminin yıxılmasından sonra məhz xarici təsirlərin təzyiqi ilə bir neçə siyasi qanad formalaşıb. Bu isə mübarizənin sivil və dinc yolla deyil, hərbi güc yolu ilə aparılmasına zəmin yaradıb.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlyas Hüseynov bildirib ki, Liviyada baş verən proseslər və ictimai-siyasi sabitliyin pozulması halları uzun zamandır davam edən siyasi böhranın nəticələridir. Onun sözlərinə görə, Qəddafinin devrilməsi və öldürülməsi bu ölkəyə gözlənilən demokratiya və azadlığı gətirmədi: “Əksinə, Liviyada ölkənin parçalanması, beynəlxalq nüfuzun itirilməsi və təbii sərvətlərin bölüşdürülməsi uğrunda mübarizə məkanına çevrildi. Ölkənin şərqində və qərbində bir-birini tanımayan, ortaq məxrəcə gələ bilməyən qüvvələr arxalarında böyük gücləri toplamaqda davam edir. Bu siyasi kollaps, anarxiya vəziyyəti artıq uzun müddətdir ki, davam edir. Ərəb baharı Yaxın Şərq regionu üçün sülh və təhlükəsizlik gətirmədi, əksinə problemlərin daha da çoxalmasına şərait yaratdı. Ona görə də general Haftarla qanuni hökumət arasında olan mübarizə yalnız ölkənin daxili işini özündə əks etdirmir. Eyni zamanda, regionda və regiondan kənarda olan güclərin siyasi-iqtisadi, geostrateji baxışlarının ehtiva etdiyi bir mübarizə plaftformasına çevrilir”.
Politoloqun firkincə, Rusiya-Ukrayna müharibəsi fonunda Kremlin Yaxın Şərqdə mövqeləri bir qədər zəifləyib. Rəsmi Moskvanın bütün beynəlxalq məsələlərə reaksiya vermək imkanları məhdudlaşıb. Bu baxımdan, proseslərdə qərbin daha da gücləndirilməsi ehtimalı ilə bir sıra hərəkətlənmələr müşahidə olunur. “Liviya nəhəng neft-qaz ölkəsi olmasıyla yanaşı, bu ölkənin sularından da tranzit yolu kimi istifadə olunur. Bununla yanaşı, böyükhəcmli neft-qaz nəqli də bir sıra güclərin maraq dairəsindədir. Ona görə də əsasən ərəb dünyasını təmsil edən dövlətlərlə yanaşı, Avropa İttifaqında olan Fransa, İtaliya və Yunanıstan kimi ölkələrin də burada maraqları kəsişir. Ümumiyyətlə, region uzun müddətdir ki, qeyri-stabilliyi ilə seçilir. Bu baxımdan bir qığılcımla burada hər zaman müharibə ehtimalları güclənə bilər. Türkiyənin qərarlı mövqeyi, müdafiə sənayesi sahəsində uğurlarının döyüş meydanında tətbiqi isə bölgədə təhlükəsizliyin və qanuni hökumətin qorunmasına zəmin yaradır. Ona görə də Qəddafidən sonrakı mərhələdə general Haftarın hakimiyyətə gəlməsi ilə bağlı bir sıra güclər koalisiya formalaşdırsa da, istəklərinə nail ola bilmədilər. Bununla belə, bölgədəki güclərin maraqları yalnız müxalifətin qalib gəlməsi ilə də məhdudlaşmır. Resursların mənimsənilməsi, bölgüsü və nəqli üzərində gedən bir mübarizənin şahidiyik. Demokratiya və söz azadlığı adı altında həyata keçirilən proseslərin arxasında hansı niyyətlərin dayandığı hamıya bəllidir. Ona görə də ərəb baharından sonra Liviyada proseslər normal məcraya qayıda bilmir”, - deyən İ.Hüseynov onu da əlavə edib ki, qeyri-stabil bir dünyada, beynəlxalq hüququn işləmədiyi, mexanizmlərin mövcud olmadığı bir şəraitdə Liviya da siyasi təlatümlərin mərkəzlərindən birinə çevrilir. Bu səbəbdən sülhün, sabitliyin və təhlükəsizliyin qorunması üçün daha çox təşəbbüslər nümayiş etdirilməlidir. İ.Hüseynov onu da bildirib ki, BMT baş katibinin Liviya üzrə nümayəndəsinin fikirləri bu xüsusda diqqət çəkir: “Qərbin təbii ki, bu mühüm geosiyasi arealdan öz məqsədləri üçün istifadə etmək arzuları daha çox nəzərə çarpır. Fikrimcə, Liviya yaxın gələcəkdə geosiyasi proseslərin mərkəzinə çevrilə bilər”.
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

