Rusiya-Ukrayna cəbhəsində nə baş verir?
15.09.2022 [11:05]
Son günlər Rusiya-Ukrayna müharibəsində Ukrayna ordusu böyük üstünlük qazanıb. Belə ki, ordu şərq istiqamətində bir sıra əraziləri geri alıb. Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, rus qoşunları Xerson ətrafında öz qruplaşmalarını gücləndirməyə çalışırlar.
Bu da “kadırovçular”ın 4-cü batalyonunun dislokasiyası hesabına edilir. “Amma bu bölmələr əhəmiyyətli dərəcədə komplektləşdirilməyib, şəxsi heyətin böyük hissəsi isə Rusiya Federasiyasının ən kasıb bölgələrindədir. Digər tərəfdən, Rusiya Federasiyasında hərbi hissələr bölmələrin Ukraynaya göndərilməsini ləğv edirlər. Buna səbəb isə şəxsi heyətin döyüş fəaliyyətində iştirakdan kütləvi surətdə imtina etməsidir” - deyə məlumatda bildirilir.
Eyni zamanda, Ukrayna ordusunun son günlər Rusiya hərbçilərindən azad etdiyi yaşayış məntəqələrinin adları açıqlanıb. Buraya Balakleya, Kupyansk, İzyum şəhərləri də daxildir. Bundan başqa, Ukrayna döyüşçüləri şəhər tipli Şevçenkove qəsəbəsinin işğaldan azad olunduğunu təsdiqləyiblər. Artıq Ukrayna Prezidenti Volodimir Zelenski İzyum şəhərinə gedib. Rusiya ordusu Luqansk vilayətinin Kremennaya şəhərini də tərk edib. Bu barədə isə vilayətin hərbi administrasiyasının rəhbəri Sergey Qayday məlumat verib. S.Qayday deyib ki, Luqansk vilayətinin işğaldan azad edilməsi Kremennaya və Svatovo şəhərlərindən başlayacaq.
Ukrayna Silahlı Qüvvələrinin bölmələri Xarkov vilayətində uğurlu hücumdan sonra Donetsk və Luqansk vilayətlərində də tədricən irəliləməyə başlayıb. Bölgənin şimal-qərb hissəsində hücum həyata keçirilib, Donetsk vilayətinin Svyataqorsk şəhəri artıq nəzarətə götürülüb. Cənubdakı Xerson şəhəri yaxınlığında gözlənilən irəliləyişlər isə beynəlxalq ictimaiyyətin də diqqətindədir. Ekspertlərin fikrincə, Rusiya təcrübəli əsgərlərinin bir qismini Xersonun müdafiəsinə yönəldib. Ukrayna ordusunun cənub komandanlığının sözçüsü Nataliya Qumenyuk bildirib ki, Ukrayna şərqdə ərazi əldə etməklə yanaşı, cənubda da eyni şəkildə uğur qazanıb.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar isə qeyd edib ki, Ukrayna hərbçiləri ölkənin cənubunda və şərqində 6 min kvadrat kilometr ərazini azad edib. Bu isə o deməkdir ki, Ukrayna hərbçiləri Xarkov vilayətinin bütün ərazisini, eləcə də Donetsk vilayətinin bir neçə yaşayış məntəqəsini geri alıb. Bundan əlavə, son günlər Ukrayna Xerson vilayətinin bir sıra yaşayış məntəqələrinə nəzarəti bərpa edib. Hərbi ekspertlər Xarkovun tam azad edilməsi faktını müharibənin gedişində ukraynalıların xeyrinə dönüş nöqtəsi kimi dəyərləndirirlər.
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) də Ukrayna ordusunun son günlər uğurlu əməliyyatlar keçirdiyini təsdiqləyib: “Rusiya qoşunlarının uğursuzluqları davam edir. Bu onların nizamsız hərəkətinin göstəricisidir”. ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu isə hesab edir ki, Ukrayna rəhbərliyi cənubdakı zərbələri müzakirə edərək Xarkov bölgəsində gerçəkləşdirdiyi hərbi taktikası ilə rusları çaşdırdı: “Ukrayna müharibənin gedişatını öz xeyrinə çevirdi. Kiyev böyük hərbi əməliyyatın yerini və xarakterini getdikcə daha çox diktə edəcək və Rusiya Ukraynanın artan fiziki və psixoloji təzyiqinə qeyri-adekvat cavab verəcək”.
Rusiya Müdafiə Nazirliyi də qoşunların Xarkov bölgəsindən tamamilə geri çəkildiyini etiraf edib. Amma nazirlik bu addımı “yenidən qruplaşma” kimi xarakterizə edib. Bütün bunların fonunda Rusiya ordusu Xarkov şəhərinə və digər ərazilərə raket hücumunu intensivləşdirib. Bunun nəticəsində bir sıra yaşayış məntəqələrinin elektrik enerjisi və su təminatında ciddi problemlər yaranıb. Bundan başqa, Ukraynanın “Enerqoatom” Dövlət Nüvə Enerjisi Şirkəti Zaporojye Atom Elektrik Stansiyasında işləyən sonuncu reaktorun fəaliyyətini dayandırdığını bildirib. Qurumdan verilən açıqlamada bölgədəki qarşıdurmalar səbəbindən Zaporojya AES-in Ukrayna şəbəkəsi ilə bütün əlaqələrinin zədələndiyi vurğulanıb. Sentyabrın 11-i səhər saatlarında stansiyada elektrik enerjisinin bərpa olunduğu və stansiyada işləyən yeganə reaktorun fəaliyyətinin dayandırılması və soyutma sisteminə keçirilməsinin qərara alındığı bildirilib. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) bazar günü stansiyada sonuncu reaktorun dayandığını təsdiqləyib.
Onu da qeyd edək ki, indiki halda tərəflər arasında diplomatik danışıqların bərpa olunması da real görünmür. Ukrayna Prezidenti Zelenski Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ölkəsinin Ukrayna ilə sülh danışıqlarından imtina etmədiyi barədə fikrinə cavab olaraq deyib ki, hazırkı şərtlərlə Rusiya ilə danışıqların aparılması mümkün deyil. “Rusiya Ukrayna ilə ultimatum dili ilə danışmağa çalışıb. Mən onların konstruktiv olmaq istəyini görmürəm. Bu mənim prinsipimdir, ultimatum verənlərlə danışmıram. Ukrayna tərəfi sona qədər mübarizə aparacaq və Rusiya ilə Ukrayna arasında saziş yalnız rus qoşunlarının Ukrayna ərazilərindən çıxarılmasından sonra bağlana bilər”, - deyə dövlət başçısı bəyan edib.
Beləliklə, indiki halda Rusiya-Ukrayna müharibəsində üstünlük Ukrayna ordusundadır. Son günlər rəsmi Kiyevin cəbhədə uğurlar qazanmasında Qərbdən verilən silahlar əsas rol oynayır. Proseslər isə göstərir ki, bu müharibənin sonu hələ görünmür.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08

