Ukrayna Aİ-nin şərtlərini qəbul edir
27.10.2022 [10:41]
Rəsmi Kiyev quruma üzv olmaq üçün bütün addımlara hazırdır
Ukrayna Avropa İttifaqına (Aİ) üzv olması istiqamətində inkişaf edən prosesi bir az da sürətləndirmək niyyətindədir. Belə ki, Ukrayna prezidenti Volodimir Zelenski Kiyevdə Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerlə birgə keçirdiyi brifinqdə deyib ki, ölkəsi bu ilin sonuna kimi Avropa İttifaqına daxil olmaq üçün yeddi tövsiyəni yerinə yetirəcək. Onun sözlərinə görə, Almaniya prezidenti ilə görüşdə Ukraynanın Avropa və Avroatlantik inteqrasiyası məsələləri müzakirə olunub: “Artıq bu il biz Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı Avropa Komissiyasının bütün tövsiyələrini yerinə yetirəcəyik. Avropa İttifaqına daxil olmaq üçün ölkəmiz yeddi tövsiyəni yerinə yetirməlidir. Bunlar, xüsusilə, Konstitusiya Məhkəməsi hakimlərinin seçiminin sürətləndirilməsi, ədliyyə sistemində islahatların davam etdirilməsi, korrupsiya və çirkli pulların yuyulması ilə mübarizə, deoliqarxizasiya haqqında qanunun real nəticələrinin nümayişi, qanunvericiliyə uyğunlaşdırılması, Avropa qanunu ilə audiovizual qanunvericilik, milli azlıqlar haqqında qanunun qəbulu və həyata keçirilməsi və s. məsələləri əhatə edir. Hesab edirəm ki, genişlənmə siyasəti çərçivəsində növbəti paket ictimaiyyətə açıqlanmamışdan əvvəl də bu iş Avropa İttifaqı tərəfindən layiqincə qiymətləndirilməlidir”.
Məsələ ilə bağlı fikirlərini bölüşən politoloq Yeganə Hacıyeva bildirib ki, post-sovet ölkələrindən Aİ-yə üzv olmağa can atan bir sıra dövlətlər var. Bu addımları ciddi-cəhdlə atanlar arasında isə Ukrayna, Moldova və Gürcüstan xüsusilə seçilir. Politoloq vurğulayıb ki, bu il Avropa Komissiyası adıçəkilən üç ölkənin birliyə üzv olmaqla bağlı ərizələri haqqında yekun rəy verib. Yekun rəydə göstərilir ki, hər üç ölkənin quruma üzv olmaq şansları var: “Amma bunun üçün bəzi addımlar atılmalıdır. Konkret olaraq, Avropa Komissiyasının sədri bildirdi ki, bu ölkələrin ciddi addımlar atmalı olduğu sahələr məhz məhkəmə islahatları, Konstitusiya məhkəməsi və iqtisadi sahələrdir. Bu sahələr üzrə isə sadəcə qanunvericiliyin dəyişdirilməsi və ya yenilənməsi deyil, qanunvericiliyin icrasındakı prosedurlar məsələsi də böyük önəm dayışır. İstər Aİ, istərsə də Avropa Komissiyası Ukrayna ilə bağlı genişlənmə və qonşuluq siyasəti üzrə 7 bənd əlavə etdi. Bu bəndlərin ikisi məhz məhkəmə islahatları, Konstitusiya məhkəməsinin hakimlərinin seçilməsi məsələsi idi. Digər iki bənd isə sırf korrupsiya ilə mübarizəyə aid bəndlər idi. Məsələ ondadır ki, Ukraynada ixtisaslaşdırılmış korrupsiya ilə mübarizəyə qarşı prokurorluğa rəhbər təyinatı ilə bağlı prosesin uzanması, hətta məntiqi sonluğa çatmaması Aİ-nin narahatlığına səbəb olmuşdu. Bu narahatlıq, həm də korrupsiyaya qarşı mübarizə sahəsində milli büronun fəaliyyəti, ora rəhbər təyinatı ilə bağlı idi. Aİ-nin hər iki təyinatla bağlı təsəvvürü ondan ibarətdir ki, bu vəzifələrə korrupsioner, ümumiyyətlə, korrupsiyada adı hallanmış məmurlar təyin edilməməlidir. Vəzifələrə təyinat müsabiqə yolu ilə aparılmalıdır. Qeyd edim ki, birinci iki bəndlə bağlı Ukrayna bir sıra ciddi işlər görsə də, sırf 3 və 4-cü bəndələrlə bağlı addımlar atılmamışdı. Aİ-nin bu məsələdəki əsas marağı isə ondan ibarətdir ki, qeyd edilən vəzifələrə qurumun öz namizədləri var. Bu isə Ukrayna tərəfindən uzun müddət narahatlıqla qarşılanırdı. Amma Rusiya-Ukrayna münaqişəsində Aİ-nin dəstəyi rəsmi Kiyevi Avropadan “mənəvi borclu” halına salıb. Göründüyü kimi, Aİ-nin Ukraynaya münaqişədə verdiyi dəstək də qarşılıqsız deyilmiş”.
İrəli sürülən digər iki şərt isə deoliqarxizasiya ilə bağlıdır. Politoloq vurğulayıb ki, Aİ bu məsələdə də çox ciddidir. Hətta əvvəlki dövlət başçılarnıın içində belə oliqarxların olması Aİ-ni bu məsələyə daha çox fokuslayır. “Məsələn, Poroşenko oliqarx idi. Aİ hesab edir ki, məmurlar deoliqarxizasiya olmalıdır. Sonuncu, 7-ci bənd də Aİ-nin özünün təsəvvürlərinə söykənir. Bu bənd Ukraynanın gələcəyi ilə bağlı bir sıra narahatlıqlardan qaynaqlanır. Daha doğrusu, bu bənd Ukraynanın indiki addımlarının əleyhinə yönələn bir bənddir. Bu da milli azdlıqlarla bağlı Venesiya Komissiyasının tövsiyyələrinin yerinə yetirilməsidir. Faktiki olaraq 2017-ci ildə Ukraynada qəbul edilmiş Təhsil qanunu ölkə ərazisində bütün təhsilin ukrayna dilində aparılmalı olduğunu göstərir. Burada məmurların da ukrayna dilində danışmalı olduğu nəzərdə tutulur. Belə demək mümkündürsə, Aİ Ukraynaya özünün dilində təhsil verməyi qadağan etmək istəyir. Bir sözlə, Aİ-yə üzvlüklə bağlı irəli sürülən bu tələblərin hamısı mövcud şəraitdə Ukraynanı mühüm güzəştlərə vadar edir. Bu güzəştlər isə Rusiya ilə münaqişədə Kiyevə verilən dəstəyin əvəzidir. Maraqlıdır ki, bu 7 şərt Moldova və Gürcüstana da tətbiq olunsa da, bu ölkələr həmin şərtlərlə tam razılaşmayıb. Bu baxımdan da, iyun ayında Aİ Ukraynanın qurumun əsaslandığı dəyərlərə sadiqliyini elan etdiyi zaman Moldova və Gürcüstanın adını çəkmədi. Avropa Komsissiya Aİ Ali Şurasına yalnız Ukraynaya qurumun üzvü olmaq perspektivini tövsiyə etmişdi. Amma bunu Moldova və Gürcüstan haqqında bildirməmişdi”, - deyən Y.Hacıyeva onu da əlavə edib ki, bu 7 bəndin icrası Ukraynada maliyyə və daxili güclər balansını Avropanın xeyrinə pozacaq. Bu, Ukraynanı Avropa İttifaqının bir hissəsinə çevirsə də, sırf dövlət marağı müstəvisində gərəkli deyil. Amma Rusiya ilə münaqişə kontekstində Zelenskiyə daxili auditoriyada təbliğat vasitəsi kimi olduqca gərəklidir: “Bu Ukrayna üçün də vacibdirmi? Bu sual hələ ki, açıqdır. Rusiyadan uzaqlaşmaq istəyən Ukrayna özünü daha başqa bir məxməri boyunduruğa salır. Aİ quruma üzv olmaq istəyən ölkələri mövcud siyasi konfiqurasiyalarda nizamın pozulmasına səbəb olacaq şərtlərlə üz-üzə qoymamalıdır. Çünki bu kimi şərtlər hazırda Aİ-nin üzvü olan Macarıstanla, Serbiya və Çexiya ilə də qurum arasında dərin problemləri yaradıb”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

