690 milyon dollarlıq “demokratiya”...
04.04.2023 [10:58]
Sammit gözlənilən ümidləri doğrultmadı
Bəyannaməni 120 ölkədən 73-ü imzaladı
II raund rəqiblərə “nokaut” yaşada bilmədi...
Uzun müddətdir ki, gözlənilən “Demokratiya Samiti”nin ikinci raundu baş tutdu. 120-yə yaxın ölkənin nümayəndələrinin qatıldığı üç günlük sammit səs-küylü bəyanatlarla yadda qaldı. Hələ sammit öncəsi ABŞ-ın tədbir ətrafında yaratmağa çalışdığı “təbliğat dumanı” da işə yaramışdı. Beynəlxalq aləmin aparıcı beyin mərkəzləri, hətta dövlətlər sammitin gedişini və nəticələrini diqqətlə izləyirdilər. Təbii ki, sammitöncəsi verilən bəyanatlar “yaddan çıxmamalı” idi. Çünki sammitin nəticələri ilk növbədə tədbirin hazırlanmasının alt-qatında gizlənirdi:
- ABŞ tərəfi növbəti dəfə dünyada “demokratik ölkələr”i təkbaşına “müəyyələşdirmişdi”;
- Siyahıda xarici siyasət kursu müstəqil olmayan dövlətlərin daha çox təmsil olunması mühüm suallar yaratmışdı;
- Seçim əsnasında ölkələrin daxili işlərinə qarışmamaq prinsipi gözlənilməmişdi - tədbirin təşkili ilk növbədə BMT Nizamnaməsi ilə əsaslı ziddiyyət təşkil edirdi.
- Tədbirə rəsmi şəkildə Tayvanın dəvəti sammitin demokratiyadan çox anarxiyaya xidmət edəcəyini göstərirdi. Bu dəvət açıq şəkildə ÇXR-in ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlmiş təhdid sayıla bilərdi;
- Sammitə dəvət olunanlar arasında müxalifət lideri Rahul Qandini saxta ittihamlarla həbs etməyə çalışan Hindistan, yaxud lideri Andres Manuel Lopez Obradorun azad və ədalətli seçkilərə son qoymağa çalışdığı Meksika olduğu halda, Macarıstan və Türkiyə kimi ölkələr kənarda qalmışdı.
Bayden “axını döndərmək” arzusundadır...
Beləliklə, tədbir öncəsi bu kimi təşkilatı “səhvlər” sammitin gedişinə də mühüm təsir göstərəcəkdi ki, gözlənilənlər baş verdi. ABŞ prezidenti Co Baydenin beynəlxalq ictimaiyyətin hazırda tarixin dönüş nöqtəsində olduğunu əsas gətirərək avtokratiyalara qarşı mübarizədə uduzmamaq üçün Vaşinqtonun qarşıdakı illərdə demokratiyanın inkişafı üçün bir neçə milyard dollar sərmayə qoymağa hazır olduğunu bildirdi. Təbii ki, bu amil kənardan “göz oxşaya” bilər. Amma bu “demokratiya sərmayə”ləri ilə yaxın keçmişimizdə qarşılaşmışıq. “Ərəb baharı”, Maydan hərəkatı, Gürcüstan prosesləri məhz bu kimi sərmayələrin nəticələri sayıla bilərdi. Sadəcə həmin dövrdə ABŞ bu sərmayələri fərqli institutların əli ilə və QHT sektoru vasitəsilə “paylayırdısa”, indiki halda bu iş daha təsirli perioda keçə bilər.
Bəli, sammitin əsas məzmunu Co Baydenin çıxışı ilə yadda qaldı. 2021-ci ildə Ağ Evə daxil olduqdan sonra Bayden dünyada insan haqları və demokratiyanı təşviq etməyi əsas amalı kimi müəyyənləşdirmişdi - prezidentliyinin ilk ilindəcə təşkil etdiyi Demokratiya Sammiti isə ABŞ-ın qarşıdakı dövrdə strateji yol xəritəsi kimi dəyərləndirilirdi. Əgər ilk sammit onun niyyətlərinin ciddiliyinin göstəricisi idisə, ikinci sammit praktiki olaraq arzuların gerçəkləşdirilməsi istiqamətində addımların müzakirəsi oldu.
ABŞ prezidenti iştirakçıları “əmin etməyə” çalışırdı ki, bu kimi sammitlər “yalnız gözəl sözlər söyləmək üçün deyil, həm də bütün dünyada insanlar üçün konkret irəliləyişlərə səbəb olacaq hərəkətləri stimullaşdırmaq üçün” çağırılır. “2021-ci ilin dekabrında görüşəndə dünyanın bir çox yerində demokratiyanın ən yaxşı günlərinin arxada qaldığına dair fikir var idi. Demokratiya, bəzi ölçülərə görə, 15 ildir ki, tənəzzülə uğrayıb. Amma bu il deyə bilərik ki, bizim danışacaq başqa mövzularımız var... Biz axını döndəririk”, - ABŞ prezidenti əmin edib.
Demokratiyaya sərmayə yatırılır - 9,5 milyard dollar...
Ayrı-ayrı ölkələrin uğurlarına diqqət çəkən Co Bayden qeyd edib ki, demokratiya üzərində iş heç vaxt bitmir, onu daim müdafiə etmək lazımdır”. Və hər kəsi bu yola davam etməyə sövq edəcək əsas şərt maliyyə açıqlanıb - ABŞ prezidenti bütün dünyada demokratiyaya, mediaya və azad seçkilərə dəstək üçün 690 milyon dollar ayrıldığını bildirib.
Ayrı bir mesajda isə Ağ Ev bəyan edib ki, 2022, 2023 və 2024-cü illərdə bu məqsədlər üçün Vaşinqton mühüm məbləğ ortaya qoyub - gələcəkdə Konqreslə birgə atılacaq addımlara təxminən 9,5 milyard dollar sərmayə ayrılıb. Bu sərmayə də dünyada demokratiya, insan haqları və daha effektiv dövlət idarəçiliyini dəstəkləməyə yönələcək...
Etimad doğrulmadı - Ermənistan bu imtahandan da “kəsildi”...
Amma sammitin sonu heç də gözlənilən nəticələri vermədi. ABŞ administrasiyasının sammit ətrafında yaratmağa çalışdığı qalib silueti mübahisəli də sayıla bilər. İlk növbədə, yekun bəyannamənin taleyi ilə bağlı ortaya bir sıra suallar çıxdı - sənəddə deyilir: “Dünyada demokratiyaya qarşı artan çağırışlarla üzləşmək üçün biz demokratik institutları və prosesləri gücləndirmək və onları daha davamlı etmək öhdəliyi götürürük”. Amma Vaşinqtonun 120 ölkənin iştirakı ilə keçirilən sammitinin bəyənnaməsini cəmisi 73 dövlət imzaladı. Üstəlik, onlardan 13-ü də bəzi məqamlarla razılaşmadığını bildirdi və bəyənnaməni şərtlə imzaladı. Məsələn, ABŞ-ın bəh-bəhlə sammitə çağırdığı Ermənistan onun “etimadını doğrultmadı”. Yəni, Ermənistan nə qədər qərbpərəst görünmək istəsə də “hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə” qarşı güc tətbiq etmək cəhdlərinin pislənməsi ilə bağlı bəndi imzalamaqdan imtina etdi. Problem ondadır ki, bu paraqrafda “Rusiya Federasiyasının Ukraynaya təcavüzü” nümunə kimi göstərilmişdi. İrəvan isə bu bəndi “ədalətsiz” hesab edərək boyun qaçırdı. Ermənistanın “əsas gətirdiyi” bəhanə isə dünya ictimaiyyəti tərəfindən də pislənilməli olan Azərbaycan ilə “münaqişə”nin qeyd edilməməsi olmuşdu.
Virtual və sürreal “təcrübə”...
“The Financial Times”ın vurğuladığı kimi, prezident Baydenin ikinci sammiti həm virtual (iştirakçıların əksəriyyəti Vaşinqtona gəlməyib, lakin videobağlantı vasitəsilə danışıb”), həm də sürreal xarakter daşıyıb. Vaşinqtonun demokratik standartlardan kənara çıxmaqda ittiham etdiyi Türkiyə və Macarıstanı tədbirə dəvət etməməsi ilə əsası qoyulan prosesdə ABŞ-ın istəkləri açıq şəkildə görünürdü - “demokratik düşərgə”nin miqyasını göstərmək vəzifəsi, sərt və analitik seçim meyarlarından üstün idi. Qərb siyasətçiləri özləri etiraf edirlər ki, bu cür “dostlarla” demokratiyanın düşmənlərə ehtiyacı yoxdur...
Rusiyanın reaksiyası - ABŞ “mənəviyyat” dərsi keçmək istəyir...
Sammitə Rusiyanın reaksiyası da özünü gözlətməyib. Rusiya Xarici İşlər Nazirliyi “Demokratiya Sammiti”ni neokolonist təcrübənin təzahürü hesab edib. Nazirliyin sözçüsü Mariya Zaxarova bildirib ki, bu, ABŞ siyasi elitasının “avtokratiya” adlandırmağa çalışdığı ölkələrlə mübarizə üçün ideoloji platformanın formalaşmasına kömək edir”. O qeyd edib ki, söhbət ilk növbədə Rusiya və Çindən gedir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə “hadisəni” qeyri-ciddi adlandırıb. O vurğulayıb ki, ABŞ dünyada qondarma demokratiyanın müəllimi olduğunu iddia edir və bütün digər ölkələri “tələbə adı altında” “mənəviyyat dərsi” keçmək üçün toplayır.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxHadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48
Siyasət
17 Aprel 11:38
İqtisadiyyat
17 Aprel 11:34
İqtisadiyyat
17 Aprel 11:12
Gündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53

