Tam məxfi...
11.04.2023 [10:51]
ABŞ təkzib edir, Rusiya təmkinli görünməyə çalışır
Artıq ikinci ildir davam edən Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə qədəm qoyub. Belə ki, isti fəsilin gəlişi ilə yenidən aktiv fazaya qədəm qoyan toqquşmalar müharibənin yenidən qızışmasına yol açıb. Bu isə, gözlənilən sülh prosesini növbəti dəfə istisna edir. Rusiya tərəfi müharibənin dinc yolla həll edilməməsinin günahını və səbəbini Ukraynanı dəstəkləyən qərb blokunda görür. Kremlin düşüncəsinə görə, Qərb müharibənin davam etməsində maraqlıdır - əks halda, Ukraynanın aktiv formada silahlandırmaz, müxtəlif danışıqlar formatını işə salardı. Xatırladaq ki, bir neçə gün öncə NATO baş katibi Yens Stoltenberq də Alyansın xarici işlər nazirlərinin Belçikanın paytaxtı Brüsseldə keçirilən iclasının ikinci günündə etdiyi çıxışı zamanı bildirmişdi ki, NATO öz təhlükəsizlik imkanlarını gücləndirməyə, Ukraynaya yardım göstərməyə və Rusiyanın təzyiqi altında olan digər tərəfdaşlarına dəstək verməyə davam edəcək: “Mən dünən Ukrayna xarici işlər naziri Dmitro Kuleba ilə danışdım. Biz qərara gəldik ki, NATO müttəfiqləri Ukraynaya dəstəyi davam etdirsin və artırsın. Məqsədimiz Ukraynanın qalib gəlməsidir”.
Pentaqon araşdırır...
Beləliklə, Qərb koalisiyasının Ukraynaya hərtərəfli yardımı davam etməkdədir. Yeri gəlmişkən, ABŞ-ın ən nüfuzlu qəzetlərindən biri olan “The New York Times” Vaşinqton hökumətinin yaz hücumunda Ukraynaya yardım planlarının telegram və twitter vasitəsilə sızdığını və sosial mediaya yayıldığını açıqlayıb. ABŞ-ın Müdafiə Nazirliyi “təhlükəsizliyin pozulması”nı nəzərdən keçirdiyini açıqlayıb, Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq departamentin məsələni araşdırdığını qeyd edib. “The New York Times” yazır ki, məxfi sənədlərdə silah tədarükü, həmçinin batalyon qüvvələri kimi həssas məsələlərlə bağlı cədvəllər və təfərrüatlar var. Sözügedən sənədlərdəki məlumatların ən az 5 həftəlik olduğu və ən son tarixin 1 mart olduğu qeyd olunub.
Yayılan materiallar: “TAM MƏXFİ”
Qeyd edək ki, qəzet “tam məxfi” olduğunu qeyd etdiyi sənədlərin rusiyayönlü kanallarda sürətlə yayıldığına diqqət çəkərək, sözügedən kəşfiyyat məlumatlarından birinin Ukraynanın 12 döyüş briqadasının təlim proqramlarını ehtiva etdiyini yazıb. Bu briqadalardan 9-u ABŞ və NATO qüvvələri tərəfindən hazırlanır. Digər kritik sənəddə Ukraynanın nəzarəti altında olan hərbi sursatlar, o cümlədən ABŞ istehsalı olan HIMARS raket sistemləri ilə bağlı təfərrüatlar var. Silah tədarükü, hərbi xərclər və hücum planlarının təfərrüatlı qrafiklərini özündə əks etdirən orijinal sənədlərin necə sızdırıldığı və sosial mediada necə yayıldığı hələ məlum deyil. Qəzet Bayden administrasiyasının sosial şəbəkələrdəki paylaşımların qarşısını almağa çalışdığını, lakin buna nail ola bilmədiyini iddia edib, vəziyyət ABŞ üçün böyük təhlükəsizlik pozuntusu kimi şərh edilib. Bildirilib ki, bu gün ABŞ mətbuatında yayılan xəbərlərdə Ukraynanın yazda həyata keçirməyi planlaşdırdığı böyük hücumun yeri və vaxtı kimi mühüm məlumat yoxdur.
Xatırladaq ki, ötən bir ildən artıq müddətdə Birləşmiş Ştatların Ukraynaya komandanlıq məntəqələri, sursat anbarları və Rusiya hərbi xətləri boyunca digər əsas nöqtələr haqqında məlumat verməsi sirr deyildi. Onsuz da Qara dəniz və digər əsas təmas xətləri üzərində tez-tez ABŞ-ın kəşfiyyat təyyarələrinin “görünməsi” ilə bağlı xəbərlər yayılır.
Sənədlərin məqsədi - çaşqınlıq...
Amma, deyəsən, Vaşinqton yayılan xəbərin arxasında dayanmaq fikrində deyil. Belə ki, anonimlik şərti ilə iki ABŞ rəsmisi Ukrayna Silahlı Qüvvələrinin (USQ) vəziyyəti ilə bağlı sosial şəbəkələrdə dərc olunan gizli sənədlərin saxta ola biləcəyini etiraf edib. Bildirilib ki, sənədlər müstəntiqləri çaşdırmaq və ya ABŞ-?n maraqlarına zərər vermək üçün saxtalaşdırıla bilər. Eyni zamanda, sənədlərin doğruluğunun müstəqil yoxlanılmasının hələ də aparılmadığı vurğulanıb.
“Reuters” mənbələri hesab ediblər ki, sənədlərdə əks olunan mövzuların dərinliyi sızmanın bir amerikalıdan gəldiyini göstərir. Hazırda ABŞ rəsmilərindən birinin sözlərinə görə, müstəntiqlər məlumatın sızmasının səbəblərini incələyirlər.
Rusiya ordusu “həyəcan vəziyyəti”ndə...
Bəzi hərbi-siyasi mütəxəssilər isə bu addımı ABŞ-ın yeni “həmləsi” kimi dəyərləndirir. Pentaqonun məxfilik stratejiyasının qüdrətinin hər kəsə bəlli olduğunu önə çəkən siyasi mütəxəssiələrin fikrincə, ABŞ istəmədyi materialın internetə sızmasına imkan verməz. Diqqətə çatdırılıb ki, bu materialların sızmasının səbəbi qarşıdakı mərhələdə Rusiya ordusunu “həyəcan vəziyyəti”ndə saxlamaqdır. Hər an Ukraynanın hücum etmə ehtimalının ortada olması Rusiya ordusu ilə yanaşı, siyasi rəhbərlikdə də müəyyən çatlar yarada bilər. Xüsusilə aprel ayı ərzində Mərkəzi Avropanın bəzi dövlətlərinin Kiyevə silah-sursat, təyyarə yardımları etməsi ilə bağlı intensiv xəbərlərin yayılması, ardından ABŞ-ın Ukraynanı kəşfiyyat materialları ilə təmin etməsi kimi xəbərlərin paylaşılması Rusiyaya qarşı aparılan “hibrid müharibə”nin simptomları kimi dəyərləndirilir. Rusiyanın “əsəbləri” bu gərginliyə nə qədər dözəcək onu isə zaman göstərəcək...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxGündəm
21 Yanvar 13:08
Gündəm
21 Yanvar 12:48
Gündəm
21 Yanvar 12:47
Hadisə
21 Yanvar 12:42
Analitik
21 Yanvar 12:23
Gündəm
21 Yanvar 12:13
Dünya
21 Yanvar 11:29
Gündəm
21 Yanvar 11:24
Gündəm
21 Yanvar 11:23
İqtisadiyyat
21 Yanvar 11:19
Sosial
21 Yanvar 11:10
İqtisadiyyat
21 Yanvar 11:08
Hadisə
21 Yanvar 10:56
Dünya
21 Yanvar 10:47
Gündəm
21 Yanvar 10:28
Dünya
21 Yanvar 10:14
Siyasət
21 Yanvar 10:03
Dünya
21 Yanvar 09:56
İqtisadiyyat
21 Yanvar 09:25
Sosial
21 Yanvar 08:44
Sosial
21 Yanvar 08:24
Sosial
21 Yanvar 08:17
Sosial
21 Yanvar 08:16
Dünya
21 Yanvar 08:05
Siyasət
21 Yanvar 08:04
Sosial
21 Yanvar 07:58
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:53
Siyasət
21 Yanvar 07:52
Siyasət
21 Yanvar 07:51
Gündəm
21 Yanvar 07:47
Gündəm
21 Yanvar 03:35
Gündəm
20 Yanvar 22:58
Siyasət
20 Yanvar 22:46
Siyasət
20 Yanvar 22:46
Gündəm
20 Yanvar 21:37
Diaspor
20 Yanvar 21:18
Siyasət
20 Yanvar 20:53
Siyasət
20 Yanvar 20:31
YAP xəbərləri
20 Yanvar 19:29
İdman
20 Yanvar 19:26
Dünya
20 Yanvar 18:38
Dünya
20 Yanvar 17:31
Gündəm
20 Yanvar 17:02
Sosial
20 Yanvar 16:54
Gündəm
20 Yanvar 16:40
Dünya
20 Yanvar 16:23
Gündəm
20 Yanvar 16:21
Dünya
20 Yanvar 15:49
YAP xəbərləri
20 Yanvar 15:19
YAP xəbərləri
20 Yanvar 14:43
Gündəm
20 Yanvar 14:12
Gündəm
20 Yanvar 14:11
Sosial
20 Yanvar 13:44
YAP xəbərləri
20 Yanvar 13:22
YAP xəbərləri
20 Yanvar 12:45
YAP xəbərləri
20 Yanvar 12:29
Sosial
20 Yanvar 12:10
YAP xəbərləri
20 Yanvar 12:02
Sosial
20 Yanvar 11:40
Siyasət
20 Yanvar 11:25
Gündəm
20 Yanvar 11:17
Sosial
20 Yanvar 10:48
İqtisadiyyat
20 Yanvar 10:37
Analitik
20 Yanvar 10:12
Siyasət
20 Yanvar 09:54
Ədəbiyyat
20 Yanvar 09:31
Analitik
20 Yanvar 09:17
Sosial
20 Yanvar 08:50
Mədəniyyət
20 Yanvar 08:25

