“Heydər Əliyevin həyatının unikal səhifələri”
25.04.2024 [17:06]
Aprelin 25-də Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının təşkilatçılığı ilə Azərbaycan İlahiyyat İnstitutunda YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən olan Şahlar Əsgərovun “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Heydər Əliyev ideyalarının xalqımızın mənəvi sərvəti olduğunu vurğulayıb. O, sözügedən kitabın Ümummilli Liderin Azərbaycan tarixindəki əvəzsiz xidmətlərinin ictimai diqqətə çatdırılması üçün mühüm mənbə olduğunu qeyd edib.
Çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi mərhələlər dövlətçiliyimizin və xalqımızın intibahında tarixi əhəmiyyət daşıyıb: “Heydər Əliyevin hakimiyyətə birinci gəlişi xalqın həyatında dönüş nöqtəsi, çiçəklənmə, milli oyanışın yaranması dövrü oldu. 1993-cü ildə Ulu Öndər hakimiyyətə qayıdışı ilə xilaskarlıq missiyasını yerinə yetirdi, ölkəmizi məhv olmaq təhlükəsindən qurtardı. Dağılmaq ərəfəsində olan Azərbaycan dinamik inkişaf edən bir ölkəyə çevrildi. Bu, heç də asan başa gəlməyib. Azərbaycanı inkişaf yoluna çıxarmaq üçün böyük zəhmət sərf olunub. Odur ki, biz Heydər Əliyevin qurucusu olduğu Azərbaycanı daim qorumalıyıq”.
YAP Veteranlar Şurasının sədri qeyd edib ki, təqdimatı keçirilən kitab faktları əks etdirir, onu fəlsəfi əsər kimi də səciyyələndirmək mümkündür.
Kitabın müəllifi, YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən olan professor Şahlar Əsgərov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyev bütün həyatını Azərbaycanın tərəqqisinə həsr edib. Onun sözlərinə görə, müstəqil Azərbaycan Ulu Öndərimizin şah əsəridir. Ş.Əsgərov kitabda Heydər Əliyevin xalqımız qarşısında xidmətlərinin əks olunduğunu diqqətə çatdırıb. Müəllif Heydər Əliyevin milli-mənəvi dəyərlərə daim böyük önəm verdiyini və bütün həyatı boyu bu dəyərləri qoruduğunu vurğulayıb.
Çıxış edən YAP İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru Mübariz Qurbanlı Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın təməl prinsiplərini formalaşdırdığını qeyd edib. Çünki Heydər Əliyevin xalqımız qarşısında xidmətləri o qədər böyük və zəngindir ki, bu, hər zaman tədqiqatlar mövzusu olacaq. Heydər Əliyev yolu Azərbaycanın gələcək inkişafında da mayak rolunu oynayacaq.
Milli Məclisin deputatı Ceyhun Məmmədov da çıxışında Ulu Öndər Heydər Əliyevin həm sovetlər dönəmində, həm də müstəqillik illərində xalqımız qarşısında xidmətlərindən bəhs edib. O, təqdimatı keçirilən kitabda Ulu Öndərimizin həyat və fəaliyyəti ilə bağlı məqamların faktlarla diqqətə çatdırıldığını vurğulayıb.
YAP Veteranlar Şurasının üzvü, “91-lər”dən olan professor Sudeif İmamverdiyev isə çıxışında bildirib ki, Heydər Əliyev ideyaları əbədiyaşardır. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu müstəsnadır. S.İmamverdiyev Şahlar Əsgərovun müəllifi olduğu kitabı qiymətli əsər kimi dəyərləndirib. O qeyd edib ki, bu nəşrdə Ulu Öndərimiz Heydər Əliyevlə bağlı çox mühüm faktlar öz əksini tapıb.
Tədbirdə, həmçinin AMEA-nın müxbir üzvü, fəlsəfə elmləri doktoru Səlahəddin Xəlilov, “91-lər”dən olan Novruz Quliyev, Qarabağ müharibəsi veteranı Cahangir Hüseynov və YAP Veteranlar Şurasının üzvü , "91-lər”dən olan Tahir Məmmədov çıxış edərək Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən bəhs edib, təqdimatı keçirilən kitabın bu irsin öyrənilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıblar. Onlar gəncləri Heydər Əliyev irsini dərindən öyrənməyə çağırıblar.
Sonra tədbir diskussiya şəraitində davam edib və iştirakçıların sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxElm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25

