Almaniya Azərbaycanı vacib tərəfdaş hesab edir
30.04.2024 [15:30]
Samir Vəliyev
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri
Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya 25-26 aprel tarixlərində işgüzar səfəri kifayət qədər uğurludur. Nəzərə almaq lazımdır ki, Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Azərbaycan bu ölkə ilə əlaqələrin inkişafına mühüm önəm verir. Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank Valter Ştaynmayer və Kanslar Olaf Şoltsla görüş zamanı Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyəti, əməkdaşlığın perspektivlərini müzakirə edilib.
Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Məlumdur ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir. Eyni zamanda, bu ölkə Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rolunu təqdir edir.
Prezident İlham Əliyevin almaniyalı həmkarı və kanslerlə görüşündə Cənubi Qafqazdakı vəziyyət haqqında da müzakirələr aparılıb, dövlətimizin Ermənistanla sülh sazişi imzalamaq barədə təşəbbüslə çıxış etdiyini vurğulayıb. Dövlətimizin başçısı Almaniyanın Federal Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında vurğulayıb: “Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik. Bu gün isə artıq Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılır. Onu da bildirməliyəm ki, Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini bu gün səhər dayandırmışdır, buna artıq ehtiyac duyulmur. Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə biz əməkdaşlıq etməyə hazırıq. Ümid edirik ki, çox vaxt keçmədən bu istiqamətdə də müsbət addımlar atılacaq”. Federal Kansler Olaf Şolts da çıxışında sülh üçün şansların mövcud olduğunu deyib: “Mən düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır. Bu, özündə şanslar və məsuliyyətlər gətirir. Onu da qeyd edim ki, demarkasiya ilə əlaqədar ilkin razılıqlar bizi sevindirir”. Kansler, COP29 mövzusuna da toxunub və qeyd edib ki, Bakıda keçiriləcək Dünya İqlim Konfransı region üçün böyük şanslar gətirəcək.
Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu” toplantısına dəvət olunması dövlətimizin başçısının beynəlxalq miqyasda yüksək nüfuzununun göstəricisidir. Cənab Prezident “15-ci Petersberq İqlim Dialoqu” Yüksək Səviyyəli Seqmentində çıxış edib. Dövlət başçısının dediyi kimi, Azərbaycan xarici tərəfdaşlar və sərmayədarlarla yaşıl keçid üzrə nəhəng layihələrə başlayıb. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Yalnız bu il ərzində 1300 meqavat Günəş və külək enerjisini istehsal etmək imkanını yaradacaq enerji stansiyalarının təməlqoyma mərasimi keçiriləcək. 2027-ci ilin sonuna qədər 2000 meqavat Günəş və yaşıl enerji imkanlarımız olacaq. Doqquz elektrik enerjisi stansiyası olacaq və 2030-cu ilə qədər əlavə 10 Günəş və külək enerjisi stansiyaları qurulacaq ki, onların gücü 5000 meqavat təşkil edəcək. Bu potensialdan istifadə edərək, biz qaz istehlakımızı əksər hissədə elektrik enerjisi istehsalı ilə əvəzləyəcəyik. Avropaya isə ən azı əlavə 5 milyard kubmetr qaz ixrac olunacaq.
Beləliklə, Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan-Almaniya arasında əlaqələrin inkişafının əyani göstəricisidir. Bu səfər qarşılıqlı əməkdaşlığın daha da yüksəlməsinə əhəmiyyətli təkan verəcək və perspektiv inkişaf üçün ciddi zəmin yaradacaq.
Xəbər lenti
Hamısına baxDünya
17 May 16:25
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58

