Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / YAP Nizami rayon təşkilatının partiya veteranları mükafatlandırılıb

YAP Nizami rayon təşkilatının partiya veteranları mükafatlandırılıb

01.05.2024 [11:44]

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Şərifli küçəsi 161” ərazi partiya təşkilatında görüş keçirilib.

Görüşdə YAP Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və “ Şərifli küçəsi 161” ərazi partiya təşkilatının sədri İradə Axundova çıxış edərək partiyanın təsis olunmasından bu günə qədər keçdiyi şərəfli inkişaf yolundan, Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin xalq, dövlət qarşısındakı xidmətlərindən, Azərbaycanın Zəfər tarixindən danışıblar. Eyni zamanda, YAP-ın ictimai-siyasi proseslərdə rolundan bəhs edilib, qarşıdan gələn mühüm hadisələrlə əlaqədar fikir mübadiləsi aparılıb.

Görüşdə partiya üzvlərini maraqlandıran suallar da cavablandırılıb.

Sonda yubiley yaşında olan, o cümlədən 20 ildən artıq partiya stajına malik üzvlər mükafatlandırılıb.

Paylaş:
Baxılıb: 652 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Almaniyanın dron problemi

15 Avqust 09:35  

Ədəbiyyat

Mobil qida

15 Avqust 09:15

Ədəbiyyat

Şənbə üçün nəzm

15 Avqust 09:05  

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31