"Heydər Əliyev irsi: qalib, bütöv və lider Azərbaycan” mövzusunda tədbir keçirilib
07.05.2024 [14:06]
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatı, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi və İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyi birgə Yeni Klinikada Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 101 illiyi münasibətilə “Heydər Əliyev irsi: qalib, bütöv və lider Azərbaycan” mövzusunda tədbir keçirib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuşvideoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən Yeni Klinikanın direktoru Barat Yusubov, İcbari Tibbi Siğorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin monitorinq şöbəsinin müdiri Bəyalı Məmmədov, TƏBİB-in Ümumi şöbəsinin müdiri Şəmsi Gülverdiyev, Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Həsənova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov və başqaları bildiriblər ki, xalqımız Ulu Öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edir. Çünki ötən əsrin 90-cı illərində çox ağır, böhranlı vəziyyətə düçar olmuş xalq ötüb keçənləri unutmayıb və xilasına görə özünü Ümummilli Lider Heydər Əliyevə borclu sayır. Hər il mayın 10-u ərəfəsində tədbirlərin, konfransların baş tutması da Ulu Öndər Heydər Əliyevinxatirəsinə bəslənən tükənməz sevgi və ehtiramdan xəbər verir.
Qeyd olunub ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın xilaskarı, öz həyatını Vətəninə və xalqına bəxş etmiş Ümummilli Lider Heydər Əliyevin zəngin və mənalı ömrünün hər günü bir dastandır.
Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın düşmən tapdağından azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Dahi şəxsiyyətin arzusunu, vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyev yerinə yetirdi, ölkəmizin ərazi bütövlüyü hərbi-siyasi yolla bərpa olundu və bu gün üçrəngli bayrağımız yenidən Vətən torpaqlarında, Qarabağın mədəniyyət beşiyi olan Şuşada, eləcə də Xankəndidə qürurla dalğalanır.
Çıxışlardan sonra mükafatlandırma mərasimi olub. Uzun müddət partiya dəyərlərinin təbliğində, ictimai proseslərdə iştirak edən və bu il yubiley yaşında olan partiya veteranları, həmçinin YAP Nizami rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvü təltif olunub, partiyaya üzv qəbul olunmuş bir qrup şəxsə isə vəsiqələri təqdim edilib.
Xəbər lenti
Hamısına baxİdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Gündəm
18 May 13:07
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40

