“Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik”
07.05.2024 [18:22]
Mayın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurası və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev 101: dövlət idarəçiliyində liderlik” mövzusunda gənclərlə görüş keçirilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında keçirilən görüşdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Tədbirin moderatoru YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov bildirib ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Gənclər siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsini, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsini təmin etməkdir. Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, ölkəmizdə yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb. Azərbaycan gəncliyi 44 günlük Vətən müharibəsində böyük şücaət göstərərək tarix yazdı.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin genişmiqyaslı fəaliyyəti dövlətçilik məktəbidir. Onun sözlərinə görə, gənclər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla getməlidirlər. Çünki bu yolun alternativi yoxdur. A.Rəhimzadənin sözlərinə görə, millətinin və dövlətinin ali mənafeyini öz fəaliyyətində daim təməl prinsip kimi qəbul edən Ümummilli Lider bugünkü müstəqil Azərbaycanın banisidir. Ulu Öndərin həyatı daim mübarizələrdə keçib və o, hər zaman qalib gəlib. Ona görə də Ulu Öndərimizin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir.
YAP Veteranlar Şurasının sədri əlavə edib ki, Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi cənab İlham Əliyevdir. Prezident İlham Əliyev bu gün Heydər Əliyev siyasətini uğurla davam etdirir. “Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan gəncliyinə qayğı ilə yanaşıb, gənclərin inkişafını xüsusi diqqət mərkəzində saxlayıb. Gənclərimiz Heydər Əliyevin zəngin irsini dərindən öyrənməli, Ulu Öndərin ideyalarına həmişə sadiq olmalıdırlar”, -deyə A.Rəhimzadə vurğulayıb.
Çıxış edən YAP Veteranlar Şurasının üzvü, tarix elmləri doktoru Dilarə Seyidzadə Ümummilli Lider Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı misilsiz xidmətlərdən bəhs edib. Heydər Əliyevi böyük dövlət xadimi və güclü sərkərdə kimi xarakterizə edən D.Seyidzadə bildirib ki, bu dahi şəxsiyyət bütün həyatını Azərbaycana həsr edib. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı həm yaradan, həm möhkəmləndirən, dünyada tanıdan, həm də gələcəyə doğru uğurla aparan şəxsiyyət idi.
D.Seyidzadə çıxışında Ulu Öndər Heydər Əliyev haqqında xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. YAP Veteranlar Şurasının üzvü gənclərə tariximizi, o cümlədən Heydər Əliyev irsini dərindən öyrənməhyi tövsiyə edib. Çünki bu irs əslində, böyük dövlətçilik irsidir. “Hər bir gənc yüksək biliklərə yiyələnməli, qazandığı bilik və bacarıqları müstəqil ölkəmizin inkişafına həsr etməli və Prezidentimiz İlham Əliyevin siyasətinə dəstək olmalıdır”, -deyə o söyləyib.
YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov bildirib ki, Azərbaycanın əldə etdiyi uğurların bünövrəsi Heydər Əliyev amili ilə bağlıdır. Çünki Heydər Əliyev dünya miqyasında dahi siyasətçi və görkəmli dövlət xadimidir. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin siyasətində ən vacib məqamlardan biri milli kadr potensialının formalaşdırılması ilə bağlı olub. Ulu Öndərin rəhbərliyi altında təhsil müəssisələrinin zəngin şəbəkəsinin yaradılması və onların maddi-texniki bazasının formalaşdırılması, respublika hüdudlarından kənarda yüksəkixtisaslı mütəxəssislərin, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcək dövlətimiz üçün zəruri intellektual potensial yaradıb.
YAP Veteranlar Şurasının üzvü qeyd edib ki, Azərbaycanın inkişaf strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan davamlı olaraq inkişaf edir və güclənir.
Daha sonra gənclərin sualları cavablandırılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Gündəm
17 May 12:55
Gündəm
17 May 12:45
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21

