”Heydər Əliyev irsini öyrənirik” məktəbinin növbəti görüşü keçirilib
14.05.2024 [12:29]
13 may 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatının qərargahında gənc fəallarla növbəti görüş keçirilib.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, YAP Sosial Media Qrupunun məsul şəxsləri Rəna Süleymanlı və Bəhruz Rüstəmov, YAP Nərimanov rayon təşkilatının ideoloji məsələlər üzrə məsləhətçisi Nərminə Qədriova, rayon təşkilatının əməkdaşları, eyni zamanda rayonun gənc fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan rayon təşkilatının sədr müavini Anar Abbasov iştirakçıları salamlayaraq bildirib ki, Ulu öndər Heydər Əliyev elə bir dahi şəxsiyyət olub ki, Onun siyasi idarəçilik fəaliyyəti ilə yanaşı şəxsi keyfiyyətlərinin də nəinki Azərbaycan daxilində hətta dünya ölkələri sırasında öyrənilməsi daim diqqət mərkəzində olub. Fenomenal Liderin irsinin gənclər arasında öyrənilməsinin xüsusilə önəm kəsb etdiyini vurğulayan Anar Abbasov, Heydər Əliyevin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin gələcək nəsillər üçün azərbaycançılıq məfkurəsinin təbliği baxımından həm qürur, həm də doğru istiqamət olduğunu qeyd edib.
Çıxış zamanı cari ilin 7 fevral tarixində ölkədə keçirilən növbədənkənar Prezident seçkilərində YAP-ın namizədi cənab İlham Əliyevin möhtəşəm qələbə qazandığını xatırladan Anar Abbasov ölkəmizin yeni dövrə qədəm qoyduğunu və bu dövrün həm rayon təşkilatı, həm də rayon ərazisində yaşayan və işləyən gənclər qarşısında mühüm vəzifələr qoyduğunu bildirib.
YAP Nərimanov rayon təşkilatında Ümummilli Lider Heydər Əiyevin ideyalarını və YAP sədri, Prezident İlham Əliyevin yeritdiyi daxili və xarici siyasətin əsaslarını öyrənmək məqsədi ilə ”Heydər Əliyev irsini öyrənirik” məktəbinin fəaliyyət göstərdiyini bildirən Anar Abbasov qeyd edib ki, sosial media mütəxssislərinin iştirakı ilə bu gün təşkil edilən seminarın məqsədi partiya gənclərini müxtəlif mövzularda daha ətraflı məlumatlandırmaq, işin səmərəliliyini artırmaq, mövcud problemləri aradan qaldırmaqdır.
Tədbirdə çıxış edən YAP Sosial Media Qrupunun məsul şəxsi Rəna Süleymanlı YAP Nərimanov rayon təşkilatında keçirilən görüşü yüksək qiymətləndirib, belə görüşlərin gənc fəallar üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Ölkəmizin milli maraqlarının qorunmasında, eləcə də informasiya müharibəsindəki qələbədə gənclərin fəal rolunun olduğunu bildirən Rəna Süleymanlı müxtəlif sahələrdə gənclərin fəallığının artırılması, gündəmdə olan mövzulara uyğun məqalələrin hazırlanması, sosial şəbəkələrdən düzgün və qaydalara müvafiq şəkildə istifadə olunması barədə iştirakçılara ətraflı məlumat verib, onları maraqlandıran sualları ətraflı cavablandırıb.
Tədbirdə çıxış edən gənclər ölkəmizin yaşadığı yeni mərhələnin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün bundan sonra da əzmlə çalışacaqlarını bildiriblər.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının ictimai-siyasi həyatında fəallıq göstərən gənclər təltif olunublar.
Xəbər lenti
Hamısına baxSiyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29

