Şuşa öz əzəmətli günlərinə qayıdır
14.05.2024 [12:31]
Şuşalılar tarixi gün yaşayırlar. Məhz 32 ildən sonra onlara bu xoşbəxtlik nəsib olub. Prezident İlham Əliyevin tapşırığı əsasında Şuşadan olan məcburi köçkünlərin öz doğma şəhərlərinə qayıdışı başlanıb. Bu gün onların Şuşa həsrətinə son qoyulduqları gündür. Onlar artıq öz doğma torpaqlarının daimi sakini olacaqlar. Otuz iki il əvvəl yağı düşmənin işğal etdiyi, xarabalığa çevirdiyi Şuşa azad edilib,yenidən qurulub. Erməni separatçılarının illər əvvəl ələ keçirdiyi mədəniyyət paytaxtımız artıq dirçəlir, əvvəlki görkəminə qayıdır. Qarabağa Böyük Qayıdışın Şuşa mərhələsi yetişdi. Artıq Şuşa öz sakinlərini gözləyir, onlara qucaq açır.
Biz bu günün sevincini, bizim qürur mənbəyimiz olan Şuşanı və digər işğal altında olan toraqları öz canı-qanı bahasına azad edən qəhrəman oğullarımıza borcluyuq. Şuşa şəhərinin bərpasına müharibədən dərhal sonra başlanıldı. Sökülüb dağıdılmış binalar yenidən bərpa olundu, Şuşaya Zəfər yolu salındı, böyük infrastruktur layihələr həyata keçirildi. Şuşanın qədimiliyini qoruyub saxlamqla yanaşı, ona müasir görkəm də verildi. Prezident İlham Əliyevin xalqımıza olan diqqətinin nəticəsidir ki,müharibədən sonra işğal olunmuş ərzilərdə aparılan quruculuq abadlıq işlərindən sonra həmin bölgələrə vaxtilə qaçqın düşmüş sakinlər pənah apardı. Bu gün də Şuşa sakinləri bu sevinci yaşayır.
Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar. Bu mənzillər indiyə qədər respublika ərzaisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 10-da Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Prezident İlham Əliyev bu tarixi gün münasibətilə şuşalıları təbrik edib və qeyd edib ki, prezident kimi fəaliyyətə başladığım ilk illərdən bütün köçkünləri öz doğma torpaqlarına qaytarmaq üçün əlimdən gələni əsirgərmədi. Görüş xamanı Prezident İlham Əliyev bildirmişdi ki, ”Biz fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf, gənc nəsil yetişdiririk və onlar mənim əmrimlə 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər. Bugünkü günə görə biz onlara borcluyuq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı elə bir qəhrəmanlıq göstərmişdir ki, bu gün də bütün dünyada Azərbaycan oğulları haqqında danışılır və bizim xalqımıza hörmət edirlər. Çıxışında İlham Əliyev qeyd edib ki, ”Müharibə zamanı bir çox xarici media nümayəndələrinə mənim müsahibələrim olub və təbii ki, suallar da olmuşdur. Bir dəfə Şuşa haqqında mənə sual veriləndə dedim ki, Şuşasız bizim işimiz yarımçıq qalacaq və hesab edirəm hər kəs anladı ki, Şuşa azad olmadan biz dayanmayacağıq.bŞuşa bizim əyilməz ruhumuzun rəmzidir. Şuşa hər bir Azərbaycan vətəndaşının qəlbində elə bir böyük iz buraxıb ki, Şuşasız müharibənin başa çatması mümükün deyildi. Bu gün isə Şuşanın yeni tarixi başlayır. Mən 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax bu gün biz dirşəldilən Şuşanı görürük. Bu gün Ulu Ondərin doğum günündə üşüncü yaşayış kompleksinin təməli qoyldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyuldmuşdu. Onun bir hissəsi artıq hazırdır. Bu gün siz bu mənzillərə köçəcəksiniz. Bütün evlər gözəl memarlıq üslubunda-Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğm şəhərlərinin tarixi simasını qoruyacaqlar.
Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan bayrağı bu torpaqlarda əbədi dalğalanacq.
Mən sizi bir daha ürəkdən təbrik edirəm. Sizə xoşbəxtlik,can sağlığı arzulayıram. Burada rahat yaşayın.”
Daha sonra dövlətimizin başçısı və birinci xanım mənzillərin açarlarını sakinlərə təqdim etdilər. 32 illik ayrılıqdan sonra öz doğma torpaqlarına qovuşmağın sevincini yaşayan şuşalılar dövlət başçısın onlara göstərdiyi diqqət və qayğıya, həmçinin öz doğma şəhərlərində müasir tələblərə cavab verən mənzillərə təmin etdiyinə görə Prezident İlham Əliyevə və Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Varis Rüstəmov,
Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55

