Azərbaycan Cənubi Qafqazda güclü lider ölkədir
20.05.2024 [15:23]
Belarus Respublikası coğrafi baxımdan ölkəmizdən uzaqlarda yerləşsə də, Şərqi Avropanın bir parçası olan bu dost olkəyə uzanan yollar heç vaxt üzümüzə bağlı olmayıb. Hələ keçmiş Sovetlər birliyi dönəmində də bu ölkə ilə mədəni, iqtisadi əlaqələrimiz güclü olub. Azərbaycan və Belarus xalqlarının dostluğuna-qardaşlığına aid çoxsaylı bilgilərə istinad edərək bu münasibətlərin yetərli olduğunu söyləyə bilərik. İkinci Dünya müharibəsində xalqımızın say-seçmə oğul və qızlarının Belarus torpağının düşməndən azad edilməsi uğrunda gedən qanlı döyüşlərdə şəhid olması elə bu qarşılıqlı dostluğun ən bariz nümunələrindən biri kimi tarixin yaddaşında yaşamaqdadır.
İyirminci yüzilliyin sonlarına yaxın “sovetlər imperiyası” tarixin arxivinə qavuşandan sonra da həm Azərbaycan, həm də belarus xalqları müstəqil dövlətlər birliyi çevrəsində iqtisadi, mədəni, siyasi və ticarət əlaqələrini davam etdirmiş, bir-birlərinə daha da yaxınlaşmışlar. Əlbəttə ki, xalqlar arasında zaman-zaman davamını tapan dostluq əlaqəsinin formalaşmasında və inkişafında Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Belarus Prezidenti Aleksandr Lukaşenko arasında mövcud olan səmimi münasibətlər xüsusi rol oynayır. Bu gün hər iki dövlər başçılarının səyləri sayəsində Azərbaycan ilə Belarus arasında münasibətlər keyfiyyətcə yeni səviyyəyə yüksəlib . O cümlədən mayın 16-da Belarus Prezidentinin ölkəmizə etdiyi dövlət səfəri də ölkələrimiz arasında siyasi dialoqun daha da möhkəmlənməsinə xidmət edir. Cənab Prezident İlham Əliyevin ali qonağın ölkəmizə səfəri ilə bağlı mətbuata verdiyi bəyanatda da qeyd olunduğu kimi, aparılan danışıqlar, təkbətək və geniş tərkibli formatda keçirilmiş görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Görüşdə dövlət başçıları ölkələrarası münasibətlərin son illərdə inkişafını müfəssəl şəkildə təhlil edərək, bu inkişafın dinamikasını məmnuniyyətlə qeyd etdilər.
Azərbaycan və Belarus Prezidentlərinin müzakirə etdikləri mövzular arasında regional təhlükəsizliklə bağlı məsələlər xüsusi əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyevin dediyi kimi, dünyada vəziyyət sürətlə və bir qayda olaraq mənfi istiqamətdə dəyişir. Bu zəmində yaranan münaqişələr isə, bir qayda olaraq öz həllini tapmır. Lakin Azərbaycan 30 il bundan əvvəl öz istəyinin tam əksinə olaraq cəlb olunduğu hərbi münaqişəni beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, BMT-nin Nizamnaməsinə və bütün dünya ictimaiyyətinin bu gün tanıdığı beynəlxalq humanitar hüquqa tam uyğun olaraq hərbi-siyasi yolla həll etdi. Bununla Azərbaycan Cənubi Qafqazda davamlı sülhün və sabitliyin bərqərar olmasına, bütün region ölkələrinin sürətli iqtisadi inkişaf yoluna çıxmalarına əlverişli zəmin yaratdı. Bu gün ölkəmiz regional sülhü qorunmağa, Cənubi Qafqazda gedən prosesləri nəzarətdə saxlamağa qadir olan güclü lider ölkədi.
Belarus dövlət başçısının Bakıda Ulu Öndər Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın məzarlarını dərin ehtiramla yad etməsi və Şəhidlər xiyabanını ziyarət etməsi bu dostluğun qardaşlıq səviyyəsində də bir təcəssümüdür. İki ölkənin şəhərləri arasında qardaşlaşma əlaqələrinin yaradılması və Aleksandr Lukaşenkonun Prezident cənab İlham Əliyevlə birgə Füzuliyə və Şuşaya gələrək buradakı reallıqlarla tanış olması isə dost ölkənin Qarabağın yenidən inşasında təkcə sözdə deyil, əməldə də Azərbaycanın yanında olduğunu və dövlətimizin bu çətin vəzifəni bacaracağına əminliyini ifadə edirdi. Cənab Prezident İlham Əliyevin mətbuata bəyanatında qeyd olunduğu kimi, dövlət səfəri hər zaman həm forma, həm də məzmun etibarilə həmişə fərqli olur. Bu gün də ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin gündəliyi kifayət qədər genişdir. Aparılan müzakirələr, imzalanmış sənədlər isə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinə, ticarət dövriyyəsinin artmasına və bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə praktiki müstəvidə böyük töhfələr verəcək.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
18 May 18:26
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Gündəm
18 May 14:27
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:05
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Siyasət
18 May 14:04
Dünya
18 May 13:25
Sosial
18 May 13:14
Sosial
18 May 12:30
Elanlar
18 May 12:17
Xəbər lenti
18 May 11:56
Xəbər lenti
18 May 11:22
Siyasət
18 May 11:20
Sosial
18 May 10:51
Dünya
18 May 10:43
Mədəniyyət
18 May 10:34
Siyasət
18 May 10:19
Dünya
18 May 09:54
Dünya
18 May 09:21
Siyasət
18 May 08:37
Siyasət
17 May 23:17
Siyasət
17 May 22:31
İqtisadiyyat
17 May 21:20
Siyasət
17 May 20:49
Xəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Siyasət
17 May 19:48
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Siyasət
17 May 15:29
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38

