Yüksəksəviyyəli əməkdaşlığın nümayişi
20.05.2024 [16:28]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Belarus-Azərbaycan münasibətləri son dərəcə sağlam, şəffaf və hər iki tərəfə əməli nəticə gətirən xarakter alıb. Ölkələrimiz arasındakı möhkəm dostluq münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko tərəfindən uğurla davam etdirilir və hər zaman da Belarus-Azərbaycan əlaqələri yüksək dəyərləndirilir.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana son səfəri iki qardaş ölkənin dost, strateji tərəfdaş olduqlarını bir daha təsdiqlədi. Çox mühüm hadisələrlə zəngin olan səfər çərçivəsində iki dost ölkənin prezidentlərinin mətbuata verdikləri bəyanatlar, “Bakı Ekspo Mərkəzi”ndə XVII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – “Caspian Agro” və XXIX Azərbaycan Beynəlxalq Qida Sənayesi – “InterFood Azerbaijan” sərgilərində iştirakı, imzalanan yeni 8 sənəd, Qarabağa səfər, Füzuli və Şuşa şəhərlərinin baş planları ilə tanışlıq ölkələrimiz arasındakı əlaqələrin yüksək səviyyədə inkişaf etdiyinin bariz nümunəsi kimi tarixə yazıldı. Xüsusi olaraq səfər zamanı qardaş ölkələrin rəhbərlərinin apardıqları müzakirələr, düşmən işğalından azad edilmiş torpaqlara səfərləri Azərbaycan-Belarus münasibətlərinin təsdiqi oldu.
Mətbuata bəyanatında ölkəmizin Prezidenti cənab İlham Əliyev qeyd etdi ki, aparılan danışıqlar – təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Bu gün münasibətlərimizin son illərdə inkişafını müfəssəl şəkildə təhlil etdik və bu münasibətlərin dinamik inkişafını məmnuniyyətlə qeyd etdik, həmçinin daha da mühüm olanı – gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik.
Belarusun və Azərbaycanın qardaşlıq, dostluq əlaqələri, uğurlu diplomatik münasibətləri 1993-cü ildən inkişaf etməyə başlayıb. 2006-cı ilin fevral ayında isə Belarusun Azərbaycanda, həmin ilin avqust ayında Azərbaycanın Belarusda səfirlikləri açılıb. Son illərdə iki ölkənin fəal qarşılıqlı əlaqələri nəticəsində Belarus və Azərbaycan arasında siyasi, iqtisadi, vətəndaşların hüquq və mənafelərinin müdafiəsi, səhiyyə, hüquq-mühafizə, humanitar, elmi-texniki və regional əməkdaşlıq sahələrində 120-dən çox beynəlxalq müqavilə imzalanıb, ticarət dövriyyəsi 400 milyon dollara çatıb.
Azərbaycan və Belarus arasında diplomatik əlaqələrin inkişafı gələcək siyasi, iqtisadi-ticari, humanitar-mədəni sahələrdə çox yüksəksəviyyəli əməkdaşlığa şərait yaradıb. Bütün dövrlərdə əsl dost kimi Azərbaycanın yanında olan Belarus dövlətinin şirkətlərinin Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında, düşmənin viran qoyduğu torpaqların dirçəldilməsində, Böyük qayıdışın reallaşmasında fəal iştirakı da yüksələn hərtərəfli əlaqələrdən xəbər verir.
“Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz – Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik. Ona görə də bu, sizin üçün əlavə yük deməkdir, halbuki öz problemləriniz də var, lakin yenə də, nə etmək olar. Zaman Sizi seçib, bizdə belə deyirlər və Siz lider olaraq Qafqaz regionuna görə məsuliyyət daşıyırsınız”. Belarus Prezidenti Aleksandr Lukaşenkonun söylədiyi bu sözlər bir daha təsdiq etdi ki, Qafqaz regionunda yaranan yeni reallıqları yalnız Azərbaycanın Qalib Lideri cənab İlham Əliyev nəzarətdə saxlamağa qadirdir
Xəbər lenti
Hamısına baxGündəm
19 May 14:14
YAP xəbərləri
19 May 14:10
Dünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07

