Azərbaycan və Belarus: Dostluq və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlıq
22.05.2024 [11:47]
Belarusla Azərbaycan hələ Sovet İttifaqı zamanından dost və həmrəy ölkələr kimi tanınıblar. Ulu Öndər Heydər Əliyev ötən əsrin 70-80-ci illərində Azərbaycana rəhbərlik etdiyi vaxtlarda digər ittifaq respublikaları ilə yanaşı Belarus Respublikası ilə də sıx iqtisadi əlaqələrə, dostluq münasibətlərinə xüsusi önəm verib. Ölkələrimiz arasındakı bu həqiqi dostluq və işgüzar əlaqələr ölkəmiz müstəqillik qazandıqdan sonra Ulu Öndərin rəhbərliyi altında daha da genişlənib, Prezident İlham Əliyevin məqsədyönlü və düşünülmüş siyasəti nəticəsində bu gün müttəfiqlik və dostluq səviyyəsində uğurla inkişaf edir. Bir məqama diqqət edək: Belarusla Azərbaycan arasında səmimi dostluq münasibətləri tarixin ən kritik sınaqlarından üzüağ çıxmış və Belarus lideri Aleksandr Lukaşenko ən çətin anlarda dövlətimizin yanında olduğunu nümayiş etdirərək, Azərbaycanın haqq-ədalət mübarizəsinə dəstək vermişdir. 44 günlük zəfər müharibəsi zamanı Belarusun Azərbaycana olan səmimi dəstəyi o zaman Ermənistan cəmiyyətində və mediasında etirazlarla qarşılanırdı. Onlar KTMT üzvü olan digər bir ölkənin Azərbaycana bu dərəcədə sayğı və dəstəyini ağıllarına belə gətirmirdilər. Dövlətimizin rəhbəri mətbuata son bəyanatında ikitərəfli münasibətlərimizin inkişafını aydın şəkildə belə ifadə edib: “Aparılan danışıqlar-təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Bu gün münasibətlərimizin son illərdə inkişafını müfəssəl şəkildə təhlil etdik və bu münasibətlərin dinamik inkişafını məmnuniyyətlə qeyd etdik, həmçinin daha da mühüm olanı-gələcəkdə qarşılıqlı fəaliyyət yollarını müəyyənləşdirdik”. Bəli, iki dost, tərəfdaş ölkə münasibətlərin yeni tarixinə imza atırlar.
Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəvəti Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri məhz mövcud münasibətlərin dostluq və qarşılıqlı etimada söykəndiyinə əsaslanır. Prezident İlham Əliyev belaruslu həmkarı Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşdə deyib: “Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur”. Dövlətimizin başçısı bildirib ki, bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.
Səfər zamanı Belarus Prezidentinin Azərbaycan haqqında söylədiyi ifadələr gerçəkdən çox qürurvericidir. O, qardaş xalqlar arasında dərin hörmət və münasibətləri yüksək qiymətləndirib: “Tanrıya şükür olsun ki, burada Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur. Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq deyil. Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz, biz Qafqazda yaşamayan xalqlar buna çox böyük ümid bəsləyirik”.
Geniştərkibli görüş zamanı Belarus lideri Aleksandr Lukaşenko qeyd edib ki, Azərbaycanın azad edilən ərazilərində dirçəliş dövrü başlayıb. Bildirib ki, ölkəsi azad edilmiş ərazilərin bərpasına kömək göstərə və bu prosesdə iştirak edə bilər: "Sizin kifayət qədər köməkçiləriniz var, amma biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər”.
Həmçinin, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə Azərbaycan-Belarus arasında imzalanan 8 mühüm sənədlər dövlətlərarası müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacaqdır.
Prezidentlərin görüşündə postmünaqişə dövründə Cənubi Qafqaz regionunda vəziyyət də müzakirə olundu. Dövlətimizin başçısı Belarus şirkətlərini Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştiraka dəvət etdi. Çünki Prezident İlham Əliyevin də vurğuladığı kimi, Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi vardır. Aleksandr .Lukaşenko da öz növbəsində Belarus şirkətlərinin işğaldan azad edilmiş ərazilərin bərpasında yaxından iştirak etməyə hazır olduğunu bildirib. O, Azərbaycan ilə Belarus xalqları arasında dərin hörmət və sıx münasibətlərin olduğunu vurğulayıb.
Belarus Prezidentinin işğaldan azad edilmiş Füzuliyə və Şuşaya səfəri xüsusi vurğulanmalıdır. Çünki Aleksandr Lukaşenkonun Füzuli və Şuşa şəhərlərinə səfəri iki ölkə arasında əsl dostluğun nümunəsidir. Azad olunmuş ərazilərin bərpasında Belarusun da iştirak etmək istəyi məmnunluq doğurur. Bu həm də dost Belarusun Azərbaycanın tarixi həqiqətlərinə olan ehtiramının parlaq nümunəsidir. Beləliklə, Azərbaycan və Belarus arasında olan strateji əməkdaşlıq əlaqələri hər iki ölkənin perspektiv inkişafı baxımından, xüsusi əhəmiyyət kəsb edir. Və bu əlaqələr, eyni zamanda, regionun tərəqqisi ilə bağlı yeni baxışlar formalaşdırır
Həbib Misirov YAP Kəlbəcər rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41

