Azərbaycan-İran əməkdaşlığının yeni mərhələsi
22.05.2024 [13:13]
Cari ilin 19 may tarixində Araz çayı üzərində inşa edilmiş “Qız Qalası” hidroqovşağının açılışı və “Xudafərin” hidroqovşağının istismara verilməsi həqiqətən böyük tarixi əhəmiyyətə malik hadisədir. İlk dəfə olaraq İran və Azərbaycan prezidentləri sərhəddə görüşdülər. Bu görüş bir daha onu göstərirdi ki, iki dövlət arasındakı bu sərhəd dostluq və qardaşlıq sərhədidir. Açılş mərasimində çıxış edən Prezident İlham Əliyev bu layihələrin İranın geniş imkanları və böyük təcrübəsi sayəsində ərsəyə gəldiyini və bu layihələrin dostluğun növbəti təzahürü olduğunu vurğuladı. İran və Azərbaycan xalqlarının əsrlər boyu bir yerdə yaşayıb-yaratmasını və bu gün dövlətlərarası münasibətlərin ən yüksək səviyyəyə qalxmasını qeyd edən dövlətimizin başçısı bu əməkdaşlığın gələcəyə yönəldiyini, gələcək planlarda da davam edəcəyini bəyan etdi.
Prezident İlham Əliyev həmçinin Ağbənd istiqamətində yeni avtomobil körpüsünün tikilməsinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin bir hissəsi olacağını və bu körpünün Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcəyini vurğuladı. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı nəqliyyat layihələrinin həyata keçirildiyini, avtomobil yolları, hava limanları və dəmir yolu infrastrukturunun yaradıldığını bildirdi. Bu bölgələrin “yaşıl enerji” zonaları elan edildiyini və burada “yaşıl enerji” mənbələrinin yaradılmasının bütün bölgə üçün faydalı olacağını qeyd etdi. İşğaldan azad edilmiş torpaqlarda 270 meqavat gücündə su elektrik stansiyalarının inşa edildiyini və bu gücü 500 meqavata çatdırmaq üçün proqramların hazırlandığını bildirdi.
Azərbaycanla Ermənistan arasındakı münasibətlərə də toxunan Prezident İlham Əliyev beynəlxalq birlik tərəfindən tanınmış ərazilərimizin 30 ilə yaxın Ermənistanın işğalı altında olmasını, oradan Azərbaycan əhalisinin tamamilə çıxarılmasını, bir milyon azərbaycan vətəndaşının evsiz-eşiksiz qalmasını, uzun illər bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupu və onun həmsədrlərinin məsələni həll etmək üçün yox, məsələni dondurmaq üçün çalışdıqlarını qeyd etdi. Bildirdi ki, Minsk qrupunun 28 il ərzində heç bir iş görə bilmədiyi üçün tamamilə ləğv edilməsi tələbi Azərbaycanın haqlı tələbidir. Öz ərazi bütövlüyünün bərpasını 2020-ci ildə hərbi-siyasi yollarla həll edən və 2023-cü ildə öz dövlət suverenliyini tam bərpa edən ölkəmizdə bu gün Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi gedir və uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər.
İran-Azərbaycan birliyinin və dostluğunun sarsılmaz olduğunu, heç kimin bu dostluğun arasına girə bilməyəcəyini vurğulayan Prezident İlham Əliyev Azərbaycan-İran dostluğunun gücləndirilməsi və gələcək əməkdaşlığın perspektivləri barədə əhəmiyyətli mesajlar verdi.
Azərbaycan-İran əməkdaşlığının yeni mərhələyə keçdiyinin göstəricisi olan Xudafərin və Qız Qalası hidroqovşaqlarının açılışı bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyini göstərir. Bu layihələr təkcə iki ölkə üçün deyil, bütövlükdə region üçün böyük əhəmiyyət kəsb edir. Görüşdə Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər bu dostluğun və əməkdaşlığın davam edəcəyinə, ölkələrimizin inkişafına və sabitliyinə töhfə verəcəyinə inamı artırır.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25

