“Sağlamlıq naminə mübarizədə bizdən biri ol”
27.05.2024 [15:51]
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2024-cü ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq mayın 27-də YAP Mərkəzi Aparatının, YAP Nərimanov rayon təşkilatının və Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birgə təşkilatçılığı ilə “Sağlamlıq naminə mübarizədə bizdən biri ol” devizi altında qaçış idman növü üzrə marafon keçirilib.
Marafonun keçirilməsində məqsəd narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılmasıdır.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri Zəkiyyə Musayeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbərinin müavini Tanrıverdi Aydınov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Fərid Mansurov, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Mahir Qəribov və marafonun baş hakimi, əməkdar məşqçi Nemət Heydərov çıxış edərək vurğulayıblar ki, Azərbaycanda narkomaniya ilə mübarizə davamlı xarakter daşıyır. Bu sahədə dövlət proqramları qəbul edilib və müxtəlif layihələr həyata keçirilib. Təbliğat işləri cəmiyyətimizdə, xüsusilə də gənclər arasında zərərli vərdişlərin qarşısının alınmasında vacib rol oynayır. Bu baxımdan, gənc nəslin hər cür zərərli vərdişlərə aludəçilikdən qorunması, xüsusilə narkomaniya ilə mübarizə olduqca əhəmiyyətlidir. Bu tədbirin də əsas hədəfi bəşəriyyətin ən ağrılı problemlərindən olan, ciddi təhlükə mənbəyinə çevrilən narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işini daha da gücləndirmək, sağlam gələcəyimiz naminə yeniyetmə və gənclər arasında aparılan maarifləndirmə işlərinin davamlılığını təmin etməkdir.
Çıxışlardan sonra marafona start verilib. Marafonda 150 gənc iştirak edib. Yarışın qaliblərinə diplomlar təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05

