Azərbaycan-Tacikistan münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatıb
31.05.2024 [11:43]
Son illər Azərbaycan Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafının yeni mərhələsinə qədəm qoyub. Ölkəmizin dünyada artan nüfuzu sayəsində bir çox dövlətlər Azərbaycanla əməkdaşlığa can atır və onların arasında Mərkəzi Asiya dövlətləri önəmli yer tutur. Son bir il ərzində Azərbaycan Prezidentinin Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri xüsusilə diqqət çəkir. Bu münasibətlərin inkişaf etməsi isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələri üçün deyil, həm də bütün Türk dünyası üçün mühüm əhəmiyyət daşıyır. İstər regionda, istərsə də dünyada baş verən geosiyasi proseslər dövlətləri birgə əməkdaşlığa səsləyir. Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin perspektivlərini müəyyənləşdirir.
Bu gün Azərbaycanda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə milli maraqlarımızın qorunmasına hesablanmış uğurlu və dünya ölkələrinə nümunə olacaq xarici siyasət kursu həyata keçirilir. Bu siyasət kursunun nəticəsidir ki, dünya dövlətləri Azərbaycanla əməkdaşlıq etməyə can atır. dövlətimizin xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı əsas istiqamətlərdən birini təşkil edir. Tarixi Zəfərimizlə başa çatan İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında qarşılıqlı və ardıcıl səfərlər həyata keçirilir. Bu baxımdan cari ilin mayın 23-də Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun Azərbaycana rəsmi səfəri də bunu bir daha təsdiqləyir.
Bu gün Azərbaycan dünyada müstəqil siyasət həyata keçirən, iqtisadi cəhətdən heç bir ölkədən asılı olmayan, söz sahibinə malik bir ölkə kimi qəbul olunur. Bir çox dövlətlər Azərbaycanı özlərinə dost və etibarlı tərəfdaş ölkə hesab edirlər. Bütün bu reallıqlar Azərbaycanın artan beynəlxalq nüfuzunun və beynəlxalq aləmdə böyüyən rolunun əyani göstəricisidir. Ümumiyyətlə, son illər ölkəmizin çoxsaylı nüfuzlu beynəlxalq tədbirlərə, Zirvə toplantılarına dəvət olunması mütəmadi hal alıb. Əlbəttə, bütün bunlar Prezident İlham Əliyevin şəxsiyyətinə olan inamın, onun yürütdüyü uzaqgörən siyasətin, Azərbaycanın coğrafi mövqeyinin və regionun təhlükəsizliyi, iqtisadi sabitliyi üçün həyata keçirdiyi fəaliyyətin nəticəsidir.
Eyni zamanda, bu gün Azərbaycan və Tacikstan arasında tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Azərbaycanla Tacikistan arasındakı mövcud qardaşlıqlı münasibətlərinin uğurlu inkişafı ötən əsrin 90-cı illərinin əvvəlində qoyulmuşdur. Həmin dövrdə Azərbaycan və Tacikistan ağır çətinliklərlə üzləşmişdi, hər iki dövlətdə ictimai-siyasi sabitlik pozulmuş və vətəndaş müharibəsi gedirdi. Lakin Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun böyük liderlik bacarığı nəticəsində ölkələrimiz çətinlikləri arxada qoyaraq inkişaf yoluna çıxdı və bu gün Azərbaycan və Tacikistan dünyanın ən sabit ölkələrindəndirlər. Ölkələrimiz arasındakı əlaqələr bütün sahələr üzrə dinamik şəkildə inkişaf edir. Düşənbə Sammitində çıxış edən dövlət başçımız bu məqamları bir daha vurğuladı və bildirdi ki, ölkələrimizin otuz ildən artıq müddətdə müstəqil dövlətlər kimi həm ikitərəfli, həm də çoxtərəfli formatda səmərəli qarşılıqlı fəaliyyəti, bir-birilərinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləmələri, iqtisadi əlaqələri fəal şəkildə inkişaf etdirmələri səmərəli əməkdaşlığın siyasi göstəriciləridir.
Cənab Prezident İlham Əliyev keçən ilin aprel ayında Tacikistana etdiyi dövlət səfəri zamanı mətbuata bəyanatla etdiyi çıxışında demişdi ki, ölkələrimiz arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi məqsədilə bütün istiqamətlər üzrə necə irəliləmək barədə dəqiq təsəvvürlər mövcuddur. Həmin tarixi səfərdən bir il sonra Azərbaycan ilə Tacikistan strateji tərəfdaşlara çevrilirlər. Bu baxımdan Tacikistan Prezidenti Emoməli Rəhmonun cari ilin 23 may tarixində Azərbaycana rəsmi səfəri mühüm əhəmiyyət kəsb edən hadisə oldu. Səfər çərçivəsində ölkələrimiz arasında 14 sənəd imzalandı ki, onlardan da ən mühümü “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”dir.
Cənab Prezident İlham Əliyev mətbuata bəyanatla çıxış edərək qeyd etdi ki, ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. Azərbaycanda Tacikistanın Mədəniyyət Günlərinin keçirilməsi ikitərəfli münasibətlərdə mühüm hadisədir. Tacik xalqının zəngin mədəniyyəti ilə tanış olmaq imkanı Azərbaycan tamaşaçılarına sevinc bəxş edəcəkdir. Azərbaycan və Tacikistan dövlətləri arasında münasibətlərin inkişaf etdirilməsi üçün hər iki ölkə başçısının siyasi iradəsi mövcuddur və bu da birmənalı olaraq xalqlarımızın rifahının yüksəldilməsinə xidmət edir.
YAP Naftalan şəhər təşkilatının sədri Rövlan Heydərov
Xəbər lenti
Hamısına baxDünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54

