Türk dünyası böyük gücə çevrilir
10.06.2024 [12:28]
Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Eri və Türkiyə başda olmaqla digər türk respublikalarının parlament sədrlərini, o cümlədən Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin sədri Zorlu Töreni və Macarıstan Milli Assambleyasının sədrinin müavini Marta Matraini qəbul edib. Dövlət başçısı vurğulayıb ki, TÜRKPA-nın toplantısı böyük əhəmiyyət daşıyır: "Türk dünyası böyük bir ailədir, böyük potensiala malikdir, böyük coğrafiyanı əhatə edir. Nəqliyyat yolları, enerji resursları, insan kapitalı, artan əhali, demoqrafik vəziyyətin müsbət olması – bunlar, böyük bir güc potensialıdır. Bizim vəzifəmizdir ki, bu potensialı dünya miqyasında böyük bir gücə çevirək, əminəm ki, bu olacaq, biz bunu görürük. Hər bir toplantı, hər bir Zirvə görüşü bizim məqsədlərimizə doğru atılan növbəti addım olur".
Ölkə rəhbəri qeyd edib ki, onun təşəbbüsü ilə bir aydan sonra Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü keçiriləcək: "Mən hesab etdim ki, ildə bir dəfə Zirvə görüşünün keçirilməsi kifayət etməz. Çünki həm sürətli, yəni davamlı təmaslara ehtiyac var, eyni zamanda hər bir Zirvə görüşü birliyimizin gücləndirilməsinə istiqamətlənmiş növbəti addım olur. Çox şadam və həmkarlarıma minnətdaram ki, onlar bu təşəbbüsü dəstəkləyiblər və düz bir aydan sonra Şuşa şəhərində qeyri-rəsmi Zirvə görüşü keçiriləcək. O görüşün əsas mövzuları nəqliyyat və iqlimlə bağlı olacaq. Bu da təbiidir. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının birləşməsi ilə sıx bağlı olan prosesdir. Orta Dəhlizin fəaliyyətə başlaması və yükdaşımaların artırılması göz önündə olan məsələlərdir. Burada Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələr birgə fəaliyyət göstərir. Mən hesab etdim ki, indiki zəmanədə Orta Dəhlizin potensialına dünyada daha böyük ehtiyac var. Biz bu mövzu ilə bağlı, gələcək addımlarımızla bağlı geniş fikir mübadiləsi aparmalıyıq”.
Prezident əlavə edib ki, azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər: "İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir. Yəni biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Təbii ki, həm bizi sevindirir, həm də bütün Türk dünyası ölkələrinin bir-birinə nə qədər bağlı olmasından xəbər verir".
Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsi Azərbaycan üçün həmişə prioritet xarakter daşıyıb. Prezident İlham Əliyev qonaqları qəbul edərkən türk dövlətləri ilə əlaqələrimizin prioritet istiqamət kimi müəyyən olunduğunu bir daha təsdiqlədi. Dövlət başçısı bir daha bəyan etdi ki, Azərbaycanın xarici siyasətinin prioritetlərinin müəyyən edilməsi zamanı Türk dünyasının gücləndirilməsi, Türk dövlətləri ilə əlaqələrimiz prioritet istiqamət kimi müəyyən olunub. O, həmçinin fevralın 14-də keçirilən andiçmə mərasimindəki çıxışında bizim ailəmizin Türk dünyası olduğunu vurğuladığını da xatırlatdı. Azərbaycan lideri Türk dünyasının parlament nümayəndələri ilə görüş zamanı son illər ərzində Türk Dövlətləri Təşkilatı xətti ilə aparılan işlərin birliyimizi daha da gücləndirdiyini qeyd etdi. Yeri gəlmişkən, Türk dünyası liderlərinin Şuşa Zirvəsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə keçiriləcək. Türk dövlətlərinin başçılarının Zirvə görüşünün Şuşada keçirilməsi sözsüz ki, böyük mənəvi, siyasi əhəmiyyətə malikdir. Bu həm də rəmzi məna daşıyan bir görüş olacaq. Şuşa görüşü birlik və qardaşlığın Zirvəsi olacaq. Burada söhbət həm də 44 günlük müharibə zamanı və ondan sonrakı dönəmdə türk dövlətlərinin Azərbaycana verdiyi dəstəkdən gedir. Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, Şuşa 4 ilə yaxındır ki, işğaldan azad edilib və bu gün sürətlə quruculuq-bərpa işlərinin aparıldığı Şuşa şəhərinə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderlərinin səfərləri baş tutub. Beləliklə, bu gün Qarabağ Türk dünyasını birləşdirən mərkəzə çevrilir. Bəli, biz azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük. Dövlət başçısı bu məqamı xüsusi olaraq qonaqların diqqətinə çatdırdı. Liderlərin Şuşadakı Zirvə görüşü isə bu birliyi daha da möhkəmləndirəcək.
Şuşa görüşünün əsas mövzularından biri də nəqliyyat-logistika ilə bağlı olacaq. Çünki bu gün nəqliyyat əlaqələrinin qurulması və genişləndirilməsi Türk dünyasının daha sıx birləşməsi üçün hava-su kimi vacibdir. Şuşada keçirilən Zirvə görüşü bu prosesə ciddi təkan verəcək. Bir sözlə, mədəniyyət paytaxtımızda keçiriləcək Zirvə görüşündən gözləntilərimiz böyükdür.
Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon Təşkilatının sədri
Xəbər lenti
Hamısına baxElm
17 Avqust 13:27
İqtisadiyyat
17 Avqust 12:30
Gündəm
17 Avqust 12:20
Hərbi
17 Avqust 12:19
Hərbi
17 Avqust 12:17
Gündəm
17 Avqust 11:57
Sosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25

