Türkiyə -Azərbaycan əlaqələri rəsmən müttəfiqlik səviyyəsində
14.06.2024 [11:52]
Tarixin ağır sınaqlarından keçərək Azərbaycan – Türkiyə münasibətləri, xalqların dostluğu, qardaşlığı bu gün ən yüksək səviyyəsinə çatıb. 1918-ci ilin martında daşnak-bolşevik qırğınlarında Bakı şəhərinin,eləcədə digər bölgələrimizin erməni vandallarından azad edilməsində Türk zabit və əsgərləri, Çanaqqala savaşında isə yüzlərlə azərbaycanlı döyüş meydanında doğma sandığı torpaq uğrunda böyük qəhrəmanlıq göstərərək şəhid olublar. Şübhəsiz ki, iki qardaş, dost ölkənin şanlı tarixinə yazılan bu silinməz səhifələr, Azərbaycan və Türkiyə arasındakı münasibətlərinin təməlində durur.
9 noyabr 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlət məhz Türkiyədir. İki ölkə arasında diplomatik münasibətlər 14 yanvar 1992-ci ildə qurulub. 1992-ci ilin avqust ayında Azərbaycanın Türkiyədə səfirliyi açılmışdır. 1994-cü ildə Azərbaycanın İstanbul və 2004-cü ildə isə Qars şəhərində Baş konsulluqları təsis edilmişdir. Türkiyənin Bakıda Səfirliyi və Naxçıvan və Gəncə şəhərlərində Baş Konsulluqları fəaliyyət göstərməkdədir.
Türk millətinin dahi şəxsiyyətləri Mustafa Kamal Atatürk və Heydər Əliyevin "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir","Bir millət, iki dövlət" kəlamları ilə əsaslı təmələ sahib olan iki ölkə münasibətləri bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ən yüksək səviyyədədir. 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında imzalanan Bəyannamə iki ölkə arasında isti münasibətlərin pik nöqtəsidir. Dövlət başçımızın söylədiyi kimi Şuşa Bəyannaməsi ilə Türkiyə -Azərbaycan əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qalxdı.
Şuşa Bəyannaməsi Azərbaycan xalqının Qurtuluş günü - 15 iyun tarixi və Qars müqaviləsinin 100-cü ildönümündə imzalanması bir daha bütün dünyaya Azərbaycan – Türkiyə qardaşlığının, dostluğunun əbədi və sarsılmaz olduğunu bəyan etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Cumhuriyyətinin Prezidenti Rəcəb Tayib Ərdoğanın əyləşdikləri yerin arxa fonunda ermənilər tərəfindən dağıdılmış, viranə qoyulmuş bina görünürdü. Bütün dünyanın gözü Şuşa şəhərində, imzalanacaq olduqca mühüm Bəyannamədə olduğu halda Dövlət başçılarının arxalarında görünən fon erməni vandalizmini, vəhşiliyini bir daha beynəlxalq aləmə nümayiş etdirirdi. Bu səbəbdən Bəyannamənin Şuşa şəhərində imzalanmasının xüsusi əhəmiyyəti vardı.
Şuşa Bəyannaməsində xüsusi yer tutan amillərdən biri birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsidir. Eyni zamanda Sənəddə silahlı qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsi də yer alıb. Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, ümumi problemlərlə bağlı birgə addımların atılması, həmçinin iki ölkə üçün əhəmiyyətli olan digər mühüm məsələlər də imzalanan Bəyannamədə öz əksini tapıb.
Beləliklə, Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Bəyannamə Azərbaycan – Türkiyə münasibətlərini ən yüksək zirvəyə qaldırdı. Eyni zamanda bu Bəyannamə iki qardaş, dost, müttəfiq ölkənin regional və beynəlxalq rolunu, çəkisini daha da artıracaq.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25

