Olimpiadada gümüş medal alan şagirdlə görüş keçirilib
25.06.2024 [12:23]
YAP İmişli rayon təşkilatında “Qərbi Azərbaycana qayıdış” olimpiadasında gümüş medal qazanmış İmişli şəhər 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Ağayev Ruslan Ceyfun oğlu ilə görüş keçirilib.
Görüşdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, İmişli rayonu üzrə Təhsil Sektorunun müdiri Kərim Kərimov, İmişli şəhər 1 saylı tam orta məktəbin direktoru Yusif Hüseynov və valideyn Ceyfun Ağayev iştirak edib.
Görüşü giriş sözü ilə açan YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev Ruslan Ağayevi öz rəqiblərini məğlub edərək bilik yarışmasında sonacan mübarizə aparıb gümüş medal almasına görə təbrik edib, ona bundan sonrakı təhsil həyatında bol uğurlar arzulayıb. Natiq vurğulayıb ki, Azərbaycan xalqının tarixi yaddaşında və milli şüurunda əzəli yurd yerimiz olan Qərbi Azərbaycan torpaqlarının xatirəsi hər zaman yaşayır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti və qətiyyətli liderliyi sayəsində 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 23 saatlıq antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməsindən sonra Qərbi Azərbaycandan olan soydaşlarımızın da vaxtilə didərgin salındıqları ata-baba yurdlarına qayıdacağına inamı artıb.
İmişli rayonu üzrə Təhsil Sektorunun müdiri Kərim Kərimov qeyd edib ki, bu gün ölkəmizdə təhsil sahəsində uğurlar davamlı şəkildə artmaqdadır. Yaxın günlərdə müəllimlərin sertifikatlaşdırılması prosesi baş tutdu. Təhsilverənlərin də yüksək nəticələri təhsilalanlar üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün şagirdlər kimi müəllimlər də öz üzərində çalışırlar. Təhsilalan şagirdlərimizin olimpiadalara, intellektual yarışmalara qoşulmasına önəm veririk. Bu onların dünyagörüşündə mühüm rol oynayır.
Valideyn Ceyfun Ağayev Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə cənab İlham Əliyevə və Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Görüşün sonunda olimpiadada gümüş medal qazanmış Ruslan Ağayevə YAP İmişli rayon təşkilatı tərəfindən hədiyyələr təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

