Azərbaycan yaşıl enerjiyə keçid prosesində ön planda olmağı hədəfləyir
25.06.2024 [20:05]
İlqar İlyasov, YAP Laçın rayon təşkilatının sədri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları “Yaşıl enerji” ilə bağlı Azərbaycanın mövqeyini dəfələrlə müxtəlif platformalarda dilə gətirib. 21 iyun 2024-cü il tarixində Prezident İlham Əliyev “Euronews”-a verdiyi müsahibədə də bu məsələyə bir daha toxunub, ölkəmizin yeni dövr üçün iqtisadi hədəflərini açıqlayıb. Prezident İlham Əliyev: “Azərbaycan nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedicidir”, - deyib. Bu fikirlər aydın göstərir ki, Azərbaycan bu istiqamətdə inkişafı qarşısına məqsəd qoyub. Bunun üçün investorlara cəlbedici mühit yaradır və “yaşıl enerji”nin əhatəsinin genişlənməsi üçün ciddi addımlar atılır. Məlumdur ki, Azərbaycanın bərpaolunan enerji sektoruna sərmayə qoyuluşu, ölkənin enerji təchizatını şaxələndirmək və karbon emissiyalarını azaltmaq məqsədinə xidmət edir. Artıq bu istiqamətdə bir neçə böyük layihəyə start verilib. Məsələn, külək və günəş enerjisi sahələrində bir neçə iri stansiya qurulub və bu stansiyalar ölkənin enerji tələbatının əhəmiyyətli bir hissəsini təmin edir. Karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında olduğu kimi bu istiqamətdə də Azərbaycanın böyük tərəfdaşları var. Bu istiqamətdə “Masdar” ölkəmizin strateji tərəfdaşı, “ACWA Power” və BP isə sərmayədarlarımız sırasındadır. Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var. Ötən ilin ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı reallaşdırıldı. Perspektivdə bu istiqamətdə bağlanmış bütün müqavilələr və anlaşma memorandumları icra olunacaq. Bərpaolunan enerjidən istifadə zamanı olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun. Ötürülmə xətləri ilə bağlı qonşularla fəal iş aparılmalıdır. Azərbaycanın özünə o qədər də böyük ölçüdə bərpaolunan enerji lazım deyil və bu səbəbə görə ixracın şaxələndirilməsi istiqamətində fəaliyyətimiz daha da genişləndirilməlidir. Azərbaycanda sərmayə mühiti son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşıb. Hökumət, xarici investorlar üçün əlverişli şərait yaratmaq məqsədi ilə bir sıra islahatlar həyata keçirib. Bu islahatlar, vergi güzəştləri, hüquqi müdafiə və investorların hüquqlarının qorunmasını əhatə edir. Bunun nəticəsində ölkəyə daha çox xarici sərmayə cəlb olunub. Xüsusi ilə qeyd etmək lazımdır ki, Azərbaycan son illərdə enerji sektorunda əhəmiyyətli dəyişikliklər həyata keçirir. Ölkə başçısı hər zaman olduğu kimi, son müsahibəsində də bildirib ki, ölkə ənənəvi neft və qaz sektorunda əldə etdiyi gəlirləri bərpaolunan enerji mənbələrinə yönəldir. Bu addımlar, Azərbaycanın COP29-a ev sahibliyi edəcək bir ölkə olaraq yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən biri olma öhdəliyini yerinə yetirməsinə kömək edir. COP29-a ev sahibliyi edəcək bir ölkə olaraq, Azərbaycan yaşıl enerjiyə keçid prosesində ön planda olmağı hədəfləyir. Bu tədbir, ölkəyə yaşıl enerji texnologiyaları və siyasətləri haqqında bilik və təcrübə mübadiləsi üçün böyük bir platforma təmin edəcək. Azərbaycan, COP29 çərçivəsində beynəlxalq ictimaiyyətə öz yaşıl enerji strategiyalarını təqdim edərək, digər ölkələr üçün nümunə olmağı planlaşdırır. COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri də müsbət mühit və həmrəylik yaratmaqdır. Belə ki, Azərbaycan COP zamanı və ondan sonrakı dövr üçün elə mühit yaratmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25

