Azərbaycan-Rusiya münasibətləri dostluq və müttəfiqlik xarakteri daşıyır
21.08.2024 [15:18]
Məlumdur ki, Azərbaycanın əsas xarici siyasət prioriteti region ölkələri və beynəlxalq aləmlə qarşılıqlı münasibətlərin qurulması, bütün güc mərkəzləri ilə əməkdaşlığın aparılması, heç bir cəbhədə yer almamaqdır. Təbii ki, Azərbaycan üçün ilk növbədə qonşu ölkələrlə münasibətlərin inkişafı olduqca vacib amildir.Çünki öz sərhədlərində təhlükəsiz, mehriban münasibətlər yarada bilən ölkələr beynəlxalq aləmdə mövqelərini daha yaxşı qoruya bilirlər.
Azərbaycanın yüksək münasibətlərə malik olduğu ölkələrdən biri də Rusiyadır. Bu gün Azərbaycan BMT Təhlükəsizlik Şurasının üzvü kimi dünyanın ən güclü ölkələrindən olan Rusiya ilə humanitar, mədəni sektordan tutmuş siyasi-hərbi sahəyə qədər çoxşaxəli əməkdaşlıq qura bilib.
Bu baxımdan deyə bilərik ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin avqustun 18-19-da Azərbaycana etdiyi dövlət səfəri də xüsusi xarakter daşımaqla mühüm əhəmiyyət kəsb edir. İki ölkənin dövlət başçılarının ən yüksək səviyyədə görüşləri müntəzəm xarakter daşıyır ki, bu da dövlətlərarası münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Rusiya Prezidentinin səfəri çərçivəsində imzalanan sənədlər, o cümlədən Prezidentlərin Birgə Bəyanatı ölkələrimiz arasında münasibətlərin dostluq və müttəfiqlik xarakterini bir daha təsdiqləyir.
Cənab Prezident İlham Əliyev avqustun 19-da mətbuata bəyanatla etdiyi çıxışında xüsusi olaraq diqqətə çatdırdı ki, 2022-ci ilin fevralında imzalanmış qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamənin müddəaları bu gün uğurla həyata keçirilir. Ölkələrimiz müttəfiqlər, dostlar, yaxın tərəfdaşlar və qonşular kimi fəaliyyət göstərir. Həmçinin qeyd olundu ki, dövlət başçılarının görüşü zamanı dövlətlərarası münasibətlərin geniş spektri ətraflı müzakirə edilib. Qəbul edilən Birgə Bəyanatda ikitərəfli əlaqələrin bütün kompleksi üzrə gələcək dinamik inkişafın yeni genişmiqyaslı vəzifələri qarşıya qoyulub. Danışıqlarda qarşılıqlı faydalı iqtisadi-ticari əməkdaşlığın inkişafına xüsusi diqqət yetirilib. Bu da ondan irəli gəlir ki, Rusiya və Azərbaycan bir-biri üçün mühüm iqtisadi tərəfdaşlardır.
Cənab Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, ölkələrimiz arasında humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.
Əlbəttə ki, keçirilən görüşlərdə regional təhlükəsizliklə bağlı məsələlərə xüsusi yer ayrılıb. Ötən ilin sentyabrından sonra regionda yaranmış yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən çox asılıdır. Şübhəsiz ki, Rusiya Prezidentinin Azərbaycana bu dövlət səfəri tarixi xarakter daşıyır və ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcək.
David İbramxəlilov
YAP Qusar rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

