Nizami rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illik yubileyi qeyd olunub
13.11.2012 [03:50]
Dünən Nizami rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə partiyanın yubileyi münasibətilə təşkil olunmuş rəsm sərgisinə baxış keçiriblər. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlanıb. Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra YAP-ın yaranma və inkişaf tarixinə nəzər salan film nümayiş etdirilib.
Tədbirdə çıxış edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva partiyanın yaranma tarixinə və inkişaf yoluna nəzər salıb. Bildirib ki, yaradılması 20 il əvvəl xalqın sosial sifarişi olaraq Ümummilli lider Heydər Əliyev tərəfindən reallaşmış YAP ilkin fəaliyyət dövründən o zaman ölkədə hökm sürən haqsızlıqlara, hakimiyyətin hücumlarına sinə gərərək öz sivil mübarizə metodları ilə mübariz təşkilat kimi formalaşmağa başlayıb, siyasi qüvvə, böyük qurum kimi özünü təsdiqləyib.
Çıxış edən millət vəkilləri Rasim Musabəyov və Flora Qasımova qeyd ediblər ki, ötən 20 ildə Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb. Ölkədə ictimai-siyasi sabitlik bərpa olunduqdan sonra iqtisadiyyatımızın dirçəldilməsi istiqamətində qəti addımlar atılıb. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü daxili və xarici siyasət sayəsində YAP dünyanın bir sıra ölkələrinin siyasi təşkilatları ilə ikitərəfli əlaqələr qurub, beynəlxalq təşkilatlarda təmsilçilik hüququ qazanıb və bu gün ətrafında 600 mindən artıq sağlam düşüncəli, milli, vətənpərvər ruhlu insanı birləşdirib.
Nizami rayon İcra Hakimiyyətinin başçısı, YAP Siyasi Şurasının üzvü Tahir Budaqov isə bildirib ki, Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursa uyğun olaraq YAP-ın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində bu gün ölkəmiz dünyanın aparıcı dövlətlərindən birinə çevrilib. 2011-ci ildə Azərbaycanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi bünövrəsi Ulu öndər tərəfindən qoyulmuş müasir müstəqil dövlətimizin gündən-günə artan beynəlxalq nüfuzunun daha bir göstəricisidir: “Bu gün Azərbaycan müstəqil, hüquqi və demokratik dövlət quruculuğu sahəsində, dünya birliyinə inteqrasiyada mühüm uğurlar qazanıb və bu uğurlar Ulu öndərimizin davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə getdikcə daha da möhkəmlənir”.
Tədbir ədəbi-bədii kompozisiyalar və konsert proqramı ilə davam etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

