Mehriban qonşuluq əlaqələri
22.08.2024 [12:06]
Bu gün Azərbaycan ilə Rusiya arasındakı münasibətlər uğurla inkişaf etməkdədir. Ölkəmizin Rusiya ilə münasibətləri mehriban qonşuluq və qarşılıqlı dostluq əsasında qurulub. Avqustun 18-də Rusiya prezidentinin Azərbaycana dövlət səfəri, səfər çərçivəsində aparılan danışıqlar, məhdud və geniş tərkibdə keçirilən görüşlər, imzalanan sənədlər də onu göstərir ki, ölkələrimiz arasında münasibətlər yüksələn xəttlə inkişaf edir.
Avqustun 19-da Prezident İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mətbuata bəyanatlarla çıxış ediblər.
Dövlətimizin başçısı həmkarı Vladimr Putinin ölkəmizə səfərinin ikitərəfli münasibətlər üçün faydalı olacağına əminliyini ifadə edib : “Dövlətlərarası strukturların fəaliyyət sahəsi olduqca genişdir. Biz iqtisadi-ticari münasibətlərlə bağlı məsələləri detallı şəkildə təhlil etdik. Keçən il və bu ilin 6 ayında əmtəə dövriyyəsinin artımı əməkdaşlığın böyük potensialından xəbər verir. Ötən il biz 4 milyard dollar həddini adladıq və bunun son hədd olmadığı barədə fikir mübadiləsi apardıq.”
Bəyanatında “Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 mindən artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. Eyni zamanda qeyd edib ki, təhsil sahəsində münasibətlərin inkişafı məsələsi daim diqqət mərkəzindədir. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fəaliyyət göstərir.”-deyən Prezident İlham Əliyev humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirildiyini vurğulayıb.
Ölkə başçısı Rusiya mədəniyyətinin ölkəmizdə təmsil olunmasından bəhs edib . Bu ilin iyununda Azərbaycanda Rusiya mədəniyyət günlərinin keçirildiyini bildirən cənab Prezident bu işin təşkilinə görə həmkarı Vladimr Putinə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırıldığını və uğurla fəaliyyət göstərdiyini diqqətə çatdırıb. “Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır “- deyən ölkə başçısı hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklərnə ümidvar olduğunu ifadə edib.
Dövlət başçısı çıxışında energetika sferasında həm neft-qaz sektorunda, həm də elektrik enerjisi sahəsində vəziyyəti geniş təhlil etdiklərini , bu istiqamətdə fəal işin aparıldığını vurğulayıb.
Prezident İlham Əliyev dövlətlərarası münasibətlərimiz üçün müstəsna əhəmiyyətə malik olan, həmçinin regional nəqliyyat dəhlizləri, nəqliyyat yolları və “Şimal-Cənub” layihəsinin həyata keçirilməsi ilə bağlı məsələlərin də ətraflı müzakirə edildiyini diqqətə çatdırıb.
Azərbaycanın COP29 iqlim konfransında ev sahibi qismində namizədliyini dəstəkləndiyinə görə Dövlətimizin başçısı Vladimr Putinə və Rusiya tərəfinə təşəkkürünü bildirib. Prezident qeyd edib ki, Rusiyanın dəstəyi müstəsna dərəcədə mühümdür və biz hazırda ikitərəfli formatda da bu iqlim konfransına hazırlıqla bağlı məsələlər üzərində işlər aparırıq.
Prezident İlham Əliyev çıxışında bu səfərin tarixi xarakter daşıdığını, ölkələrimiz arasında dostluq və müttəfiqlik münasibətlərinin möhkəmləndirilməsi işinə mühüm töhfə verəcəyini bildirib.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

