İkitərəfli münasibətlər üçün faydalı olacaq səfər
26.08.2024 [10:26]
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri xüsusi əhəmiyyət kəsb edir. Rusiya Prezidenti Azərbaycana 7 dəfə səfər edib. Bundan başqa hər iki ölkənin lideri beynəlxalq platformalar çərçivəsində çoxsaylı görüşlər keçiriblər.
Avqustun 18-də Bakıya səfər edən Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən yüksək səviyyədə qarşılanıb. Səhəri gün Rusiya Prezidenti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib. Sonra Vladimir Putin, köməkçisi Yuri Uşakov, Baş nazirin müavini Aliksey Overçuk, xarici işlər naziri Serqey Lavrov Azərbaycan Prezidentinin iqamətgahına gələrək qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişafı barədə danışıqlar aparıblar.
Hər iki dövlət başçısının mətbuata verdikləri bəyanatdan aydın olur ki, qarşılıqlı münasibətlərdə böyük irəliləyiş müşahidə olunur və 2022-ci ilin fevralında Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında imzalanan Bəyannamənin bəndlərinə tərəflər əməl edirlər. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan ilə Rusiya nəqliyyat, energetika, humanitar sahələrdə əməkdaşlıq edir və bu səfər qarşılıqlı münasibətlərin inkişafı üçün səmərəli olacaq.
Vladimir Putin isə nəzərə çatdırıb ki, hər iki dövlət energetika, nəqliyyat, kooperasiya, yüngül sənaye sahələrində yaxın əməkdaşlıq əlaqələrinə malikdirlər. Ölkəmizdə Rusiya kapitalına əsaslanan 1200 müəssisə fəaliyyət göstərir. Rusiya Prezidenti, həmçinin rus dilinə göstərilən yüksək münasibətə görə Azərbaycana təşəkkürünü bildirib.
Səfər çərçivəsində dövlətlər arasında bir sıra əhəmiyyətli sənədlər imzalanıb. Bunlar da perspektivdə iqtisadi, siyasi, mədəni, ekoloji sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafına stimul yaradacaq. Vurğulanıb ki, Qərbin Azərbaycana təzyiqlərinə baxmayaraq rəsmi Bakı yaxın qonşusu ilə konfrontasiyaya getmək istəmir, əksinə əlaqələrini inkişaf etdirmək yolunu tutub. Bu isə praqmatik siyasi xəttin davam etdirilməsidir. Prezident Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi münasib olduğu vaxtda Rusiyaya səfərə dəvət edib.
Bakı bir sıra fundamental səbəblərə görə bir çox ölkələr üçün həmişə böyük əhəmiyyət kəsb edib. Azərbaycan əsas enerji oyunçusudur, bundan başqa, coğrafi mövqeyinə görə ölkəmiz nəqliyyat və logistika baxımından, xüsusilə Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə bağlı mühüm tərəfdaşdır.
İstənilən sammit görüşü, xüsusən də dövlət səfəri ikitərəfli münasibətlərin inkişafı üçün həmişə müəyyən təkan olur, çünki müzakirə olunacaq müxtəlif layihələr razılaşdırılır. Bu, ölkələrimiz arasında bağlanmış müqavilələrə, ilk növbədə, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”yə sadiq olduğumuzu göstərən ikitərəfli münasibətlərimizin növbəti mərhələsidir. Bu aspektdə əlaqələrimiz fəal şəkildə inkişaf edir. Səfərin ən yüksək statusu bu gün inkişafının pik nöqtəsində olan Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsini aydın şəkildə əks etdirir. Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın MDB ölkələri ilə xarici ticarət dövriyyəsinin üçdə ikisi Rusiyanın payına düşür. Ölkələr arasında ticarət dövriyyəsi 2023-cü ildə rekord səviyyəyə – 4,5 milyard dollara çatıb və bu rəqəmin bu il yenilənməsi gözlənilir. Bu ilin yanvar-may aylarının yekunlarına əsasən, Rusiya ilə Azərbaycan arasında qarşılıqlı hesablaşmalarda milli valyutaların payı 73 faizi keçib, ötən il isə onların payı 57,8 faizə çatıb.
Azərbaycan və Rusiyanın regionda kommunikasiyaların inkişafında maraqlı olmasından danışarkən “Şimal-Cənub” nəqliyyat dəhlizi mövzusunu nəzərdən qaçırmaq olmaz. Bu dəhliz sayəsində Hindistan və Çin öz yüklərini Mərkəzi Asiya, Azərbaycan, Rusiya və Avropaya daşıya biləcəklər. Layihənin əsas üstünlüyü yükdaşıma vaxtının yarıdan çox azaldılmasıdır. Dünyada mövcud vəziyyət fonunda əsas mərkəzi Azərbaycan olan nəqliyyat marşrutlarının əhəmiyyətini qiymətləndirmək çətindir. Azərbaycan bu istiqamətdə bir sıra mühüm addımlar ataraq “Şimal-Cənub” marşrutunun təşviqində mühüm rol oynayır. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi həm Cənubi Qafqaz regionunun, həm də Rusiya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayır. Bu marşrut sayəsində ölkələr arasında ticarət dövriyyəsi iki dəfə artıb, daşımaların qiyməti isə dəniz nəqliyyatı ilə müqayisədə xeyli aşağı düşüb. “Şimal-Cənub” dəhlizi bizim əsas magistral layihəmizdir. Üstəlik, burada ən diqqətçəkən məqam odur ki, Rusiya və Azərbaycan öz növbəsində bütün razılaşmaları yerinə yetiriblər və infrastrukturu genişləndirməyə hazırdırlar. Bundan əlavə, bu, Rusiyanın ticarət əlaqələri üçün bağlanan qərb istiqamətinə alternativ olacaq yeni marşrut açmaq imkanıdır. Azərbaycan üçün isə təbii ki, bu, tranzit potensialını artırmaq və ondan istifadə etmək imkanıdır.
Göründüyü kimi, V.Putinin Bakıya rəsmi səfəri Azərbaycan-Rusiya əlaqələrinin inkişafında böyük təsirə malik olacaq. Beləliklə, səfər iki ölkə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından da çox əhəmiyyətlidir.
Meydanəli Yolçiyev,
YAP Daşkəsən rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
17 Avqust 11:35
Sosial
17 Avqust 10:55
Dünya
17 Avqust 10:30
İdman
17 Avqust 09:45
Sosial
17 Avqust 09:10
Dünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55

