Azərbaycan yeni geosiyasi şəraitdə mühüm rola malikdir
09.09.2024 [09:57]
Beynəlxalq Çernobbio Forumunda “Yeni geosiyasi şəraitdə Azərbaycanın rolu” adlı sessiyada çıxışı zamanı Prezident İlham Əliyev yüksək səviyyəli Azərbaycan-İtaliya münasibətlərindən geniş bəhs etdi. Ölkə başçısı qeyd etdi ki, Azərbaycan və İtaliya uzun illərdir strateji tərəfdaşlar kimi fəaliyyət göstərirlər. Ölkələrimiz arasında əməkdaşlıq bir çox sahəni əhatə edir. Bura enerji, ticarət və humanitar sahələr aiddir. Bu əlaqələrin əsasını ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi təmaslar təşkil edir.
Prezident İlham Əliyev Forumda Azərbaycanın İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təzhizatçısı olduğunu vurğulayaraq ölkəmizin bu sahədə olan potensialına da diqqət çəkdi. Azərbaycan təkcə İtaliyanın deyil, ümumilikdə 10 ölkənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. Müasir dövrdə enerji təhlükəsiziliyi milli təhlükəsizliyin ayrılmaz bir parçası hesab edilir. Bu baxımdan Azərbaycan Avropa ölkələrinin milli təhlükəsizliyinin təmin edilməsində çox böyük əhəmiyyətə mailk olan dövlətdir.
Çernobbio Forumundakı çıxışında Prezident İlham Əliyev Azərbaycanın haqq işinə xüsusilə diqqət çəkərək xatırlatdı ki, ölkəmiz 30 il Ermənistanın işğalı ilə üz-üzə qaldı və beynəlxalq təşkilatların qərarları, qətnamələri icra edilmədi. ATƏT-in Minsk qrupunun da heç bir əməli fəaliyyətinin olmadığını bilridən ölkə başçısı ədalətin və sülhün təmin olunmasında beynəlxalq hüququn kifayət etmədiyini vurğuladı. Məhz Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz cəsarəti, real gücü hesabına ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bununla da ölkəmiz bir nümunə yaratdı. Azərbaycanın təkcə Qafqazda deyil, daha geniş regionda geosiyasi dəyişiklik yaratdığını qeyd edən ölkə başçısı sülh müqaviləsinin bəndlərinin təqribən 80 faizin razılaşdırıldığını açıqladı. Sərhəddin delimitasiya prosesinin başlanması, həmçinin kiçik bir hissənin demarkasiyası Azərbaycanın yaratdığı yeni reallığın nəticəsidir. Prezident İlham Əliyev qeyd etdi ki, sülh sazişinin imzalanması yalnız Cənubi Qafqaz deyil, dünyanın bütün regionları üçün əhəmiyyətli olacaq. Çünki Azərbaycan qlobal arenada müxtəlif aktorlar arasında əlaqələrin qurulmasında maraqlıdır. Qlobal Cənub və qlobal Şimal arasında körpülərin qurulması da məhz Azərbaycanın iştirakı ilə mümkündür.
Beynəlxalq Çernobbio Forumunda Rusiya-Ukrayna münaqişəsinə münasibət bildirərkən Prezident İlham Əliyev Azərbaycanın hər iki ölkənin ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bəyan etdi. Ukrayna ərazisində qazın tranzitinin davam etdirilməsi ilə bağlı Rusiya, Ukrayna və Avropa təsisatları tərəfindən ölkəmizə müraciət edildiyini açıqlayan ölkə başçısı Azərbaycanın hər iki ölkə ilə təmaslar qurduğunu və ciddi irəliləyiş üçün zəmin olduğunu diqqətə çatdırdı. Həmçinin buradan bu qənaətə gəlmək mümkündür ki, Rusiya-Ukrayna münaqişəsin danışıqlar yolu ilə həllində Azərbaycan vasitəçi ölkə ola bilər. Prezident İlham Əliyevin Çernobbio Forumundakı çıxışını ümumilikdə diqqətlə analiz etdikdə görmək mümkündür ki, Azərbaycan yeni geosiyasi şəraitdə mühüm rola malikdir.
Anar Şahmuradov,
YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

