Bir il öncə antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bərpa etdi
20.09.2024 [15:45]
30 il beynəlxalq təşkilatlar, supergüclər Azərbaycanın 20 faiz ərazisinin düşmən tapdagında, işgal altında qalmasına göz yumdu. Erməni vandalizmi dünyanın az qala yarısı tərəfindən gizli və aşkar şəkildə dəstəklənirdi. Həmin dövrdə BMT-nin Baş Assambleyasının qətnamələri kagız üzərində qaldı, üstünü toz basdı, yarasız hala düşdü. Sanki Azərbaycan xalqının taleyi bu qüvvələr üçün oyuncağa çevrilmişdi. ABŞ, Rusiya, Fransa ATƏT-in həmsədrləri titulu qazanıb illər boyu haqsızlıga, ədalətsizliyə, riyakarlıga xidmət etdilər. Nəhayət 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri haqq-ədaləti bərqərar etdi.
Düşmənin başı əzildi. Ermənipərəst qüvvələr gördülər ki, Azərbaycanın iradəsi qarşısında acizdirlər. Rəşadətli Azərbaycan Ordusu düşmənin başını əzdi. Mənfur düşməni qovub torpaqlarımızdan çıxardı. Ədalət zəfər çaldı. Bağlanmış kapituliyasiya aktının bəzi müddəalarına zaman keçdikcə əməl etməyən erməni silahlı birləşmələri ordumuzun bir il öncə sentyabr ayının 19-da keçirdiyi lokal antiterror əməliyyatından sarsıldı. Müzəffər Ali Baş Komandan xalqa müraciət edərək dedi ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, bizim hərbçilərimiz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdi.
Qeyd etməliyik ki, 2023-cü ilin ən böyük hadisəsi Silahlı Qüvvələrimizin sentyabrın 19-da keçirdiyi lokal xarakterli antiterror tədbirləri idi. Bu tədbirlərin uğuru onu deməyə əsas verir ki, biz artıq bütövləşmiş, tamlaşmış Vətənə sahibik. Xocalı, Əsgəran, Ağdərə və nəhayət, Xankəndili Azərbaycanımız var. Allaha şükürlər olsun ki, torpaqlarımızda otuz ildən çox hökm sürmüş, at oynatmış erməni kabusu artıq canını tapşırıb. Bu gün tam qətiyyətlə deyə bilərik ki, ərazilərimizdə separatizm yoxdur. Əslində, bu mənada yanaşsaq, yaşadığımız son bir il xalqımız üçün yuxu, xəyal kimi bir il oldu. Beləliklə suverenliyimizin tam bərpasından 1 il ötdü Azərbaycanın Qarabağ probleminin həllinin ideoloqu Ulu öndər Heydər Əliyevdir. Dövlət suverenliyimizə qovuşmağımızın 2023-cü ildə - Ümummilli liderin 100 illiyinə təsadüf etməsi isə ilahi qanunauyğunluq idi. Dahi şəxsiyyətin minbir əziyyətlə başladığı, böyük çətinliklər bahasına gələcəyə daşıdığı Qarabağ probleminin tam qələbə ilə yekunlaşması azərbaycanlı ruhunun müqəddəs Zəfəridir. Bu Zəfər Vətən naminə əzmkarlığın, prinsipiallığın və qətiyyətin dünyaya nümunə olacaq pərvəriş səhnəsidir. Deməli, Heydər Əliyev şəxsiyyətinin ruhu şaddır. Onun ruhunun şadlığı isə xalqımızın bu dahi azərbaycanlıya yanaşmasındakı misilsiz qədirbilənliyin təcəssümüdür. Ordumuz xalqımızın Heydər Əliyev qədirbilənliyini əməli fəaliyyəti ilə bir daha ucalara qaldırdı, bu böyük neməti milli şüur və düşüncəmizin yüksəliş mərhələsi kimi vurğuladı.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha böyük zirvələrin fəthinə doğru yol almışıq. Prezident İlham Əliyev 20 sentyabr 2024-cü ildə Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə deyib: “Bu günü biz birlikdə Xankəndidə qeyd edirik və əminəm ki, 20 Sentyabr bundan sonra Azərbaycanda geniş qeyd ediləcək”. Bu tarix elə bir tarixdir ki, Azərbaycan xalqı 100 illər belə keçsə bu tarixi unutmayacaq. Daha da güclənmiş Azərbaycan dövlətinin vətəndaşları bu tarixi hadisəni uzun illər qeyd edəcəklər. Azərbaycanın Dövlət suverenliyi, dönməzdir, əbədidir!
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35

