Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / İşğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində aparılan uğurlu siyasət

İşğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində aparılan uğurlu siyasət

24.09.2024 [12:38]

2020-ci ildə 44 gün ərzində öz gücü ilə tarixi torpaqlarını erməni işğalından azad edən Azərbaycan 20 sentyabr 2023-cü il tarixində, bir gündən də az bir zaman kəsiyində, antiterror əməliyyatı nəticəsində öz suverenliyini tam olaraq bərpa etdi.  Azərbaycan öz gücünü, qüdrətini bütün dünyaya göstərdi. 44 gün ərzində şanlı Azərbaycan Ordusu bir an belə dayanmadan irəliləyərək, hər gün bir yaşayış məntəqəsini işğalçılardan azad etdi. Hər bir çətinliyə sinə gərərək, ölümü göz ününə alaraq yalnız irəli getdi.

Azərbaycan əsgəri böyük şücaət göstərərək düşmənin 30 il ərzində yaratdığı müdafiə xəttlərini yararaq ağır şəraitdə, Ermənistan ordusunun coğrafi üstünlüyünə baxmayaraq, aşağıdan yuxarı – sıldırım qayalarla qalxaraq alınmaz qala olan Şuşanı yüngül silahlarla, böyük peşəkarlıqla işğalçılardan təmizlədi.   

Antiterror əməliyyatı Azərbaycanın tam qələbəsi ilə başa çatdı. Bir çox ölkələrin Ermənistana maddi, fiziki və ağır silahlarla kömək etməsinə baxmayaraq Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı.

İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində Azərbaycan nəinki beynəlxalq hüququ bərpa etdi, nəinki öz milli qürurunu bərpa etdi, bütün dünyaya nümayiş etdirdi ki, ədalətsizlik əbədi davam edə bilməz. 

44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər də bu yolla getməlidirlər. Onlar, ilk növbədə, milli ruhda tərbiyə almalıdırlar. Bunun üçün də gənclərimiz təhsilli, savadlı olmalıdır.

Prezident cənab İlham Əliyev 2023-cü il noyabrın 28-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatının ödənilməsi və tarixən mövcud olmuş təhsil ənənələrinin yaşadılması məqsədilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.

Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması işğaldan azad olunmuş ərazilərimizin yenidən bərpası istiqamətində aparılan uğurlu siyasətin çox önəmli addımlarından biridir. 32 il bundan əvvəl erməni faşistlərinin oda qalayıb yer üzündən sildiyi, dinc sakinlərini kütləvi surətdə işgəncələrlə məhv etdiyi Xocalının 10 kilometrliyində bu gün Qarabağ Universitetinin yaradılması soyqırımı qurbanlarının intiqamının alındığının daha bir önəmli göstəricisidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabr ayının 20-də Qarabağ Universitetinin açılışında çıxış edərək qeyd etdi ki,  “Bu gün Qarabağda, azad Qarabağda olmaq, sizi görmək, yataqxanada, o balkonda tələbələrin gülər üzlərini görmək doğrudan da böyük xoşbəxtlikdir. Bəlkə də bundan böyük xoşbəxtlik ola bilməz. Müəllimlərə tələbələrə uğurlar arzulayıram. Yaxşı işləyin, yaxşı oxuyun ki, hər zaman Azərbaycan zəfər çalsın, hər zaman - əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvədə olsun!”. 

Dövlət başçısı eyni zamanda qeyd etdi ki, “Əgər 1993-cü ildə xalqın tələbi ilə Ulu Öndər Azərbaycana gəlməsəydi, Azərbaycan, ümumiyyətlə, dünya xəritəsindən silinə bilərdi. Sabitlik yaradıldı, inkişafa qədəm qoyuldu və quruculuq işlərinə başlandı. Quruculuq və inkişaf işlərinin məntiqi nəticəsi 8 Noyabr - Zəfər Günümüzdür, Şuşanın azad olunması, Ermənistanın kapitulyasiyası və ondan sonrakı tarix artıq göz qabağındadır. Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi.”

Ölkə Prezidenti cənab İlham Əliyev Qarabağ Universitetinin açılışının məhz 20 sentyabr tarixində olması bir daha sübut etdi ki, artıq şanlı tariximizdir. Həmçinin, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir. Ən önəmlisi gənclər, yəni tələbələr buraya böyük həvəslə gəlməyə başladılar. Ölkəmizin hər bir bölgəsindən ümumilikdə 1200 tələbə var. 600-dən çox bal toplayan tələbələr görüşdə iştirak edirlər və buraya böyük həvəslə gəlmişlər. Dövlətimizin başçısı gənclərin qarşısında bu vəzifəni qoydu ki, “yaxşı oxuyun ki, hər zaman Azərbaycan Zəfər çalsın, hər zaman – əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!”

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri 

Paylaş:
Baxılıb: 480 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Gündəm

Gündəm

İqtisadiyyat

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31