Azərbaycanın iqtisadi inkişaf modeli
30.09.2024 [12:16]
Uzun illərdir ki, ölkəmizdə çox müsbət sərmayə iqlimi mövcuddur. Hökm sürən sabitlik və proqnozlaşdırılan vəziyyət, eyni zamanda, dövlətimizin güclənməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsi xarici investorların ölkəmizə olan münasibətini daha da yaxşılaşdırıb. Dövlətimiz tərəfindən xüsusilə qeyri-neft sektoruna xarici sərmayələrin cəlb edilməsi üçün bir çox təşviq layihələri də həyata keçirilir. Sentyabrın 26-da iqtisadi məsələlərə həsr edilmiş müşavirədə Prezident İlham Əliyev bildirdi ki, investisiyaların adambaşına düşən həcminə görə Azərbaycan qabaqcıl ölkələr sırasındadır. Ölkəmizdə ənənəvi sənaye məntəqələri olan Bakı və Sumqayıt şəhərində sənaye parkları, yeni müəssisələr açılır. Eyni zamanda, azad edilmiş torpaqlarda, Ağdam və Cəbrayıl rayonlarında yeni sənaye parklarının yaradılır ki, bu da çox müsbət hal kimi qiymətləndirilməlidir.
İqtisadi məsələlərə həsr edilmiş müşavirədə Prezident İlham Əliyev qeyd etdi ki, cari il ölkəmizdə iqtisadi artım 4,3 faiz təşkil edir. Qeyri-neft sektoru isə 7 faiz artıb. Bu da onu göstərir ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılmış addımlar və düşünülmüş islahatlar siyasəti öz bəhrəsini verməkdədir.
İqtisadi məsələlərə həsr edilmiş müşavirədə ölkə başçısı vurğuladı ki, əsas hədəf iqtisadiyyatı bundan sonra daha da şaxələndirmək və dayanıqlı inkişaf modelini təkmilləşdirməkdir.
Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr edilmiş müşavirədə çıxışı zamanı onu da vurğuladı ki, son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalırdı və bu da təbii olaraq ölkəmizin ümumi iqtisadi inkişaf templərinə mənfi təsir göstərirdi. Neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılmış və onlardan tələb edilmişdir ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. Ölkə başçısı onu da diqqətə çatdırdı ki, hazırda neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işlər aparılır və yeni yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil ediləcək.
İqtisadi məsələlərə həsr edilmiş müşavirədə Prezident İlham Əliyev gələn ilin əsas xərclərinin artıq müəyyən edildiyini qeyd etdi. Ölkəmizin hərbi potensialının gücləndirilməsi, təhlükəsizliyin təmin edilməsi, dövlət sərhədlərinin qorunması, hərbi sənaye kompleksinin inkişafı, təhsil xərcləri, Qarabağın və Şərqi Zəngəzurun bərpası əsas prioritetlərdəndir. Həmçinin sosialyönümlü layihələr, sosial infrastrukturla bağlı olan layihələr, həm də ümumi infrastrukturla bağlı olan layihələr - bütün bunlar da təbii ki, Dövlət İnvestisiya Proqramında öz əksini tapacaq. Ölkə başçısı bildirdi ki, biz öz resurslarımıza arxalanaraq güclü iqtisadiyyat qurmuşuq, müstəqil iqtisadiyyat qurmuşuq, heç kimdən asılı deyilik. Artıq Azərbaycanın iqtisadi inkişaf modeli dünyada özünü təsdiqləyib.
Əlişah Rəcəbov,
YAP Ağdaş rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 23:58
Dünya
16 Avqust 23:45
Dünya
16 Avqust 23:15
Dünya
16 Avqust 22:50
Dünya
16 Avqust 22:05
Dünya
16 Avqust 21:35
Dünya
16 Avqust 20:55
Dünya
16 Avqust 20:25
Dünya
16 Avqust 19:45
Dünya
16 Avqust 19:05
Dünya
16 Avqust 18:45
İdman
16 Avqust 18:10
Sosial
16 Avqust 17:20
İdman
16 Avqust 16:45
İdman
16 Avqust 16:25
Mədəniyyət
16 Avqust 15:55
Sosial
16 Avqust 15:20
Sosial
16 Avqust 14:35
Sosial
16 Avqust 14:24
Dünya
16 Avqust 13:55
Dünya
16 Avqust 13:35
Dünya
16 Avqust 12:55
Dünya
16 Avqust 12:10
Dünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55

