Qaradağ rayonunda “Böyük Zəfərə aparan yolun başlanğıcı” mövzusunda dəyirmi masa keçirilib
03.10.2024 [18:07]
2024-cü il oktyabrın 3-də Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində YAP Qaradağ rayon təşkilatının və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “Böyük Zəfərə aparan yolun başlanğıcı” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, YAP veteranı Sabir Hacıyev, YAP üzvü olan fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndərin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini yad etdilər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Sonra Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı və Azərbaycanın xilası naminə apardığı mübarizə barədə videoçarx nümayiş etdirildi.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirakçıları salamlayaraq bu günkü dəyirmi masanın həsr olunduğu mövzunun əhəmiyyətini vurğuladı. O, 1993-cü ilin 3 oktyabr gününün Azərbaycan tarixində çox mühüm yer tutduğunu, müasir müstəqil Azərbaycan dövlətinin tarixində dönüş anı təşkil etdiyini, ulu öndərin hakimiyyətə qayıdışından sonra ölkəmizdə özbaşınalığa, xaosa, iqtisadi tənəzzülə son qoyulduğunu, vətəndaş müharibəsinin qarşısının alındığını və yeni yüksəliş mərhələsinin əsasının qoyulduğunu qeyd etdi. YAP rayon təşkilatının sədri bildirdi ki, Heydər Əliyev Azərbaycan xalqının yetişdirdiyi və dünya siyasətinə bəxş etdiyi böyük şəxsiyyətdir. Azərbaycan xalqının baş verən faciələrdən qurtularaq demokratik-hüquqi dövlətdə yaşamaq arzusunu reallığa çevirən - Ümummilli Lider Heydər Əliyev olmuşdur.
Q.Əliyev tarixə qısa ekskurs edərək 1992-ci il noyabrın 21-də Ulu öndər Heydər Əliyevin sədrliyi ilə xalqımızın gələcəyini düşünən ziyalılar la birlikdə Naxçıvanda Yeni Azərbaycan Partiyasını yaratması və bu partiyanın ölkəmizin sonrakı inkişafında oynadığı mühüm rol barədə də ətraflı məlumat verdi.
YAP rayon təşkilatının sədri xüsusi vurğuladı ki, bu gün bütün sahələrdə əldə edilən uğurların hər birinin qayəsində Ulu öndərin ideyaları dayanır və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilən bu siyasət bundan sonra da ölkəmizi daha böyük uğurlara aparacaq.
Dəyirmi masada çıxış edən Azərbaycan Dövlət Tibb Universitetinin dosenti, YAP veteranı Sabir Hacıyev Ümummilli liderin ali idarəçilik keyfiyyətlərini və liderlik xüsusiyyətlərini qeyd edərək, 1993-cü il oktyabrın 3-də keçirilən prezident seçkilərindən sonra Azərbaycanda intibah dövrünün başlandığını vurğuladı və Ulu öndər Heydər Əliyevin tək Azərbaycan vətəndaşlarının deyil, eyni zamanda bütün dünya azərbaycanlılarının lideri olduğunu bildirdi.O, Ulu öndərin rəhbərliyi altında səhiyyə sahəsində aparılan islahatlar və görülən işlər barəsində danışdı və ölkəmizdə müasir dünya standartlarına uyğun səhiyyə sisteminin formalaşdığını qeyd etdi.
Tədbirdə digər çıxış edənlər: Qaradağ Ağsaqqallar Şurasının sədri Ramin Məmmədov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyini (QMƏVŞA İB) Qaradağ rayon şöbəsinin sədri Maqsud Heydərov, Heydər Əliyev Mərkəzi ərazi partiya təşkilatının sədri Leyla Nəcəfova və başqaları xalqımızın 90-cı illərin əvvəllərində faciələrdən çıxış yolunu axtararkən Azərbaycan ziyalılarının Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaratmasının əhəmiyyətini vurğuladılar. Ölkəmizin qazandığı uğurların Ulu öndər Heydər Əliyevin dövlətçilik fəaliyyəti ilə birbaşa bağlı olduğunu bildirdilər.
YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev tədbiri yekunlaşdıraraq bir daha 1993-cu ilin 3 oktyabr tarixini xalqımızın tarixində dönüş nöqtəsi kimi səciyyələndirdi və Ulu öndər Heydər Əliyevin müstəqil dövlətimizin başçısı seçilməsi nəticəsində ölkəmizdə yeni yüksəliş mərhələsinin başladığını bildirdi. O qeyd etdi ki, Ulu öndər Heydər Əliyev daxili və xarici təzyiqlərə, çətinliklərə baxmayaraq, müasir, müstəqil Azərbaycan dövlətini qurdu və qorudu. Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə onun qurub yaratdığı müasir Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdi və ölkəmizi yeni inkişaf yoluna çıxardı.
Dəyirmi masanın sonunda bir qrup yeni YAP üzvlərinə vəsiqələr verildi və xatirə şəkli çəkdirildi.
Xəbər lenti
Hamısına baxDünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10
Gündəm
12 İyun 11:59
Siyasət
12 İyun 11:57
YAP xəbərləri
12 İyun 11:54
İqtisadiyyat
12 İyun 11:49
İqtisadiyyat
12 İyun 11:48
İqtisadiyyat
12 İyun 11:47
İqtisadiyyat
12 İyun 11:47
Dünya
12 İyun 11:39
Dünya
12 İyun 11:33
Gündəm
12 İyun 11:25
Siyasət
12 İyun 11:22
Siyasət
12 İyun 11:16
Sosial
12 İyun 11:01
İqtisadiyyat
12 İyun 10:50
İqtisadiyyat
12 İyun 10:38
YAP xəbərləri
12 İyun 10:20
Analitik
12 İyun 10:16
Analitik
12 İyun 09:51
Yeni texnologiyalar
12 İyun 09:30
Analitik
12 İyun 09:17
Sosial
12 İyun 08:52
Sosial
12 İyun 08:36
Dünya
12 İyun 07:24
Dünya
12 İyun 00:19

