Müdrik siyasətin uğurlu nəticələri
17.10.2024 [15:16]
Nizami Zeynalov,
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Bütün sahələrdə olduğu kimi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın işğaldan azad olunması, suverenliyimizin bərpası, bu məqsədlə güclü ordunun yaradılması istiqamətində də Ulu Öndər Heydər Əliyevin axıra çatdıra bilmədiyi işləri Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev böyük uğurla başa çatdırdı və rəşadətli ordumuzla birlikdə xalqımıza böyük Zəfər bəxş etdi. Otuz ilə yaxın müddətdə məcburi köçkün vəziyyətində olan həmvətənlərimizin yurd həsrəti bitdi. “Böyük Qayıdış” başlandı, daha geniş vüsət aldı və bu gün uğurla icra olunur.
Çox da uzaq olmayan 1994-cü ili xatırlasaq, həmin ilin yanvarında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun Arazboyu 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olundu. Qısa müddət ərzində rayonun işğaldan azad olunmuş ərazilərində infrastrukturun bərpasına başlanıldı, işğaldan azad olunmuş ərazilərdə həyat yenidən öz axarına düşdü. Ulu Öndərimiz Heydər Əliyev 9 aprel 1994-cü il tarixdə respublikamızın Cənub-Qərb bölgəsinə səfəri zamanı görüşlərdə Füzuli rayonunda döyüşçülər qarşısında çıxışı zamanı böyük uzaqgörənliklə belə demişdir: “Mən dəfələrlə demişəm. Azərbaycan müharibə etmək istəmir, bu müharibəni Azərbaycan başlamayıb. Biz müharibənin sülhlə başa çatmasına tərəfdarıq. Lakin Ermənistan tərəfi bizim bu sülh təşəbbüslərimizə məhəl qoymur, hətta özü verdiyi vədə əməl etmir. Bu da onu göstərir ki, biz gərək heç kimə arxayın olmayaq, öz torpaqlarımızı özümüz müdafiə edək, ərazilərimizi işğalçılardan təmizləyək. Mən inanıram ki, biz ordumuzun gücü ilə torpaqlarımızı azad edəcəyik...”.
Ulu Öndərimizin vəsiyyətlərinə sadiq olan Azərbaycan xalqı öz müzəffər sərkərdəsinin, Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində döyüş meydanında düşməni məğlub etdi. 2020-ci il oktyabrın 17-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində Füzuli şəhəri və rayonun daha 7 kəndinin işğaldan azad olunduğunu elan etdi. Həmin gün Füzuli şəhəri ilə yanaşı, rayonun daha 7 yaşayış məntəqəsi - Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri işğalçılardan təmizləndi. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri oldu. Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazidən qaçdı. Üstəlik Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaratdı.
Möhtərəm Prezidentimizin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il oktyabrın 17-də Füzuli Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Möhtərəm Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda oldular. Dövlət Başçımız Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırıb. Bu görüntülər Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindəndir.
Ölkə rəhbəri cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Onlar rayonun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiklərinə görə təltif olunublar.
Bu gün işğaldan azad olunmuş digər bölgələrimiz kimi, Füzulidə də genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, kəndlər, qəsəbələr yenidən qurulur, avtomobil və dəmir yolları çəkilir. Təkcə onları demək kifayətdir ki, 2021-ci il yanvarın 14-də təməli qoyulan Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanı cəmi bir neçə aya tikildi və 2021-ci ilin 26 oktyabrında Azərbaycan Prezidenti cənab İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı oldu. Bu hava limanı dünya tarixində minalanmış ərazidə qısa müddət ərzində tikilən ilk aeroportdur. Ümumiyyətlə, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərimizə səfərləri böyük tarixi əhəmiyyət daşımaqla yanaşı, həm də bu səfərlərin digər mühüm cəhəti ondan ibarətdir ki, vaxtilə Azərbaycanın problemlərinə biganə qalan, Ermənistana isə canfəşanlıq göstərən, havadarlıq edən dünya birliyinə ciddi mesajın verilməsidir.
Bəli, Azərbaycan işğalla barışmadı, torpaqlarını azad etdi, öz tarixi torpaqlarına sahib çıxdı və sübuta yetirdi ki, Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, bu məsələnin başqa yolu – Vətən müharibəsi də mümkündür. Bugünkü uğurlarımız, bu Şanlı Qələbəmiz məhz, Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Möhtərəm Prezident İlham Əliyev cənablarının uğurla və böyük uzaqgörənliklə davam etdirdiyi siyasətin nəticəsində mümkün oldu.
Xəbər lenti
Hamısına baxHadisə
14 İyun 10:09
YAP xəbərləri
14 İyun 09:58
Sosial
14 İyun 09:32
Sosial
14 İyun 09:17
Sosial
14 İyun 08:52
Hadisə
14 İyun 08:39
Mədəniyyət
14 İyun 07:31
Gündəm
13 İyun 23:20
Hadisə
13 İyun 22:19
Sosial
13 İyun 21:37
Sosial
13 İyun 21:07
YAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57

