8 Noyabr Qələbəsi həm də haqsızlıqlar üzərində Zəfər idi
05.11.2024 [15:25]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
Azərbaycan xalqı bu günlər qürurla, fəxrlə xalqımızın möhtəşəm birliyi, qüruru qarşısında erməni mifinin birdəfəlik darmadağın edildiyi 8 Noyabr gününün, tarixi zəfərərin dördüncü ildönümünü qeyd edir.
Məhz, 44 günlük Vətən Müharibəsidə Azərbaycan xalqı düşmənə bir daha sübut etdi ki, əcdadlarımızdan bizə miras qalan yurd yerlərinin bir qarış torpağına belə heç kəs göz tikə bilməz. Haqq savaşında Azərbaycan xalqı ölkə rəhbərinin ətrafında ali amal uğrunda “Dəmir yumruq” kimi birləşdi, Vətənə sonsuz sevgi və məhəbbət nümayiş etdirdi. Qazanılan bu böyük Qələbə, Xalq-Prezident-Ordu birliyi Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. Bütün dünya Azərbaycanın qüdrətinə, haqq-ədalət uğrunda savaşına, xalqımızın misli görünməmiş qəhrəmanlıq salnaməsinə şahidlik etdi.
“Qarabağ Azərbaycandır və nida işarəsi”-söyləyən Ali Baş Komandan, ölkə Başçımız cənab İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuzun, rəşadətli əsgər və zabitlərimizin hünəri sayəsində şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı. Mədəniyyətimizin və tariximizin rəmzi olan Şuşa şəhərinin işğaldan azad edildiyi tarixi gündə Şuşa xəyallarımız gerçəkləşdi, dünyanın müharibələr tarixinə Azərbaycan igidlərinin misilsiz qəhrəmanlıqları yazıldı. Bu əlamətdar gündə Qarabağ münaqişəsinə birdəfəlik son qoyuldu. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında Azərbaycanı diktə edən tərəfə çevirdi, “Dağlıq Qarabağ”ın statusunun müəyyən edilməsi məsələsinin üstündən birdəfəlik xətt çəkdi.
Tarixə qovuşan 44 günlük Vətən müharibəsinin həlledici məqamlarına, böyük qələbəni təmin edən amillərə nəzər salanda qürur, yüksək fəxarət hissi yaşayırıq. Xalqımızın hədsiz fərəh hissləri ilə qeyd etdiyi 44 günlük Vətən müharubəsində Azərbaycan Ordusu 5 şəhər, 4 qəsəbə və 286 kəndi düşmən işğalından azad etdi. Şəhidlərimizin qanı-canı bahasına, qazilərimizin fədəkarlığı sayəsində qazanılan misilsiz qələbə regionda yeni reallıq yaratdı.
44 gündə qazanılan şanlı zəfər təkcə 30 il torpaqlarımızı işğal altında saxlayan faşist təfəkkürlü Ermənistan dövləti üzərində deyil, həm də ölkəmizə qarşı qeyri-dost münasibəti bəsləyən, bütün vasitələrlə təzyiqlər göstərməyə çalışan haqsız qüvvələr üzərində Zəfər idi. Onu da xüsusi ilə qeyd edək ki, dünya koronavirus pandemiyasının çəngində vuruşduğu bir vaxtda Ermənistan silahlı qüvvələri təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutdu. Azərbaycan yenə də öz humanistliyini göstərdi. Əzəli-əbədi torpaqlarını işğaldan azad edərkən Qarabağda məskunlaşan heç bir erməniəsilli mülki şəxsi hədəf almadı. Azərbaycanın torpaqlarına göz dikənlərə, xəstə təxəyyüllü revanşistlərə humanistliyə, insanlığa dair ibratamiz dərs verildi.
Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin “Dağlıq Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, ədalət məsələsidir, Azərbaycanın milli qürur məsələsidir” sözləri tam təsdiqini tapdı.
“Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq… Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.” Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qeyd etdiyi kimi Azərbaycan xalqı sahib olduqları torpaqlara yenidən həyat qaytarırlar. Dövlət başçımızın rəhbərliyi ilə düşməndən təmizlənmiş ərazilərimiz sürətlə yenidən qurulur, dirçəldilir.
Tarixi Zəfər onu da sübut etdi ki, xalqın öz dövlətinə, rəhbərinə inamı hər bir qələbəni reallaşdırır. Xalqımızın tarixi Zəfər bu gün də davam edir. Sentyabrın 20-də qalib liderimiz, Prezident cənab İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə söylədiyi kimi, bu gün işğaldan əziyyət çəkən və ədalətsizliklərlə üzləşən bir çox xalqlar üçün bizim nümunəmiz bir ümid işığıdır. Bu önəmlidir. Amma bizim xalqımız üçün gələcəkdə öz gücünə güvənmək, güclü olmaq, güclü dövlət qurmaq, heç kimdən asılı olmamaq, heç kimin qarşısında baş əyməmək - bax, bu, əsas hədəflərimizdir. Bunu təmin etmək üçün əlbəttə ki, dövlət siyasəti olmalıdır, var. Cəmiyyətdə birlik olmalıdır, bu da var.
Bəli, Müzəffər Ali Baş Komandanın qətiyyəti nəticəsində artıq ölkəmizin hər qarış torpağında şanlı Vətənimizin üçrəngli bayrağı dalğalanır və Azərbaycan Böyük Zəfər Gününü bayram edir.
Xəbər lenti
Hamısına baxDünya
16 Avqust 11:35
Siyasət
16 Avqust 10:55
Dünya
16 Avqust 10:25
Dünya
16 Avqust 09:45
Dünya
16 Avqust 09:05
Dünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35

