Azərbaycan uğurlu nəticəyə əvvəlcədən də əmin idi
28.11.2024 [10:20]
David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yekununda qəbul edilən qərarlar bəşəriyyətin gələcəyi üçün müstəsna önəm daşımaqla bərabər Azərbaycanın liderlik qabiliyyətini və beynəlxalq nüfuzunu bir daha nümayiş etdirdi. Ölkəmiz noyabrın 11-də start götürən və qlobal iqlim dəyişmələri ilə bağlı müzakirələrin aparıldığı toplantının dünya ölkələrinin, xüsusi ilə də inkişaf etməkdə olan dövlətlərin gözlədikləri qərarların qəbulu ilə başa çatması üçün bütün qüvvəsini səfərbər etmişdi. Azərbaycan genişmiqyaslı tədbirin öhdəsindən uğurla gəldi, bu sahədə yüksək səviyyəli təşkilatçılıq qabiliyyətini nümayiş etdirdi. Bütün tərəflərin yekdilliklə COP29-un yüksək səviyyədə təşkilinə görə Azərbaycana rəsmi şəkildə təşəkkür elan olunması barədə qərar qəbul etməsi bunun bariz göstəricisidir. COP29-da qəbul olunan ən önəmli qərarlardan biri hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasıdır. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir.
COP29 Sədrliyinin əsas prioriteti üzrə əldə olunan bu uğur, əvvəlki 100 milyard dollarlıq iqlim maliyyəsi məqsədindən əhəmiyyətli dərəcədə yüksəkdir və qlobal investisiyaların yeni dalğasını təmin edəcək. Bundan başqa, 2015-ci ildən bəri ilk dəfə olaraq COP29-da Paris Sazişinin 6-cı maddəsi tam şəkildə işlək vəziyyətə gətirildi. Bununla bağlı razılığın əldə olunması COP29 Sədrliyinin önəm verdiyi əsas prioritet məsələlərdən biri idi. 6-cı maddə ilə bağlı yekdilliklə qəbul edilən qərarlar ətraf mühitin bütövlüyünü, şəffaflığı və karbon bazarlarının möhkəmliyini təmin etməkdə mühüm rol oynayacaq. Digər tərəfdən, 6-cı maddə üzrə əməkdaşlıq qlobal olaraq mitiqasiya tədbirlərini, yəni emissiyaların azaldılmasını tənzimləyə biləcək. Bir ölkədə emissiyaların azaldılması hesabına karbon bazarları vasitəsilə digər dövlətdə emissiyaların çox olmasını tarazlaşdırmaq mümkün olacaq. Həmçinin bu qərarlar real, əlavə, təsdiqlənə və ölçülə bilən emissiya azalmaları və aradan qaldırılmaları vasitəsilə onların qlobal iqlim investisiyalarını təşviq etmək potensialını da ortaya çıxaracaq. COP29-da əldə olunan əsas nailiyyətlərdən biri də 2022-ci ildə təşəbbüs kimi irəli sürülmüş və iqlim dəyişmələrinin təsirlərinə ən çox məruz qalan ölkələrə maliyyə yardımını nəzərdə tutan İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması oldu. Fondun 2025-ci ildən əməli fəaliyyətə başlaması nəzərdə tutulur. İtki və Zərər Fonduna ölkələr tərəfindən vəd edilən maliyyə vəsaitinin həcmi 730 milyon dollardan çoxdur. İqlim dəyişmələrinin fəsadlarının kiçik ada dövlətlərinə təsirlərinin yaratdığı çətinliklərin həlli Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən COP29 Sədrliyinin prioritetlərindən biri kimi müəyyən olunub.
Bu baxımdan, İtki və Zərər Fondunun fəaliyyətə başlaması COP29 Sədrliyinin böyük uğuru oldu. Bunlarla yanaşı Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Belə ki, COP29-un yekununda qəbul olunan digər qərarla Qlobal Adaptasiya Hədəfi sənədi ilə Bakı Adaptasiya Yol Xəritəsi yaradıldı. Həmçinin növbəti COP sessiyaları çərçivəsində adaptasiya üzrə yüksəksəviyyəli Bakı dialoqu çağırılacaq. Bu, inkişaf etməkdə olan ölkələrin maraqlarına uyğun olaraq, adaptasiya məsələsinin hər il COP-larda müzakirə olunmasını təmin edəcək. Bakıda keçirilən bu böyük tədbir iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi oldu. Bundan başqa, COP29-un qərarı ilə 10 illik Yenilənmiş Gender üzrə Lima İş Proqramı qəbul edildi. Proqramın qəbulu üzrə danışıqlar uzun müddətdir ki, davam edirdi və COP29 Sədrliyi nəticəsində sənəd üzrə razılıq bu iqlim sammiti çərçivəsində əldə olundu. Bütün bunlar isə onu göstərir ki, COP29 məqsədlərinə çatıb, Azərbaycan gələcək COP-ların da uğurlu olması üçün müsbət baza yaradıb. Bir sözlə, açıq demək lazımdır ki, genişmiqyaslı və planlaşdırılmış böhtan, qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu. Prosesləri diqqətlə izlədikdən sonra Azərbaycanın uğurlu nəticəyə əvvəlcədən əminliyi daha aydın görünür. Beləliklə Bakıda qəbul olunan qərarlar qlobal iqlim dəyişmələri ilə mübarizədə dönüş nöqtəsi sayıla bilər.
Xəbər lenti
Hamısına baxDünya
15 Avqust 23:31
Dünya
15 Avqust 22:20
Dünya
15 Avqust 21:15
Dünya
15 Avqust 20:39
Dünya
15 Avqust 19:22
Dünya
15 Avqust 18:29
Dünya
15 Avqust 17:35
Sosial
15 Avqust 16:44
Dünya
15 Avqust 16:18
Sosial
15 Avqust 15:46
Sosial
15 Avqust 15:43
Gündəm
15 Avqust 15:40
Dünya
15 Avqust 15:23
Dünya
15 Avqust 14:31
Dünya
15 Avqust 13:19
Dünya
15 Avqust 12:24
Gündəm
15 Avqust 11:58
Gündəm
15 Avqust 11:45
Gündəm
15 Avqust 11:35
Hadisə
15 Avqust 11:32
Gündəm
15 Avqust 11:25
İqtisadiyyat
15 Avqust 11:22
İqtisadiyyat
15 Avqust 11:05
İqtisadiyyat
15 Avqust 10:35
Analitik
15 Avqust 10:15
Analitik
15 Avqust 09:55
Analitik
15 Avqust 09:35
Ədəbiyyat
15 Avqust 09:15
Ədəbiyyat
15 Avqust 09:05
Dünya
14 Avqust 23:54
Dünya
14 Avqust 23:25
Dünya
14 Avqust 22:50
Dünya
14 Avqust 22:15
Dünya
14 Avqust 21:50
Hadisə
14 Avqust 21:32
Dünya
14 Avqust 21:20
Dünya
14 Avqust 20:55
Dünya
14 Avqust 20:35
Dünya
14 Avqust 20:05
Dünya
14 Avqust 19:48
Dünya
14 Avqust 19:20
Mədəniyyət
14 Avqust 18:55
Elm
14 Avqust 18:43
İqtisadiyyat
14 Avqust 18:26
İqtisadiyyat
14 Avqust 18:10
Elm
14 Avqust 17:41
Sosial
14 Avqust 17:26
İqtisadiyyat
14 Avqust 17:25
İdman
14 Avqust 17:10
Mədəniyyət
14 Avqust 16:48
Mədəniyyət
14 Avqust 16:29
Sosial
14 Avqust 16:20
Sosial
14 Avqust 15:45
İdman
14 Avqust 15:40
Sosial
14 Avqust 15:25
Siyasət
14 Avqust 14:40
İqtisadiyyat
14 Avqust 14:35
Sosial
14 Avqust 14:20
İdman
14 Avqust 13:39
Sosial
14 Avqust 13:35
Sosial
14 Avqust 12:37
Gündəm
14 Avqust 11:55
Gündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55

