Azərbaycan idman dövləti olaraq tanınır
26.12.2024 [16:35]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatı
Dövlətimizin başçısı dekabrın 24-də 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edərək ilk növbədə Azərbaycan idmançılarını bu il əldə edilmiş uğurlar münasibətilə təbrik edib, 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olduğunu bildirib. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etdiklərini, 1700-ə yaxın medal qazandıqlarını diqqətə çatdırıb. Ölkə başçısı qeyd edib ki, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir.
Prezident İlham Əliyev çıxışında Azərbaycan idmançılarının beynəlxalq yarışlarda əldə etdikləri uğurlardan bəhs edərək ilin ən böyük yarışı Yay Olimpiya Oyunlarında tarixi nəticə əldə etdiklərini, komanda hesabında Azərbaycan 30- cu yerdə qərarlaşmışdığını və bunun ən yüksək nəticə , çox böyük nailiyyət olduğunu bildirib. Dövlət başçısı həmçinin 60 müsəlman ölkəsi arasında Azərbaycanın üçüncü yerdə qərarlaşmasının da böyük və tarixi nailiyyət olduğunu qeyd edib.
“Gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amili çox böyük məna daşıyır”- deyən ölkə başçısı Yay Olimpiya Oyunlarında Azərbaycanın müzəffər ölkə kimi, qalib ölkə kimi, idmançılarımızın isə müzəffər xalqın nümayəndələri kimi iştirak etdiklərini vurğulayıb.
Prezident İlham Əliyev nitqində gələcək fəaliyyətin idmanın inkişafı ilə bağlı olacağını, bütün lazımi qərarların verildiyini, bütün müvafiq strukturların, federasiyaların, klubların, idman cəmiyyətlərinin, Olimpiya Komitəsinin, nazirliyin vahid strategiya əsasında fəaliyyət göstərdiklərini, Federasiyalarda gücləndirmə işləri aparıldığını diqqətə çatdırıb. Bütün bunların həm ənənəvi medal gətirən idman növlərində, həm də bu günə qədər o qədər də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacağına ümidvar olduğunu vurğulayıb.
Ölkə başçısı bildirib ki, azad edilmiş ərazilərdə infrastruktur layihələri ilə yanaşı, keçmiş köçkünlərin yaşayışı üçün inşa edilən evlərlə yanaşı, idman infrastrukturu da yaradılır. “Ağdam şəhərində yeni, bütün beynəlxalq standartlara cavab verən stadion inşa edilir”- deyən prezident İlham Əliyev Füzuli şəhərində Olimpiya İdman Kompleksinin təməlinin qoyulduğunu, Suqovuşan və Köndələnçay su anbarlarında artıq beynəlxalq avarçəkmə, Şuşa şəhərində bir neçə idman yarışının keçirildiyini bildirib. Dövlət başçısı həmçinin əlavə edib ki, Azərbaycan büdcəsi hesabına hələ keçən əsrin 50-ci illərində inşa edilmiş Xankəndi şəhərindəki stadion, əsaslı şəkildə təmir edilir, demək olar ki, yenidən qurulur. Bu stadion da bütün beynəlxalq standartlara cavab verəcək.
Prezident İlham Əliyev çıxışında bildirib ki, gələn il Azərbaycan növbəti böyük idman yarışına, Üçüncü MDB Oyunlarına ev sahibliyi edəcək. Bunun üçün 14 şəhərin seçildiyini və əsas oyunların Gəncə şəhərində keçiriləcəyini, Gəncə şəhərinin MDB Oyunlarının mərkəzi olacağını vurğulayıb. Gəncədə yeni stadion inşa edildiyini diqqətə çatdıran ölkə başçısı stadionun Oyunlara qədər istismara veriləcəyini qeyd edib. Cənab Prezident Gəncədə bir neçə ay bundan əvvəl ölkəmizin ən böyük Olimpiya İdman Kompleksinin açılışının olduğunu da bildirib.
Dövlət başçısı idamana və idmançılara göstərilən diqqət və qayğıdan da bəhs ediərək, hər ilin əvvəlində ənənəvi olaraq idmançılarımızın dövlət təltifləri və mənzillərlə təltif edildiklərini, bu prosesin artıq 27 ildir ki, davam etdiyini xatırladıb.
Xəbər lenti
Hamısına baxElm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45
İqtisadiyyat
12 Avqust 17:15
YAP xəbərləri
12 Avqust 17:12
Elm
12 Avqust 16:58
İdman
12 Avqust 16:57
YAP xəbərləri
12 Avqust 16:56
Analitik
12 Avqust 16:52
Elm
12 Avqust 16:45
Elm
12 Avqust 16:30
İdman
12 Avqust 16:22
Sosial
12 Avqust 16:00
Siyasət
12 Avqust 15:35
Sosial
12 Avqust 15:35
Sosial
12 Avqust 15:27
İdman
12 Avqust 15:20
İqtisadiyyat
12 Avqust 15:00
Elm
12 Avqust 14:50
Sosial
12 Avqust 14:35
İqtisadiyyat
12 Avqust 14:20
Sosial
12 Avqust 14:20
Elm
12 Avqust 13:50
Dünya
12 Avqust 13:25
Siyasət
12 Avqust 13:17
İdman
12 Avqust 12:58
Dünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Siyasət
12 Avqust 11:44
Siyasət
12 Avqust 11:22
Siyasət
12 Avqust 11:21
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Sosial
12 Avqust 10:15
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24

