Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / "Seçimimiz dəyişməzdir!"

"Seçimimiz dəyişməzdir!"

07.01.2025 [16:19]

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Ağdam rayonu, Xındırıstan bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.

YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev Azərbaycanın demokratik inkişaf yolunda əmin addımlarla irəlilədiyini bildirib. Təşkilat sədri qarşıdan gələn bələdiyyə seçkilərinin önəmindən danışıb, YAP-ın namizədləri barədə seçicilərə məlumat verib. M.Quliyev bu seçkilərdə də Yeni Azərbaycan Partiyasının qalib olacağını əminliklə qeyd edib.

Tədbirdə təşviqat qrupunun üzvü Hafiz Əzimzadə və bələdiyyə üzvlüyünə namizəd Bəhrəm Şükürov çıxış edərək yerli özünüidarətmə orqanlarının təkmilləşdirilməsi istiqamətində görülən işlərdən bəhs ediblər.

Çıxış edən seçicilər isə YAP-ın namizədlərinə səs verəcəklərini vurğulayıblar. “Seçimimiz dəyişməzdir!”, - deyə vurğulanıb.

Paylaş:
Baxılıb: 442 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Ədəbiyyat

Elm

Ədəbiyyat

Şənbə üçün nəzm

13 İyun 08:30  

Sosial

Dünya

Dünya

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30