Qətiyyətli siyasətin nəticələri
09.01.2025 [16:24]
Natiq Quluzadə,
YAP Zəngilan rayon təşkilatının sədri
Ölkə Prezidenti cənab İlham Əliyevin yanvarın 7-də yerli telekanallara verdiyi müsahibəsində ölkə ictimaiyyətini maraqlandıran və düşündürən bir çox vacib məsələlərə dair önəmli açıqlamalar yer almışdır. O cümlədən dövlətimizin başçısı Azərbaycanın 2024-cü ildə əldə etdiyi daha bir uğur kimi ölkəmizin nüfuzlu D-8 təşkilatına üzv olmasını qeyd etdi. Azərbaycanın ən nüfuzlu islam ölkələrini birləşdirən bu təşkilata qəbul olunması sözsüz ki, dövlətimizin beynəlxalq aləmdə getdikcə artan rolunu göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Bir milyarddan çox əhalisi olan və müsəlman ölkələrinin iqtisadiyyatının 60 faizini təşkil edən bir təşkilatdır. Əgər biz bu təşkilatın ümumi daxili məhsulunu götürsək, bu, 5 trilyon dollardan çoxdur. Dünyada 60-a yaxın müsəlman ölkəsi var və məhz Azərbaycan yeni üzv seçilmişdir. Əlbəttə ki, bu, bizim üçün həm böyük şərəfdir, həm də böyük məsuliyyətdir. Artıq bütün göstərişlər verilib ki, Azərbaycan bu təşkilatda fəal olsun və öz töhfəsini verə bilsin. Məlumdur ki, bu gün artıq yeni dünya nizamı formalaşdırılır. Cənab Prezident İlham Əliyev bildirdi ki, bu prosesin gedişində bir çox boşluqlar yaranmaqdadır və yaranacaq. Əlbəttə ki, düzgün yanaşma zəminində Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilə bilər.
Daha sonra möhtərəm dövlət başçımız Qazax rayonunun dörd kəndinin erməni işğalından azad edilməsindən bəhs edərək bildirdi ki, Ermənistanın işğalçı siyasəti hər hansı dialoqu nəzərdə tutmurdu, onlar danışıqlar formatından işğalı davam etdirmək üçün pərdə kimi istifadə edirdilər. Ermənistanı bu kəndləri qaytarmağa vadar edən bir neçə amil var. Birincisi, Vətən müharibəsi və onun nəticələridir. İkincisi, antiterror əməliyyatı. Məhz bu amillər erməni rəhbərliyinin Azərbaycana qarşı duracağı ilə bağlı bütün illüziyalarını artıq yox etməli idi. Dövlət başçımızın Qazaxın dörd kəndi ilə bağlı son tələbi Ermənistanın baş naziri qarşısında ötən ilin fevralında qoyulmuşdu. Bu mövzu İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra daim gündəlikdə olub. Buna qədər onun heç bir mənası yox idi. Belə ki, işğalla bağlı əsas məsələ həll olunmamış qalırdı. Amma üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra, hətta onun imzalanmasına qədər bu mövzu həmişə gündəlikdə durub və üçtərəfli Bəyanatın bağlanması şərtlərinin razılaşdırılması zamanı da Qazax rayonunun işğal olunmuş kəndləri mövzusu möhtərəm Prezidentimiz tərəfindən qaldırılmışdı. Həmin vaxt müəyyən səbəblər üzündən bunu etmək mümkün olmasa da, bu gün artıq biz bu qələbəmizin də sevincini yaşayırıq. Azərbaycan bu məsələdə də ədalətə nail oldu, ərazilərini bərpa etdi.
Sonda bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, bu da Azərbaycanın 2024-cü ili də müsbət nəticələrlə başa vurması ilə bağlıdır. Məlumdur ki, keçən ilin büdcəsi rekord səviyyədə idi və bir çox sosial proqramlar uğurla icra edilmişdi. O cümlədən Qarabağın bərpası ilə bağlı böyük vəsait səfərbər olunmuşdu. Buna baxmayaraq, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfindən optimallaşma elə təşkil olunmuşdu ki, ölkənin valyuta ehtiyatları daha da artdı. Ötən il ərzində bu ehtiyatlar təqribən 5 milyard dollardan çox artıb və bu gün bu rəqəm 72 milyard dollara bərabərdir. Əhalisi 10 milyon olan ölkə üçün bu, əlbəttə ki, çox böyük göstəricidir. Dünya ölkələrinin valyuta ehtiyatlarının hesablanması, adambaşına düşən ehtiyatlara əsaslanır və bu göstəriciyə görə Azərbaycan dünyada aparıcı ölkələr sırasındadır. Möhtərəm dövlət başçımızın dediyi kimi, əgər dünya iqtisadiyyatının artım templərinə və inkişaf etmiş ölkələrin inkişafına, yaxud da ki, tənəzzülə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində Azərbaycan Prezidentinin düşünülmüş və qətiyyətli siyasəti durur.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

