Zəngəzur dəhlizinin açılması “Konstitusiya və Suverenlik İli”nin ən böyük hadisəsi ola bilər
09.01.2025 [16:25]
Anar Abbasov,
YAP Nərimanov rayon təşkilatının sədr müavini
Azərbaycan dövləti 2024-cü ili böyük uğurlarla başa vurdu. əldə olunan nailiyyətlər 2025-ci il üçün də mühüm perspektivləri şərtləndirir. Ölkəmiz son 21 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə inamla, uğurla, ləyaqətlə inkişaf edib. Əsas uğurumuz isə ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etmək olub. Eyni zamanda, gələcəyə də böyük ümidlə baxırıq. Qarşımızda yeni ümummilli hədəflər dayanır. Şübhə yoxdur ki, Azərbaycan Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunan 2025-ci ildə də yeni reallıqlar və çağırışlar şəraitində öz məqsədlərinə doğru inamlı addımlar atacaq.
Hər bir ölkənin uğurlu inkişafı sabitlik faktorundan çox asılıdır. Bu gün dünyada baş verən hadisələr ciddi narahatlıq doğurur. Ayrı-ayrı regionlarda yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Belə bir təlatümlü mənzərə fonunda respublikamız sabitlik və inkişaf adası kimi fərqlənir. Ölkəmizdə güclü həmrəylik mühiti bərqərar olub. Dövlətin öz siyasətini cəmiyyətin sosial sifarişlərini nəzərə almaqla həyata keçirməsi vətəndaş məmnunluğunun artmasını şərtləndirir, insanlar ölkə rəhbərliyinə, Prezidentə dərin inam bəsləyirlər.
Azərbaycan, həmçinin regionda da möhkəm sabitliyin, davamlı sülhün təmin olunmasını istəyir. Respublikamızın 44 günlük müharibənin və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərinin nəticələrinə uyğun olaraq yaratdığı yeni reallıqlar Cənubi Qafqaz coğrafiyasında inam və əməkdaşlıq mühitinin formalaşmasına münbit zəmin yaradıb və bundan istifadə olunmalıdır. Təəssüf doğuran haldır ki, Ermənistan üzləşdiyi məğlubiyyətlərdən nəticə çıxarmayaraq yenidən silahlanma yolu tutub. Bu, məğlub ölkəni faciəyə aparan bir yoldur. 2025-ci ildə ölkəmizin hərbi xərcləri 8,4 milyard manat olacaq. Bu isə o anlama gəlir ki, Ermənistanın Azərbaycanla rəqabət aparmaq imkanları yoxdur və gələcəkdə də olmayacaq.
“Konstitusiya və Suverenlik İli”inin ilk günlərində Prezident İlham Əliyev qarşıda dayanan hədəflərlə bağlı önəmli mesajlar verdi. Belə ki, dövlətimizin başçısı yanvarın 7-də yerli televiziya kanallarında müsahibəsi zamanı Zəngəzur dəhlizinin açılması mövzusuna da xüsusi toxunub. Cənab Prezident bir daha bəyan etdi ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın öhdəliyidir. Paşinyanın hakimiyyətinin məsələyə yanaşmada qeyri-konstruktivlik nümayiş etdirməsi yanlışdır.
Aydındır ki, Ermənistanın məqsədi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiyanın bərpasına mümkün qədər əngəl olmaqdır. Lakin rəsmi İrəvan bu layihənin gerçəkləşməsinin qarşısını almaq iqtidarında deyil. Nəzərə almaq lazımdır ki, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatının 9-cu bəndində bu məsələ öz əksini tapır. Həmin bənddə qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”. Buradan göründüyü kimi, indiki Ermənistanın ərazisində yerləşən Zəngəzurdan hərəkət maneəsiz olmalıdır.
Ümumiyyətlə, regionda kommunikasiyaların bərpası təkcə Azərbaycan üçün deyil, bütün ətraf ölkələr üçün böyük önəm kəsb edir. İlk növbədə, Zəngəzur dəhlizi Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirəcək. Bununla da Naxçıvanın 30 ildən çox davam edən blokadasına son qoyulacaq. Bu layihə Avropa ilə Asiyanı, Şimalla Cənubi birləşdirəcək nəqliyyat habı olacaq. Zəngəzur dəhlizinin açılması Ermənistana da iqtisadi gəlirlər qazandıracaq. Amma Ermənistanın havadarları Zəngəzur dəhlizinin açılmasına imkan vermir, Paşinyan da onların sözü ilə oturub-durur. Əgər belə davranış davam edərsə, Ermənistan üçün heç yaxşı olmayacaq. Cənab Prezidentin dediyi kimi, regionda söz sahibi Azərbaycan dövlətidir, hərbi üstünlük və digər amillər də ölkəmizlə hesablaşmağı zəruri edir. Ermənistan bu dəhlizi xoşluqla açmasa, sonda nəticə etibarilə dəhlizi açmağa məcbur qalacaq. Daha doğrusu, Azərbaycan onu məcbur edəcək. Cənab Prezidentin bu mesajından qarşı tərəf nəticə çıxarmalıdır.
Nəzərə alaq ki, Naxçıvanla birbaşa coğrafi bağlantı suveren dövlət olaraq bizim haqqımızdır. Əgər bu proses cari ildə reallaşarsa, “Konstitusiya və Suverenlik İli”nin xalqımıza böyük töhfəsi olacaq. Xalqımız bu məqsəd uğrunda Prezidentimizin qətiyyətinə inanır!
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40

