Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Yeni Azərbaycan Partiyası müşavirə keçirib

Yeni Azərbaycan Partiyası müşavirə keçirib

14.01.2025 [11:48]

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar yanvarın 14-də Yeni Azərbaycan Partiyasının Tədbirlər Planına uyğun olaraq Mərkəzi və dairə seçki komissiyalarında fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlərlə onlayn müşavirə keçirilib.

Müşavirədə məşvərətçi səs hüquqlu üzvlərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb, əvvəlki seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərinin də demokratik, şəffaf və ədalətli keçirilməsi üçün Mərkəzi və dairə seçki komissiyalarında fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlərin üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəklərinə əminlik ifadə olunub.

Paylaş:
Baxılıb: 439 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

Sosial

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31