Əlaqələr bir sıra sahələri əhatə edəcək
18.02.2025 [17:07]
Sahib Şükürov,
YAP Göyçay rayon təşkilatının sədri
Fevralın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı bəyanatında bu səfərin tarixi səfər olduğunu bildirib. Həmçinin qeyd edib ki, bu səfər iki ölkə arasındakı ikitərəfli münasibətlərin tarixində ilkdir. Dövlət başçısı səfərin ölkələrimiz arasında sıx dostluq münasibətlərində yeni səhifə açacağına əmin olduğunu vurğulayıb.
Ölkə başçısı həmkarı ilə görüşü zamanı qarşılıqlı maraq doğuran kifayət qədər böyük sayda məsələləri müzakirə etdiklərini və müzakirələrin nümayəndə heyəti üzvlərinin iştirakı ilə davam etdiriləcəyini diqqətə çatdırıb. Dövlət başçısı bəyanatında həmçinin regionlarda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdiklərini, iki ölkənin ərazi bütövlüyünə və suverenliyinə qarşılıqlı dəstəyin, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyi bir daha vurğuladıqlarını bildirib. Ölkə başçısı 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə həmkarına məlumat verdiyini bildirib.
“Bu gün imzalanmış sənədlər ikitərəfli əlaqələrimizi çox sahələrdə inkişaf etdirməkdə qarşılıqlı iradəmizi aydın şəkildə nümayiş etdirir”, - deyən ölkə başçısı Bakıda imzalanmış bütün razılaşmaların həyata keçiriləcəyini və münasibətlərimizin daha yüksək səviyyəyə qaldıracağına əmin olduğunu bildirib.
Prezidentlərin görüşü zamanı müzakirə edilən ən vacib məsələlərdən biri təhsil sahəsi olub. Prezident İlham Əliyev bildirib ki, bu gün həmin sahədə artıq ilkin nailiyyətlərimiz var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək.
Bəyanatında dövlət xidmətləri sahəsində işbirliyinin də əhəmiyyətini vurğulayan Azərbaycan prezidenti vurğulayıb ki, ölkəmizdə artıq uğurla işləyən sistem – ASAN dövlət xidmətləri sistemi bir çox beynəlxalq mükafatlara layiq görülüb. Dövlət başçısı bildirib ki, ən mühüm mükafat isə Azərbaycan xalqının verdiyi qiymətdir: “Çünki Azərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizə yaxındır. Bu həqiqətən göstərir ki, həmin xidmət insanların həyatını daha da asanlaşdırır. Bilirəm ki, prezidentin proqramında həmin xidmət mərkəzlərindən birinə səfər var və əgər siz qərar qəbul etsəniz, bəyənsəniz, biz sizin ölkədə oxşar sistemi qura bilərik.
Prezident İlham Əliyev bildirib ki, beynəlxalq təsisatlarda qarşılıqlı dəstək tərəfdaşlığımızın mühüm sahəsidir. “Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində Afrika ölkələri ilə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm addımlar atılır”,-deyən ölkə başçısı Azərbaycanın həm siyasi, həm də iqtisadi sahədə bu iki region arasında əlaqələrin inkişafına töhfə verən əsas aktorlardan biri olduğunu vurğulayıb. BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda əlaqələr yüksək səviyyədə olduğunu və bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyini qeyd edib .
Xəbər lenti
Hamısına baxDünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
Sosial
10 May 19:23
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36

