Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir
28.02.2025 [17:29]
Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı
Azərbaycan öz tarixi müstəqilliyini bərpa etdikdən sonra tərəfdaşlıq münasibətləri qurduğu dost ölkələrdən biri də müsəlman dünyasının nüfuzlu dövlətlərindən olan Pakistan İslam Respublikasıdır.Azərbaycan və Pakistan bir-birinə ta qədimdən yaxın dostluq əlaqələri ilə bağlıdır.Pakistanla Azərbaycan strateji tərəfdaşlıq münasibətlərinə malikdirlər.Pakistan islam dünyasının və yerləşdiyi Cənub-şərqi Asiyanın ən mühüm ölkələrindən biridir. Ənənəvi olaraq, Pakistan və Azərbaycan arasında bütün sahələrdə əməkdaşlıq mövcuddur və son dövrlərdə hərbi-siyasi kontekstdə əməkdaşlığımız daha da dərinləşməkdədir.
Pakistanla Azərbaycan arasında maraqların qarşılıqlı şəkildə ifadə olunmasının bir səbəbi də beynəlxalq platformalarda hər iki ölkənin bir-birini dəstəkləməsidir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci il fevral ayının 24-də Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata bəyanatla çıxış edib. Dövlətimizin başçısı çıxışı zamanı qeyd edib ki, iki qardaş ölkə olaraq biz beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Biz ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirik.İki ölkə arasında təmaslar və qarşılıqlı səfərlər isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1994-cü ilin dekabrında Kasablankada Pakistanın o vaxt kı, Baş naziri Benazir Bhutto ilə görüşündən sonra başlayıb. Bu görüşlə ikitərəfli əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu gün Prezident cənab İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir, ölkənin ali siyasi rəhbərliyi ilə qarşılıqlı inama və etimada əsaslanan yüksək səviyyəli münasibətlər saxlayır. Bu da ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf dinamikasına böyük təkan verir və müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində xüsusi rol oynayır. Dövlətimizin başçısının 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci ilin 28 fevralında İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb,əməkdaşlığın yeni inkişaf istiqamətlərini müəyyənləşdirib.“Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük təkan verib. Səfər zamanı imzalanan sənədlər gələcək əməkdaşlıq perspektivlərini müəyyənləşdirir. Prezident İlham Əliyevin dediyi kimi, Pakistan bizim üçün ən yaxın dost və qardaşlardan biridir.Hər iki ölkə müxtəlif sahələrdə, xüsusilə də iqtisadiyyat, enerji, təhsil və müdafiə sahələrində sıx əməkdaşlıq edir. Azərbaycan və Pakistan beynəlxalq təşkilatlarda bir-birini daim dəstəkləyirlər.Bu dəstək xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq forumlarda özünü göstərir.Hər iki ölkə regional sabitliyi və təhlükəsizliyi qorumağa çalışır, eyni zamanda qlobal sülhün təmin edilməsinə töhfə verir.
44 günlük Vətən müharibəsində də Pakistan bütün potensialı ilə Azərbaycanın yanında olmağa hazır olduğunu ifadə etdi və bütün beynəlxalq platformalarda ölkəmizin mövqeyini dəstəklədi. Ona görə də həm ikitərəfli münasibətlərdə, həm Türkiyə-Azərbaycan-Pakistan platformasında, həm də digər beynəlxalq platformalarda iki dost və qardaş ölkənin münasibətləri nümunəvi hesab edilə bilər. Bu da Pakistan-Azərbaycan münasibətlərinin daha da dərinləşməsini zəruri edir.Azərbaycan və Pakistan arasında əlaqələrin yüksək səviyyəsi və mükəmməl ikitərəfli münasibətlər beynəlxalq əməkdaşlığın nümunəsi kimi qiymətləndirilə bilər.Çünki Pakistan Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycanın yanında olaraq öz siyasi və mənəvi dəstəyi ilə bizi böyük Zəfərə ruhlandırdı. Xalqımız bu qardaşlıq dəstəyini heç zaman unutmayacaq.
Xəbər lenti
Hamısına baxDünya
12 Avqust 12:35
Siyasət
12 Avqust 12:05
Sosial
12 Avqust 11:45
Gündəm
12 Avqust 11:15
Gündəm
12 Avqust 10:45
Analitik
12 Avqust 10:25
Analitik
12 Avqust 09:40
Sosial
12 Avqust 09:05
Dünya
11 Avqust 23:50
Dünya
11 Avqust 23:30
Dünya
11 Avqust 23:15
Dünya
11 Avqust 22:42
Gündəm
11 Avqust 22:24
Dünya
11 Avqust 22:15
Gündəm
11 Avqust 22:09
Gündəm
11 Avqust 21:59
Gündəm
11 Avqust 21:50
Dünya
11 Avqust 21:50
Gündəm
11 Avqust 21:42
Gündəm
11 Avqust 21:39
Dünya
11 Avqust 21:30
Gündəm
11 Avqust 21:26
Dünya
11 Avqust 20:57
Gündəm
11 Avqust 20:35
Dünya
11 Avqust 20:35
Gündəm
11 Avqust 20:24
Gündəm
11 Avqust 20:22
Dünya
11 Avqust 20:05
Gündəm
11 Avqust 19:55
Gündəm
11 Avqust 19:53
Dünya
11 Avqust 19:40
Gündəm
11 Avqust 19:26
Dünya
11 Avqust 19:20
İdman
11 Avqust 18:50
Sosial
11 Avqust 18:30
Mədəniyyət
11 Avqust 18:20
Elm
11 Avqust 17:50
Mədəniyyət
11 Avqust 17:30
İdman
11 Avqust 17:10
Mədəniyyət
11 Avqust 16:32
İdman
11 Avqust 16:10
İqtisadiyyat
11 Avqust 15:52
Elm
11 Avqust 15:45
Elm
11 Avqust 15:30
İdman
11 Avqust 15:10
Mədəniyyət
11 Avqust 14:50
Dünya
11 Avqust 14:50
İqtisadiyyat
11 Avqust 14:46
Sosial
11 Avqust 14:21
İqtisadiyyat
11 Avqust 14:19
İdman
11 Avqust 14:10
Dünya
11 Avqust 13:35
Siyasət
11 Avqust 13:25
Sosial
11 Avqust 13:20
Dünya
11 Avqust 13:15
Sosial
11 Avqust 13:05
Siyasət
11 Avqust 13:03
Analitik
11 Avqust 12:54
Dünya
11 Avqust 12:50
İdman
11 Avqust 12:45
Dünya
11 Avqust 12:31
Elm
11 Avqust 12:20
Dünya
11 Avqust 12:10
Sosial
11 Avqust 12:06
Gündəm
11 Avqust 11:50
Gündəm
11 Avqust 11:30
Gündəm
11 Avqust 10:55
Analitik
11 Avqust 10:35
Gündəm
11 Avqust 10:15
Analitik
11 Avqust 09:50

