Novruz bayramını Qarabağ diyarında qeyd edirik
13.03.2025 [20:34]
Mansur Quliyev,
YAP Ağdam rayon təşkilatının sədri
Novruz qədim tarixə və milli-mədəni dəyərlərə malik olan milli bayramımızdır. Əsrlər boyu, tarixin müxtəlif dövlərində Novruz milli adət, ənənələrimizi özündə ehtiva etməklə xalqımızın mədəni həyatında böyük əhəmiyyət kəsb etmişdir.
Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna mövqeyə malikdir.
Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır.
Qədim dövrlərdən xalqımız təbiətin oyanışını, baharın gəlişini Novruz bayramı kimi qeyd etmişlər. Azərbaycanın ən qədim mədəniyyət dövrünə aid olan Novruz ulu babalarımızın yaşadığı zamanlardan başlayaraq, xalqımızın həyatında unudulmaz bir yer tutmuşdur. Azərbaycan xalqı bu bayramı həmişə digər bayramlardan üstün tutmuşdur.
Sovetlər dönəmində xalqımızın milli, mədəni və tarixi irsinin məhv edilməsi məqsədi ilə milli bayramımız olan Novruzun qeyd olunması rəsmi qaydada qadağan olunmuşdur. Lakin Ümummilli liderimiz Heydər Əliyev sovet hakimiyyətinin qadağalarına baxmayaraq xalqımızın mədəni irsinin qorunmasını hər zaman ön plana çəkmişdir.
Xüsusilə vurğulamaq lazımdır ki, 1969-cu ildə Ulu öndər Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi xalqımızın milli-mənəvi dəyərləri kimi Novruz bayramına da rəsmi səviyyədə münasibəti dəyişdi.
Qeyd edək ki, ötən əsrin 90-cı illərindən başlayaraq Ulu öndər Heydər Əliyevin Novruzun xalqın milli bayramı kimi dövlət səviyyəsində qeyd edilməsi ilə bağlı tarixi sərəncamından sonra bayram dəyərlərinə qayıdış güclənib genişləndi və cəmiyyətin həyatına nüfuz etməyə başladı.
“Novruz bizim ümummilli bayramımızdır. Müstəqil Azərbaycan üçün bu bayramdan əziz bayram ola bilməz!" kəlamını söyləmiş Ümummilli lider Heydər Əliyev xalqımızın milli və mədəni irsinin qorunub saxlanılmasına xüsusi diqqət və qayğı ilə yanaşmışdır.
Ümummilli lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qymətləndirib.
Hələ 1998-ci ildə keçirilən Novruz şənliyində ulu öndər Heydər Əliyev öz təbrik nitqində yaxın gələcəkdə Novruz bayramının işğal olunmuş ərazilərimizdə keçiriləcəyini bildirmişdir və bu arzu, istək Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyəti və əzmkarlığı sayəsində gerçəkləşdi, 44 günlük şanlı Vətən Müharibəsində və anti-terror əməliyyatları zamanı torpaqlarımız düşmən tapdağından tam şəkildə azad edildi.
Böyük qürur hissi ilə deyə bilərik ki, artıq Novruz tonqallarımız Şuşada, Xankəndində, Xocalıda, Ağdamda, Laçında, Qubadlıda və digər işğaldan azad olunan ərazilərimizdə qeyd olunur. Bu qələbəni bizlərə yaşadan şəhidlərimizə Allahdan rəhmət diləyirik, qazilərimizə isə cansağlığı arzulayırıq.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

