Milli mənəvi dəyərlərimizin təcəssümü
14.03.2025 [21:50]
Sahib Şükürov,
YAP Göyçay rayon təşilatının sədri
Müasir müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyev deyirdi: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram”. Ulu Öndər Heydər Əliyev gələcəyi görürdü, bilirdi ki, gün gələcək tarixi torpaqlarımız düşmən tapdağından azad ediləcək. Hər zaman qəlbi Azərbaycanla döyünən müdrük şəxsiyyətin arzuları gerçək oldu. 27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq başlanan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu düşmən ordusunu darmadağın etdi. Tarixi, əzəli torpqlarımız düşmən tapdağından azad edildi. Artıq Azərbaycan xalqı Novruz bayramını Şuşada, Laçında, Xankəndidə və işgaldan azad edilmiş digər ərazilərimizdə, doğma Qarabağımızda da böyük sevinclə, coşquyla qeyd edir.
Özünəməxsus adət-ənənələri olan xalqılar bu ənənələri yaşadır və gələcək nəsillərə ötürürlər. Azərbaycan xalqı da qədim zamanlardan özünün adət-ənənəsini yaratmış, zəmanə dəyişsə də bugünə qədər bu ənənələri yaşatmışdır. Novruz bayramı Azərbaycan xalqının qədim adət-ənənələrini özündə əks etdirən milli bayramlarındandır.
Novruz bayramı ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra dövlət səviyyəsində rəsmi bayram olaraq qeyd olunmağa başlanılmışdır.
“Novruz xalqımızın əsrlərdən bəri qoruyub saxladığı və bütün dövrlərdə həmişə əziz tutduğu bayramlardan biridir. Onun tarixi də Azərbaycan xalqının tarixi kimi kəşməkəşli, enişli-yoxuşlu olmuşdur. Bu ulu bayramın müstəqil respublikamızda dövlət səviyyəsində qeyd edilməsi öz milli köklərimizə, adət-ənənələrimizə, tarixi keçmişimizə dərin ehtiram bəslədiyimizi və sarsılmaz tellərlə bağlı olduğumuzu nümayiş etdirir”, deyən Ulu öndər Heydər Əliyevin siyasi kursunu zəmanənin tələblərinə uyğun olaraq davam etdirən, onun ideyalarını yaşadan Prezident İlham Əliyev Novruz Bayramını milli mənəvi dəyərlərimizin təcəssümü adlandıraraq, Novruzun gələcəyə inam hissi aşıladığını, könüllərdə ən ali duyğuları oyatdığını, insanları daha xeyirxah, mərhəmətli və mehriban olmağa çağırdığını bildirmişdir.
Prezident İlham Əliyev hər il Novruz bayramı münasibətilə xalqı təbrik edir, xalqımızla birgə keçirilən el şənliklərində iştirak edir. Bütün bunlar Dövlət başçımızın Novruz Bayramına xüsusi önəm verdiyinin bariz nümunəsidir.
Xalqımızın qədim adət-ənənələri bütün dünyada geniş təbliğ edilir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyevanın bu işdə xüsusi əməyi və xidmətləri vardır. Məhz Mehriban xanım Əliyevanın səyi nəticəsində YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

